Где, когда и как родился мугам. Тариел Азертюрк
Чтение книги онлайн.

Читать онлайн книгу Где, когда и как родился мугам - Тариел Азертюрк страница 8

СКАЧАТЬ Bariya, Allaha dua edən qədim dövr insanı öz duasını ucadan, məqamla və xüsusi avazla ifa edirdi – tarın, udun, sazın, zilin, camın müşaiyəti ilə. Bu mənada məqam sözünün ərəbə məxsusluğu ideyası da puçdur. Musiqi janrının yaradıcısı ulu nəsildirsə, yaratdığı əsərin adını o hələ dünyaya gəlməmiş özgədən necə ala bilərdi? Elmi ədəbiyyatın təsdiqinə görə ərəbin yaşı beş min ildir. Muğam isə yeddi min il öncə yaranmış təbiət möcüzəsidir. Məbəddə məqamla dua oxumalar uşşaq, mahur, rast, dağuna, demüzi, rah muğamlarının ifası ilə baş verirdi. Və muğam termininin məqam sözündən yarandığını deyənlər, çox yəqin ki, həqiqəti söyləyirlər. Bəlkə ona görə də, bütün dinlərdə allaha duanın aramla səslənməsində uluların öz allahlarına məqamla – muğamla müraciətləri durur. Allah “melcesindən” (ocağından) sonsuz göylərə bu yolla üztutma sonralar şərqdə yaranan bir sıra dinlərə də sirayət edirdi. Yəhudi, xüsusilə, ərəb ölkələrində yaşayan yəhudilərin sinaqoqlarda Allaha duaları, müsəlman məscid və camelərində imam, molla və ya azançının muğam avazıyla hündürdən Allaha sonsuz müraciətləri, xristian kilsələrində orqanla müşayiət olunan azman xorların varlığı, ulularımızın Cıqqur At məbədində həyata keçirdikləri həm kütləvi sitayişlərin, həm də bayram şənliklərinin azman tarixi əks-sədalarıdır.

      Yəhudilər də lap bizim kimi, ərəblər kimi muğam oxuyurlar yəhudi makamı adı altında. Tarın, kamanın, tütəyin müşayiəti ilə. Tamamilə Azərbaycan muğamının rəngı üstündə çalınan deyək ki, elə şur adlandırdıqları muğam müəyyən mənada ərəb fəsiləsində səslənsə də, kök eynidir. Cıqqır At məbədinə Babildəki yəhudilər də gəlirdilər və öz vətənlərinə döndükdə yeni ölkədə eşidib sevdikləri musiqi ərməğanı ilə öz dinləyicilərini məftun edirdilər. İndi də yəhudi sinaqoqlarında Eloximə dualar makamlar üstündə səsləndirilir.

      Şahidi olduq ki, məbəddəki silindri ən qədim yazılı mənbə kimi qəbul etsək də, o, muğam barədəki informasiyası ilə yeganə tarixi yazılı şahid deyil. Ulu əcdadlarımızın sonrakı, yaxud məbəddən öncəki yaradıcılıqlarındada musiqi alətlərimizin adlarına tez-tez rast gəlirik. Fikir verdinizsə, yuxarıda yaradıcılığı barəsində söhbət açdığımız Enlil İsmə Dağan qəzəllərinin birndə deyir:

      Du gə, du gə, du gə ey, mən azuni nükur udam!

      Yəni, Du gə, şahidi ol ki, mən ən azı naxışlı (sədəfli) udam!

      Filosof şair və astronomun bu cür etirafı, müəyyən mənada tələbəlik illərində Bakının “Dağlı məhəlləsi”ndə rəssam qardaşım Fəxrəddinlə kirayənişin yaşadığım illəri xatırlatdı mənə. Oranın yerli “dağlı” əhalisi içərisində salam verdiyin şəxsdən soruşanda, məs., “Necəsiniz, Əzizə Xanım?” böyük qətiyyətlə verdiyi “Dəf kimi!” cavabı bizi təəccübləndirməyə bilməzdi. Özünü saz olan və dinləyicilərini sevindirən musiqi alətinə bənzətmək xasiyyəti, göründüyü kimi, yazılı tariximizin u başında da adət olub.

