Название: Sirli ada
Автор: Жюль Верн
Издательство: Altun Kitab
Серия: Dünya ədəbiyyatından seçmələr
isbn: 9789952241679
isbn:
Mühəndis dərin yuxuya getmişdi. Buxarının ortasında onun üçün quru dəniz yosunlarından yataq hazırladılar. Gecə düşdü. Buxarıda külək uğuldayırdı. Mühəndisə soyuq olmasın deyə yoldaşları onun üstünə öz gödəkcələrini örtmüşdülər.
Dənizçi od yandırmaq üçün vasitə axtarırdı. O, iki daşı bir-birinə sürtüb quru yosunu alışdırmaq istədi. Lakin yosun yanmadı. Həmin gecə od əldə etmək səyləri baş tutmadı.
Ertəsi gün, yəni 28 martda mühəndis yuxudan oyandıqda ilk sözləri yenə də “Adadır, yoxsa qitə?” oldu.
– Bilmirik, mister Smit, – deyə dənizçi cavab verdi. – Bunu araşdırmaq lazımdır.
– Bunu araşdırmağı öz boynuma götürərəm. Amma əvvəlcə yemək yesəm, yaxşı olar. Bəs odunuz var?
– Artıq sönüb…
– Eybi yox, kibrit düzəldərik.
Dənizçi buna inanmasa da, mübahisə etmədi. Mühəndis Herbertin verdiyi balıqqulağı və dəniz yosununu yeyib:
– Dünən siz məni gətirəndə uca bir dağ gördüm. Düz görmüşəm? – deyə soruşdu.
– Bəli, – Gedeon Spilet cavab verdi.
– Çox gözəl. Buranın necə bir yer olduğunu sabah o dağın başına çıxdıqdan sonra biləcəyik.
– Siz dağa çıxa biləcəksiniz? – deyə Herbert soruşdu.
– Bu, Penkrofla nə ovlayacağınızdan asılı olacaq.
– Biz əliboş qayıtmarıq. Amma ovu bişirə biləcəyimə əmin olmaq istərdim…
– Əsas odur ki, siz ovu gətirəsiniz, Penkrof, – mühəndis onun sözünü kəsdi.
Nab, Herbert və Penkrof ov üçün meşəyə yollandılar. Onlar Topun və dəyənəyin köməyi ilə qabana bənzəyən iri bir heyvan ovlayıb geri qayıtdılar. Onlar hələ Buxarıya çatmamış qayalardan göyə qalxan tüstünü gördülər.
Oraya çatan kimi Penkrof:
– Odu kim yandırdı? – deyə təəccüb içində soruşdu.
– Günəş! – Gedeon Spilet cavab verdi.
– Şüşəniz vardı? – deyə Herbert sual verdi.
– Budur, – deyə Smit özünün və Spiletin saatından çıxarılmış şüşələrdən düzəltdiyi cihazı göstərdi. Quru yosunu bu şüşə vasitəsilə yandırmaq mümkün olmuşdu.
Dənizçi ilə Nab ocaqda qaban ətini qızartdılar. Buxarının sakinləri axşam yeməyindən sonra yuxuya getdilər.
29 martda onlar adanı tədqiq etmək üçün buxarını tərk edib saat doqquza yaxın meşənin qərb kənarına çatdılar. Dağ onların qarşısında idi. Onun ətəyindəki çıxıntılar yuxarı çıxmaq üçün təbii bir yol təşkil edirdi. Smitlə yoldaşları birinci çıxıntıya çıxmağa başladılar. Çıxıntı yavaş-yavaş ucalıb dağın birinci mərtəbəsinə çatırdı.
Tədqiqatçılar birinci mərtəbənin meydançasına çatanda hava qaralırdı. Penkrofla Nab qayanın arasında ocaq qaladılar. Onlar gecələmək üçün yer hazırlayan vaxt Herbertlə mühəndis ətrafı öyrənməyə getdilər.
İyirmi dəqiqə getdikdən sonra Smitlə Herbertin qarşısına bir divar çıxdı. Onu keçmək mümkün deyildi. Smit geri qayıtmaq istəyəndə birdən qayada geniş bir çat gördü. Mühəndislə Herbert bu çat içi ilə yavaş-yavaş yuxarı qalxmağa başladılar. Onlar axşam saat səkkizdə dağın ən yüksək nöqtəsinə çatdılar. Sayres Smit təzə Ayın işığında üfüqü gözdən keçirib:
– Bura adadır, – dedi.
Yeddinci fəsil
Ertəsi gün mühəndis adanı bir daha gözdən keçirmək üçün dağın başına çıxmağı təklif edərək dedi:
– Bəlkə də, bütün ömrümüzü burada keçirməli olacağıq. Adanın qitədən nə dərəcədə uzaq olduğunu öyrənməliyik.
Səyyahlar saat səkkizə yaxın dağın başına çatdılar. Spilet mühəndisin xahişi ilə adanın konturlarını öz qeyd dəftərinə çəkdi. Adanın cənubu qalın meşə ilə örtülmüşdü, şimal hissə daşlıq və qumluq idi, dağ və şərq sahili arasında isə ağaclarla əhatə olunmuş bir göl vardı.
İndi adada yaşayış olub-olmadığını müəyyən etmək lazım idi. Onlar adanı bu hündürlükdən gözdən keçirdikdə burada nə insan, nə də yaşayış əlaməti gördülər.
Smitlə yoldaşları adanın sahəsini təyin edib sahil xəttinin uzunluğunu hesabladılar, meşə, çay, düzənlik və yaylaqların yerini xəritəyə köçürdülər. Adanın tədqiqatı bitdi.
Dağdan enməmiş Smit yoldaşlarına dedi:
– Dostlar, təsadüf bizi bu torpaq parçasına atıb. Biz, bəlkə də, burada uzun zaman yaşamalı olacağıq.
– Gəlin qəzaya uğradığımızı deyil, adaya məskunlaşmağa gəldiyimizi düşünək, – deyə Penkrof təklif etdi.
– Mənə elə gəlir ki, bu adaya, dağlara, çaylara, meşələrə ad qoymaq lazımdır, – deyə Smit gülümsəyərək dedi.
– İndi yaşadığımız yeri “Buxarı” adlandıraq. Qalan yerlərə isə öz adlarımızı verək, – dənizçi təklif etdi.
– Mən vətəni xatırladan adları daha üstün tutardım, – Gedeon Spilet dilləndi.
– Sizinlə razıyam, – mühəndis dedi. – Böyük körfəzi “İttifaq limanı”, ondan cənubda yerləşən körfəzi “Vaşinqton limanı”, bu dağı “Franklin dağı”, gölü “Qrant gölü” adlandıraq. Bu adlar bizə Amerikanı xatırladacaq.
Smitin təklifini hamı bəyəndi. Jurnalist bu adları xəritədə qeyd etdi. Daha sonra Buxarının yanındakı çaya “Razılıq çayı”, şarın onları atdığı adacığa “Qurtuluş adası”, Buxarının yanındakı yaylağa “Uzaq görünüşlü yaylaq” adı verdilər. Ada isə Smitin təklifi ilə “Linkoln adası” adlandırıldı.
Onların ağlına da gəlməzdi ki, Abraham Linkoln3 cəmi altmış gündən sonra Vaşinqtonda qətlə yetiriləcək.
Səkkizinci fəsil
Tədqiqatçılar gecələdikləri yerə enəndə Spiletlə Smit saatlarını yoxlamaq qərarına gəldilər. Smit günəşin yüksəkliyinə baxıb əqrəbləri СКАЧАТЬ
3