Hekayələr. Сулейман Сани Ахундов
Чтение книги онлайн.

Читать онлайн книгу Hekayələr - Сулейман Сани Ахундов страница 5

Название: Hekayələr

Автор: Сулейман Сани Ахундов

Издательство: Altun Kitab

Жанр:

Серия: Hekayə ustaları

isbn: 9789952241082 

isbn:

СКАЧАТЬ Anam mənə dağkeçisi deyərdi, çünki qayalara keçi kimi dırmaşardım. Tamam adını mənə atam qoyub.

      − Tamam, bundan sonra mən sənə Göyərçin deyəcəyəm, razısanmı?

      − Razıyam, indi gedim bacıma kömək edim, sonra söhbət edərik, − deyə Tamam qaçaraq komalarına getdi.

      Meyvə bağları ilə əhatələnmiş güllü, bağçalı böyük həyətimizdə bizdən başqa iki əmioğlumun da ailəsi yaşayırdı.

      Kiçik əmioğlum hərçənd evli deyildi, lakin dul bacısı və onun iki yaşında oğlu ilə bir ailə kimi ayrıca yaşayırdılar, Tamam da bunlarda işləyəcəkdi. Kürdüstan dağlarında bəslənmiş bu iki çiçək bu ailələr içərisinə girməklə onlarda bir yenilik, şadlıq vücuda gətirdisə də, digər tərəfdən nifaqa və ondan törəyən faciəli hadisələrə də səbəb oldu; lakin burada onlardan bəhs etməyib hekayəmizin qəhrəmanı olan Tamam qızcığazın ürəkdeşən faciəsini yazacağam.

* * *

      Yazın qızğın günləri idi. Biz uşaqlar vaxtımızın çoxunu meyvə bağlarında keçirərdik. Gah yetişmiş meyvələri dərib yeyərdik, gah quş yuvalarından bala düşürüb oynardıq. Gah da cələ qurub ana quşları tutardıq. Bu pis hərəkətləri bizə tərk etməyə Tamam, səy və qeyrət edərdi. Bunların əvəzində bizə cürbəcür oyunlar öyrədib məşğul edərdi.

      Heç unutmaram. Bir gün bibim evinə getmişdim. Onların bağında gözümə ağac deşiyində qayrılmış bir alacəhrə yuvası sataşdı. Cəld ağaca dırmaşıb əlimi yuvaya soxdum və tüksüz ətcə balaların üstündən ana alacəhrəni tutub sevincək bir halda ağacdan endim. Daha bibimə görünməyib evimizə qaçdım. Həyətimizdə

      Tamama rast gəldim.

      − Bibin sənə nə verdi? – deyə Tamam soruşdu.

      − Heç zad vermədi, − deyə cavab verdim.

      − Yalan söyləyirsən, bibin səni çox istəyir, yəqin, yenə də ciblərini qənfet ilə doldurubdur. Bax onun üçün də əllərini cibindən çıxarmayırsan, heç qorxma, mən səndən zor ilə almayacağam. İstərsən verərsən, istəməzsən verməzsən. Ancaq sözlərinin yalan olduğunu bu gün mənə sübut etdin, − deyə Tamam məni utandırdı.

      Mən, həqiqətən, Tamamı çox istəyirdim və heç bir şeyi ondan müzayiqə etməzdim. Bunu özü də bilirdi. Lakin bu sözlərdən məqsədi nə olduğunu anlamadım. Sol cibimdən əlimi çıxarıb dedim:

      − İndi özün bax, gör cibimdə bir şey varmı?

      − O biri əlini cibindən çıxart, qənfet oradadır, − deyə Tamam təklif etdi.

      Əlacsız qalıb mən alacəhrəni çıxarıb ona göstərdim və nə üsul ilə tutduğumu söylədim.

      − Mən bunu əvvəldən bilirdim. İndi mən sənə o anasız qalmış balaların halından bir neçə kəlmə söyləyəcəyəm, qəlbin yanarsa, balaca quşcuğazlara yazığın gələrsə, analarını buraxarsan, – deyə Tamam elə bir maraqla, elə bir qəlbyandırıcı sözlərlə anasız qalmış quşcığazların halını təsvir etdi ki, mən ixtiyarsız ovcumu açdım və quşcığaz da şad bir səslə uçub getdi.

