Hekayələr. Самед Бехранги
Чтение книги онлайн.

Читать онлайн книгу Hekayələr - Самед Бехранги страница 5

Название: Hekayələr

Автор: Самед Бехранги

Издательство: Altun Kitab

Жанр:

Серия: Hekayə ustaları

isbn: 9789952242287 

isbn:

СКАЧАТЬ Qara Balıq fikir və düşüncələrini sona çatdıra bilmədi. Balıqudan gəldi, onu götürüb apardı. Balaca Qara Balıq Balıqudanın uzun dimdikləri arasında çapalasa da, özünü xilas edə bilmirdi.

      Balıqudan dimdiyi ilə onun belini elə bərk sıxırdı ki, az qala canı çıxacaqdı. Digər tərəfdən də Balaca Qara Balıq sudan qıraqda nə qədər sağ qala bilərdi? Ölümün qabağını almaq üçün lap Balıqudanın qarnına getməyə razı idi, axı oradakı nəmişlikdən istifadə edə bilərdi. Buna görə Balıqudana dedi:

      − Nə üçün məni sağ-sağ udmursan? Mən o balıqlardanam ki, öləndən sonra bütün bədənim zəhərə dönər.

      Balıqudan heç nə deməyib fikrə getdi. Öz-özünə dedi: "Ay hoqqabaz, istəyirsən məni dilləndirib aradan çıxasan?"

      Sahil getdikcə yaxınlaşırdı. Balaca Qara Balıq: "Quruya çatsaq, daha iş bitdi", − deyə düşündü və nəhayət, Balıqudana dedi:

      − Bilirəm, məni balaların üçün aparırsan. Amma sahilə çatana qədər öləcəyəm, bədənim zəhər kisəsinə dönəcək, balalarına niyə rəhmin gəlmir?!

      Balıqudan bir anlıq fikrə getdi: "Ehtiyat yaxşı şeydir. Hər ehtimala qarşı onu özüm yeyim, balalarım üçünsə başqa balıq tutum… Birdən bu, bir kələk işlədər… Yox, canım, heç bir kələk işlədə bilməz". Sonra gördü ki, Qara Balıq sustalıb candan düşür. Öz-özünə dedi:

      "Deyəsən, öldü, artıq onu özüm də yeyə bilmərəm". Zərif və yumşaq balığı yeməkdən ehtiyat elədi. Ancaq yenə Qara Balığı səsləyib ölüb-ölmədiyini müəyyən etmək istədi. Düşündü ki, yarımcandırsa, yesin, ölübsə… Dimdiklərini aralayan kimi Qara Balıq onun ağzından xilas oldu. Balıqudan aldandığını görüb Balaca Qara Balığı təqib etdi. Balaca Qara Balıq havada ildırım kimi şığıyıb aşağı düşür, ağzını açıb dənizin rütubətli havasını udurdu. Nəhayət, suya düşdü. Köksünə yeni nəfəs doldu. Balıqudan da ildırım sürəti ilə şığıyıb arxasınca suya baş vurdu, aman verməyib yenə də Balığı uddu. Balaca Qara Balıq bir xeyli vaxt başına nə gəldiyini hiss etmədi. Bircə onu hiss etdi ki, hər yer qaranlıq və rütubətlidir, çıxış yolu isə yoxdur. Elə ki gözləri qaranlığa alışdı, ağlayıb anasını istəyən bir Rizə balıq gördü. Yaxınlaşıb ona nəsihət verdi:

      − Qalx ayağa, ay balaca! Başına çarə qılmaq haqda fikirləş, ağlamaqdan, ananı çağırmaqdan bir şey çıxmaz.

      Rizə balıq soruşdu:

      − Sən kimsən? Məgər görmürsən, get-gedə məhv oluram? Ana… Ay ana, haradasan, imdadıma çat! Daha mən səni görə bilməyəcəyəm, ana!

      Balaca Qara Balıq:

      − Daha bəsdir, canım, − dedi, − sən bütün balıqları rüsvay elədin.

      Rizə balıq ağlamağa ara verən kimi Balaca Qara Balıq dedi:

      − Mən balıqudanı öldürüb bütün balıqları azad etmək fikrindəyəm. Səni onun qarnından xilas edəndən sonra bunu həyata keçirmək istəyirəm.

      − Sən özün ölümlə əlbəyaxasan. Balıqudanı necə öldürə bilərsən?

