Hekayələr. Сулейман Сани Ахундов
Чтение книги онлайн.

Читать онлайн книгу Hekayələr - Сулейман Сани Ахундов страница 2

Название: Hekayələr

Автор: Сулейман Сани Ахундов

Издательство: Altun Kitab

Жанр:

Серия: Hekayə ustaları

isbn: 9789952241082 

isbn:

СКАЧАТЬ da, yenə çoxları alqışlayıb "Əhsən! Əhsən!" dedilər. Sonra bülbül özünün gözəl vilayətlərini buraxıb bu bağa gəlmək qəsdini bəyan etdi və dedi:

      − Mənim əziz qardaşlarım! Mən yaşıl çəmənləri, laləzar gülşənləri buraxıb bu viranəyə gəldim ki, siz bədbəxt qardaşlarımı da özüm kimi musiqi işlərinə aşna edim. Haydı, əfəndilərim, başlayalım!

      Bunu deyib bülbül bir dəstgahda cəmi muğamatı tamam etdi və sonra quşlarla təliminə şüru etdi. Qarğalar qarıldaşdı, bayquşlar ulaşdı, sağsağanlar qığıldaşdı, sərçələr curuldaşdı, xülasə, hər quş öz anasının öyrətdiyi səslə oxumağa başladı. Bülbül nə qədər çalışdı, quşlardan heç biri onu yamsılamağı da bacarmadı. Ancaq bircə tutuquşu öz adətinə görə onun təqlidini çıxardırdı. Axırda bülbül quşlardan naümid olub onları tutuquşuna tapşırdı və özü də gəldiyi vilayətə qayıtdı. Bülbül gedəndən sonra tutuquşu bülbülün ədası ilə bir "konsert" məclisi düzəltdi. Dəvət olunmuş qonaqlar həmin gün məclisə yığıldılar. Tutuquşu bir uca yerə çıxıb kərahətli6 bir səslə qarğa kimi qarıldadı, sağsağan kimi qığıldadı, hətta qurbağa kimi də quruldadı, ancaq bir bülbül kimi oxuya bilmədi. Siçan bunu eşidib dedi:

      − Ay tutu dayı! Qabaqlarda pis də olsa, öz ana dilində oxuyurdun, amma indi bülbülün də adını biabır etdin və hər tərəfdən avara qalmısan.

      QAN BULAĞI

      İyulun isti günlərinin birində dağların arası ilə uzanan əyri-üyrü, eniş-yoxuş yol ilə iki atlı gedirdi. Bunların biri iyirmi yaşında gənc, digəri yetmiş sinninə varmış bir qoca idi. Bu iki şəxsin yaşlarında bu qədər böyük fərq olduğu halda, zahirlərində bir o qədər fərq görünməyirdi. Hər birisinin əynində pişmət, çərkəzi çuxa, belində kəmər, xəncər və qılınc, başında dəri papaq, çiynində qara yapıncı və boynunda ağ baslıq var idi. Qocanın at üstündə əyləşməsi, əzasının hərəkəti, alıcı quş kimi baxışı gəncdən seçilməyirdi. Lakin qocalıq nişanəsi üzünün qırışından və uzun ağ saqqalından görünürdü. Yol getdikcə daralırdı. Dağlardan enib indi qayadöşü incə bir yol ilə gedirdilər. Onun yuxarı tərəfi divar kimi ucalan sıldırım qayalar, alt tərəfi göz qaraldan uçurum dərələr idi. Bu qorxulu yol ilə səfər etmək qeyrilərə namümkün olduğu halda, Dağıstan əhalisinə və onların atlarına adi bir şeydir.

      Vaxt günortaya yaxınlaşmışdı. Susuzluqdan hər iki süvari yanırdı. Ələlxüsus susuzluq gəncə artıq təsir eləyirdi. Onun gözləri səbirsiz və iztirab ilə su arayırdı. Bu halda gəncin qulağına su şırıltısı gəldi.

      − Baba, muştuluq olsun, irəlidən su səsi gəlir, − deyə cavan atını sürdü.

      Qoca təbəssüm ilə ona nəzər salaraq başını yırğaladı. Gənc bulağa çatdıqda gördü ki, suyun rəngi qırmızıya çalır. Buna baxmayaraq susuzluğunu tezcə rəf etmək üçün qurtum su içər-içməz:

      − Bu nə cür sudur? − deyə ayağa qalxdı. Bu halda qoca gəlib ona çatdı və gülümsəyərək dedi:

      − Susuzluğunu rəf etdinmi, oğlum?

      − Xeyr, baba, bu bulağın suyu içməli deyil, zəhər dadı verir, rəngi də qana bənzəyir, − deyə cavab verdi.