      Tamam mənim gözlərimdəki yaşı görüb, "indən sonra bir daha quşlara əziyyət verməyəcəyəm" sözlərini eşidib məni qucaqlayıb öpdü.

      Bu ittifaqdan sonra mən bu pis adəti tərk etdim. Belə üsul ilə əsla zor etmədən Tamam bir çox çirkin hərəkət və adətləri mənə tərk etdirdi. İndi bu uzun müddət keçdikdən sonra uşaqlıq xatiratımı yad etdikdə Kürdüstan dağlarında bəslənmiş elmsiz, tərbiyə görməmiş bir qızcığazda bu qədər rəhmdilliyə, onun uşaqlara tərbiyə verməkdə bu qədər ustad olmağına heyran qalıram.

      Payız yetişdikdə biz uşaqlar üçün yeni bir məşğuliyyət əmələ gəldi. O da bağlarımızdan meyvə dərib damlarda asmaqdan ibarət idi. Anam məni həvəsləndirib deyirdi:

      − Dur, oğlum, dur, qışın uzun gecələrində buxarımızı yandıracağıq, onun başına toplaşacağıq, Tamam da bizə gözəl nağıllar söyləyəcək, biz də bu meyvələri şirin-şirin yeyəcəyik.

      Bəli, anam vədə verdiyi günlər gəlib çatdı, ağappaq qar kəfən kimi yeri qucaqladı. Soyuq külək heyvanları isti tövlələrə, insanları buxarının başına topladı.

      Gecələr qadınlar, uşaqlar otağımıza yığılıb buxarının başına toplaşırdılar. Anam da çərəz gətirib qoyardı. Biz də şirin söhbət edərək yeyərdik, danışardıq, gülüşərdik, axırda da Tamam maraqlı nağıllarını başlardı. Yeri gəldikdə özünü el aşıqlarına oxşadaraq həzin bir səslə oxuyardı. Bəzi vaxt söhbət əcinnədən, şeytandan, divdən, hal anasından düşərdi. Hər kəs bunlardan əcaib, qəraib şeylər nağıl edərdi.

      Gülbənd bacısı Tamamın hər şeydən ziyadə xaraba qəbiristandan qorxduğunu söylərdi. Qadınlardan bəzisi ölülərin xortlamağından bəhs edərək Tamamın xofunu haqlı bilərdi. Anam biz uşaqların gözlərində qorxu əlamətini görərək söhbəti dəyişdirərdi. Onun əvəzində xidmətçi Bəxtiyara qaval çaldırıb bizləri oynadardı…

      Bu il yay tətili münasibətilə böyük qardaşımla bir yerdə vətənə övdət9 etmiş dayım mənimlə görüşdükdə anama dedi:

      − Bunun da oxumaq zamanı çatmış. Gedəndə özümlə aparacağam.

      − Yox, qardaşım, birini dartıb qərib vilayətə apardığın yetər, daha bunu vermərəm, − deyə anam dayımın təklifini rədd etdi.

      − Verməyib nə edəcəksən? Özün bilirsən ki, oğlunun atası, əmiləri hamısı ölüb, böyük mülkünüz əlinizdən çıxıb, cinsli ilxılarınız sahibsizlikdən tələf olub, sən bir dul arvad, buna nə tərbiyə verəcəksən? Böyüdüb çobanmı edəcəksən? Nə üçün övladının bədbəxt olmağına səbəb olursan?

      Belə dəyərli sözləri ilə dayım bacısını yola gətirmək istəyirdi. Lakin anam razı olmayıb deyirdi:

      − Övladımı nə üçün elmsiz qoyuram?! Bu ildən mollanın yanına göndərib oxutduracağam…

      − Onda bu işi uşağın özünə burax, istər biz ilə təhsilə gedər, istəməz, sən anası və bacısı ilə burada qalar.

      Anam buna razı oldu; çünki ondan ayrılmayacağıma şübhə etməyirdi. Lakin hər şey dayım tərəfə keçməyə səbəb oldu. Birisi mollanın çubuq və falaqqa qorxusu, digəri qardaşımın və qeyri məktəbli qohumların gözəl formalı məktəb paltarı və söylədikləri əcaib şeylər idi.

      − Mən dayım ilə oxumağa gedəcəyəm, − deyə razılıq verdim.

      Anam naçar qalıb bir şey demədi. Lakin yenə də ümidini kəsməmişdi, çünki СКАЧАТЬ



<p>9</p>

Övdət – qayıtmaq