      Bir parçasını tərcümə edə bildiyimiz və kontekstindən “Anasının ölümünə” yazıldığı bəlli olan Ağıda (Elegiya) Enlil İsmə belə bir arzuyla taleyə, fələyə müraciət edir:

      İkrip ili uturub a tarı inə şəptiyə

      (Əqrəb ili a (Ana) oturub tarını kaş bir də kökləyəydi!..).

      Babilandan qaldırılmış və Britaniya muzeyində saxlanılan yuxarıdakı terrakot lövhəni tədqiq edən avropalı müəllifi musiqi alətini “Uzunqollu lut” adlandırır. Səhv göz qabağındadır. Gəlin, hörmətli antik tarzənimizin sinəsindən qədim tarı bir anlığa alaq. Və yanına Avropa musiqi aləti olub çox-çox sonralar, elə Avropa mütəxəssislərinin yazdıqlarına görə qədim uddan yaranmış lutu qoyaq. Müqayisə üçün. Tar niyə lut olmalıdır ki?..

      Qədim tar və bugünkü lut

      “Tar ifaçısı şuşalı Sadıqcandan qabaq tarı da kamança kimi dizə dirəyib çaldıqları halda, Sadıqcan aləti sinəsinə söykəyərək çalmağa başlamışdı” ideyası mövcuddur Azərbaycan ədəbiyyatında. Mümkündür. Min illərlə farslarla eyni dövlət tərkibndə olmuş azərbaycanlılar, min ilə yaxın da şahlıq taxtında otursalar da, öz tolerant, daha doğrusu, özgəyə meyl etmə təbiətləri ilə çox halda onların bəzi ənənələrinə sadiq qalıblar. Ancaq gördüyünüz kimi, türk kökdə tarı sinəsi üstə çalırdı.

      İndi zurnaya da yiyə duranlar və bu aləti “onlardan aldığımızı” iddia edib bizi burunnayanlar, pərt etmək istəyənlər də çoxdur. Amma səkkiz min il (!) öncəki piktoqramda (şəkil yazıda) ona (çərçivədə, sağda böyüdülmüş formada) və ondan törəmiş mixi yazı işarələrinə rast gəlinirsə və onlardan əsası azərbaycanca (zil, solda böyüdülmüş forması) səslənir və deşifrə edilirsə, onu bizim əlimizdən heç kəs ala bilməz:

      AZƏRBAYCAN ZİLİ (ZURNASI)

      Səkkiz min il öncə icad edilmiş ZİL piktoqram (şəkil yazı) işarəsi (solda) bu gün də zil – zurna adlandırdığımız alətin əksi idi

      Ulularımız zil səsinə görə ona elə ZİL də deyirdilər və Kars konservatoriyasının professoru dostum R.İmraninin şəxsi söhbətimizdə bildirdiyinə görə, Türkiyədə ona elə zil də deyirlər. Zil Türkiyə lüğətlərində zəng, qapı zəngi olsa da, dialekt variantında zurnanı da ifadə edir. Göründüyü kimi, musiqinin özü qədər qoca olan zil türkün bir sıra çivi işarələrinin şəkil yazılı əsasında dururdu. Bütün dünyaya da bizdən yayılırdı.

      Bu da hələ son deyil. Şeir dilinin mürəkkəbliyinə görə ehtimal ki, 6 min il oncə yazıb-yaratmış Enlil İsmə dövrlərinə təsadüf edən, yuxarıda artıq tanış olduğumuz şairə Bikənin təsvir etdiyi hadisə, bu gün Türkiyə camelərində Mevlani təriqətinə məxsus dərvişlərin rituallarını xatırladır. Muğam sədaları altında Yerin özü kimi bir ox üstündə fırlanıb göylərdən paklıq diləyən cəlaləddinçilərin “Semavi reqsi”ni təsvir edır bir növü anun poeması. İlk beyt belə başlanır:

      A nə zırı dibale çəkir Uda, kad əbada,

      Dimmə! Kürrə ana əməli latehə!

      Həmmədanda yazıb yaratmış şairə Bida Həmmədani (Bida — dəyərlilik əmsalı anlamında tək, yeganə, yalnız deməkdir. Bu adı da tarımız, udumuz kimi farsınkı sayırlar bizim öz mütəxəssislərimiz; Həmmədani ləqəbini ana biz vermişik) özünün “Həmmədan kuku” adlı şeirində Arazla, Kürlə yanaşı, saza da müraciət edir a:

      Sazu şama tudağun ki, bihama çiçi,

СКАЧАТЬ