      − Elədir, oğlum, bu, "Qan bulağı"dır, bunun suyu dəmir ilə qarışmış, bu su qansızlara və bəzi naxoşlara dərmandır…

      Cavan sordu:

      − Bu "Qan bulağı" adını nədən almış, baba?

      − Bir az səbir et, oğlum, bulağın hekayəsini sənə söylərəm. İndi isə ardımca sür, bu yaxında içməli su var, − deyə qoca atını sürdü.

      Bir qədər getdikdən sonra gözəl bir bulağa rast gəldilər, atdan endilər. Cavan xurcunundan yemək çıxarıb süfrə salmağa məşğul oldu. Nahardan sonra qoca yapıncısını yerə sərib üstünə uzandı. Cavan onun "Qan bulağı" barəsində verdiyi vədəyə müntəzir, qarşısında əyləşmişdi. Qoca gözlərini yumub bir müddət sükuta getdi. Gənc elə fikir etdi ki, qoca vədəsini unudub yuxuya daldı. Lakin fikri yanlış idi. Bir azdan sonra qoca gözlərini açdı, başlığını büküb dirsəyinin altına qoydu və dərindən bir ah çəkib dedi:

      − Ulu Qafqaz, ulu dağlar! Hər bir daşın bir tarixdir. Kimlər gəlib sinəndən keçmədi, çaylarını qızıl qana döndərmədi!..

      Oğlum, bu dərə bu torpağı iki yerə təqsim7 edir. Belə rəvayət edirlər ki, qədim zamanda bu dərənin o tərəfində böyük bir qəbilə, başında Misir xan adında bir rəis və bu tərəfində digər bir silsilə Surxay xanın rəisliyi ilə sakin olurmuşlar. İttifaqən bu iki xanın arasında qan davası düşür, bunlar bir-birini tələf etməyə başlayırlar. Bir müddət keçmiş Misir xan və Surxay xan bir də baxıb görürlər ki, cəmi oğlanları və yaxın əqrəbaları bu qan davasında baqi qalır. Lakin hər iki rəis yeni övladlarının dünyaya gəlməsinə müntəzir olur ki, onların köməkliyi ilə düşməndən intiqamını alsın. İttifaqən bunların bir gecədə iki övladı təvəllüd edir. Surxay xanın oğlu, Misir xanın qızı olur. Bu ittifaqdan nə qədər Surxay xan şad olursa, bir o qədər də Misir xan qəmgin və məyus olur. Misir xanın anası oğlunu belə məyus və qəmgin gördükdə deyir:

      − Oğlum, qəm etmə, bilirəm səni pərişan edən nədir. Məgər qız tayfası düşməndən intiqam ala bilməz? Onlara da oğlan kimi tərbiyə versən, igidlikdə hər kəsdən geri qalmazlar.

      Bunu eşitcək Misir xan yerindən sıçrayıb qalxır və anasını qucaqlayaraq deyir:

      − Ana, fikrin çox gözəldir, ancaq de görüm, qızım olmağını kim bilir?

      − Məndən və arvadından başqa kimsə bilməyir, − deyə anası cavab verir.

      − Çox gözəl, indi mənim qızım olmağını gərək bir adam bilməsin. Sabahdan oğlum olduğunu elan edəcəyəm, sən deyən tərbiyəni də qızıma özüm verəcəyəm, lakin bu sirrin gizli qalması səninlə anasından asılıdır.

      − Arxayın ol, oğlum, əmrin yerinə yetər, − deyə anası cavab verdi. On gündən sonra Misir xan qızına Teymur xan namını verir və bu sirr pünhan qalmaq üçün həmin bu müqabilimizdəki qayanın döşündə bir köşk bina edib orada sakin olur.

      Teymur xan atasının nəzarəti altında tərbiyə alaraq nağıl olunan köşkdə böyüməyə başlayır. Onun oyun şeyləri tüfəng, xəncər, qılınc və yoldaşları bu qayalar sakini laçın, qaraquş, tərlan kimi yırtıcı quşlar olur. Belə tərbiyə nəticəsi olaraq on yaşında Teymur xan at minmədə, tüfəng atmada, qılınc vurmada igid cavanlardan geri qalmayır. Bunlardan artıq, insanları heyrətə gətirən Teymur xanın vəsfə gəlməyən gözəlliyi olur.

      Bu tərəfdən Surxay xanın oğlu Paşa xan Teymur xan kimi igidlikdə və gözəllikdə СКАЧАТЬ



<p>6</p>

Kərahətli − iyrənc

<p>7</p>

Təqsim − bölmə