Название: Hekayələr
Автор: Самед Бехранги
Издательство: Altun Kitab
Серия: Hekayə ustaları
isbn: 9789952242287
isbn:
Dəvə hovuzun qırağında astaca yerə çökdü. Mən atılıb yerə düşən kimi ağ dovşan əlimdən tutdu, masaların birinin arxasında oturduq. Bir azdan qonaqların başı açıldı, gəlhagəl başlandı. Gəlinciklərin bir dəstəsi minik maşınlarında, bir dəstəsi də təyyarə və helikopterlərdə gəldi. Uzunqulaq şıllaq ata-ata, tısbağalar dəvə balalarının quyruğunda sallana-sallana, meymunlar mayallaq aşa-aşa, dovşanlar qaça-qaça gəlib çıxdılar. Qəribə qonaqlıq idi. Növ-növ yeməklər vardı. Qızardılmış hindtoyuqlarına, cücələrə, əmlik kababına, plov və xuruşlara, heç vaxt görmədiyim başqa yeməklərə baxanda ağzımın suyu axırdı. Meyvə də ki nə qədər desən. Dəvə hovuzun o başında dayanaraq hamını sakitləşdirib dedi:
− Kiçikdən böyüyə qədər hamınız xoş gəlib səfa gətiribsiniz! Amma bilirsiniz, belə bir xərc çəkilmiş qonaqlığı kimin xatirinə eləmişik?
Uzunqulaq səsləndi:
− Lətifin xatirinə. İstədik ki, o da ömründə, heç olmasa, bir dəfə yaxşı çörək yesin və arzusu ürəyində qalmasın!
Pulemyotatan xoruz:
− Lətif gəlib bizə o qədər tamaşa edib ki, hamımız onu sevirik, − dedi.
Pələng söhbətə qarışdı:
− Əlbəttə, o istəyir ki, biz onun olaq. Biz də elə onunku olmaq istəyirik.
Aslan:
− Doğrudur, − dedi, − varlı uşaqları bizdən çox tez doyurlar. Çünki ataları hər gün yeni oyuncaqlar alır. Onlar da bizimlə bir-iki dəfə oynadıqdan sonra doyur və bizi bir qırağa atırlar.
Mən söhbətə qarışdım:
− Sizlərdən hər hansınız mənim olsanız, söz verirəm ki, heç vaxt sizinlə oynamaqdan doymaram. Sizi tək qoymaz, hər vaxt sizinlə oynayaram.
Oyuncaqlar bir səslə:
− Bilirik. Biz səni çox yaxşı tanıyırıq, − dedilər, − amma təəssüf ki, biz səninki ola bilmərik. Çünki bizi çox baha satırlar.
Oyuncaqlardan biri:
− Məncə, sənin atanın biraylıq gəliri belə bizlərdən birini almağa çatmaz, − dedi.
Dəvə bir daha hamını sakitləşdirdi:
− Mətləb üstünə qayıdaq, − dedi. − Sizin dediklərinizin hamısı doğrudur. Ancaq biz bugünkü qonaqlığı çox mühüm bir şeyin xatirinə düzəltmişik. Siz isə ona toxunmadınız.
Конец ознакомительного фрагмента.
Текст предоставлен ООО «ЛитРес».
Прочитайте эту книгу целиком, купив полную легальную версию на ЛитРес.
Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.
1
Ərbab – köhn. ağa, cənab; sahib