      Balaca Qara Balıq xəncərini göstərib dedi:

      − Bununla onun qarnını cıracağam. Hələlik mənə qulaq as, gör nə deyirəm. Mən balıqudanın qarnında otərəf-butərəfə gedib onun əsəbləri ilə oynayacağam. Bu zaman o məni məsxərəyə qoyub başlayacaq qəhqəhə çəkib gülməyə, elə ki dimdiklərini açıb gülməyə başladı, cəld özünü bayıra at.

      − Bəs sən?

      − Mənim fikrimi çəkmə. Bu bədcinsi öldürməmiş bayıra çıxası deyiləm.

      Balaca Qara Balıq bu sözləri deyib Balıqudanın qarnında otərəf-butərəfə var-gəl etməyə başladı. Rizə balıq isə onun ağzından bayıra atıldı və suya düşdü. Çox gözlədi, xilaskarından xəbər çıxmadı. Birdən gördü ki, Balıqudan havada mayallaq vurub fəryad qoparır… Nəhayət, o, müvazinətini itirib şappıltı ilə suya düşdü, yenə bir qədər çapalayandan sonra taqətdən düşdü. Lakin Balaca Qara Balıqdan yenə də xəbər çıxmadı və indiyə qədər də bir səs-soraq yoxdur.

      Burada Qoca Balıq nağılını bitirdi. Üzünü on bir min doqquz yüz doxsan doqquz nəvə və nəticəsinə tutub dedi:

      − Daha yatmaq vaxtıdır, balalarım, gedin yatın!

      Nəvə-nəticələri ondan soruşdular:

      − Nənəcan, axı sən Balaca Qara Balığın başına sonra nələr gəldiyini demədin?

      Qoca Balıq dedi:

      − O da sabahkı gecəyə qalsın, balalarım. Artıq yatmaq vaxtıdır. Gecəniz xeyrə qalsın!

      On bir min doqquz yüz doxsan doqquz bala Balıq bir ağızdan:

      − Gecəniz xeyrə qalsın! − dedi və yatmağa getdi. Nənəni də yuxu apardı. Balaca Qızıl Balıq isə nə qədər çalışdısa, yata bilmədi. Sübhədək dəniz barədə fikirləşdi…

      BİR ŞAFTALI, MİN ŞAFTALI

      Susuz, yoxsul bir kəndin qırağında böyük və abad bir bağ vardı. Bağ su sarıdan korluq çəkmirdi, müxtəlif meyvə ağacları ilə də zəngin idi. O qədər uca, qollu-budaqlı ağacları vardı ki, bağın bu başından baxsaydın, o başı görünməzdi.

      Bir neçə il əvvəl kəndin ərbabı1 torpaqları hissə-hissə bölüb kəndlilərə satdı, bağı özü üçün saxladı. Satılmış yerlər dərə-təpəlik, barsız-bəhərsizdi, suyu da yox idi. Dərə boyu uzanan düzənlikdə ərbabın bağı yerləşirdi. Kəndlilər aldıqları dəmyə torpaqda arpa-buğda əkirdilər. Xülasə, bunların üstündən keçək, yoxsa mətləbdən uzaq düşərik.

      Bağda iki şaftalı ağacı bitmişdi. Biri o birindən həm balaca, həm cavan idi. Hər iki ağacın yarpaqları, çiçəkləri bir-birinə oxşayırdı. Elə ilk görünüşdən hamı bunların bir cinsdən olduğunu ayırd edirdi. Böyük ağac peyvənd olunmuşdu. Hər il yekə və gözəl şaftalılar gətirirdi. Elə şaftalı ki, ovuca güclə yerləşirdi. Adamın dişləyib yeməyə heyfi gəlirdi. Bağbanın dediyinə görə, həmin ağacı bir əcnəbi mühəndis peyvənd eləmişdi; peyvəndi də elə öz ölkəsindən gətirmişdi.

      Bəlli məsələdir ki, belə xərc çəkilmiş bir ağacın şaftalısının qiyməti də baha olmalı idi. Hər iki ağacın gövdəsindən asılmış taxta parçası üzərində “Quran”dan bu sözlər yazılmışdı: "Və in yəkad". Bunu guya ağaclar nəzərə gəlməsin deyə asmışdılar.

      Balaca şaftalı mindən çox çiçək açsa da, bir dənə də olsun meyvə yetirmirdi: ya çiçəklərini СКАЧАТЬ



<p>1</p>

Ərbabköhn. ağa, cənab; sahib