Kiçik qəhrəman. Abdulla Şaiq
Чтение книги онлайн.

Читать онлайн книгу Kiçik qəhrəman - Abdulla Şaiq страница 8

Название: Kiçik qəhrəman

Автор: Abdulla Şaiq

Издательство: TEAS PRESS

Жанр:

Серия:

isbn: 978-9952-311-55-6

isbn:

СКАЧАТЬ etinasız:

      – Sənin otağında kimin nə işi var? – dedi.

      Albert düşünürdü. Xuan gülə-gülə ondan soruşdu:

      – Kiçik qəhrəman, indi nə düşünürsən?

      Albert düşünə-düşünə cavab verdi:

      – Bu xain yenə xəbərə getdi. Bu dəfə də gəlsələr, səni harada gizləyim? Bax bunu düşünürəm.

      Birdən Albert sevinclə bağırdı: “Aha tapdım!” Sözünü bitirməmiş tez dışarı çıxdı. Bir az sonra qoltuğunda əyri bir qabaq içəri girdi.

      – Xuan dayı, qalx gedək!

      Xuan bir Albertə baxdı, bir də onun qoltuğundakı əyri qabağa, heyrətlə soruşdu:

      – Hara, oğlum?!

      – Mariyanın hovuzuna!

      – Fikrin nədir?

      – Bu dəfə səni hovuzun içində gizləyəcəyəm. Sən suya girərsən. Bu qabağı da başına keçirərsən, – deyə Albert çoxdan başını kəsmiş və içini çıxartmış olduğu qabağı təcrübə üçün Xuanın başına keçirdi. Qabaq onun başını və boynunu gözəlcə gizləyə bilirdi. Albaressa söylədi:

      – Albert, səndə şeytan ağlı var, bu qabaq haradan sənin fikrinə gəldi? Bu dəfə Xuanı heç faşistlərin babası da tapa bilməz.

      Xuan qabağı başından çıxarıb:

      – Bunun içində nəfəsim darıxar, – dedi.

      Albert qabağın bir neçə deşilmiş yerini göstərib:

      – Bax buradan hava alacaqsan, bunu mən öz quşum üçün qayırmışdım, – deyə Xuanı sakit etdi.

      Bu əsnada həyətdə səs-küy qopdu. Xuan tez Mariyanın mətbəxinə qaçdı. Jandarmların yaxınlaşdığını görüncə hovuza girib qabağı da başına keçirdi.

      Jandarmlar bu dəfə çox ağzıdolu gəlmişdi. İçəri girincə Albaressaya qəzəbli səslə bağırdılar:

      – Ey qoca, qalx o adamı ver, yoxsa səni də, bu uşağı da aparıb öldürəcəyik!

      Albaressa dedi:

      – Mən onu haradan verim? Yerdən çıxartmaya-cağam ki!.. Bu otaq, bu da siz, əgər mənim evimdə tapsanız, nə istəyirsiniz edin!

      Qısaboylu, yoğun jandarm zorla öz qəzəbini boğdu.

      – Ver bura açarı!

      Albaressa açarı verdi. Jandarm sandığı açdı. İçində heç bir şey yox idi. Hər ikisi bir-birinin üzünə baxdı. Albert irəli gəlib öz şirin dili ilə onları sakit etməyə çalışdı:

      – Vətəndaşlar, bu bizim otaq, bu da siz, biz onu harada gizləyəcəyik? Həm də nə üçün gizləyək? Siz o Mariyanın sözünə inanmayın. O, həmişə babam Albaressa ilə dalaşır. Nə deyirsə, hamısı yalandır.

      Albertin şirin dili də onları sakit etmədi. Mariya faşistləri elə inandırmışdı ki, əl çəkmirdilər. Alberti və Albaressanı tüfəng qundağı ilə xeyli döydülər. Bir fayda olmadı. Qısaboylu, yoğun jandarm gedirkən:

      – O adamı verməsəniz, eviniz topa tutulacaq. Bu artıq qərara alınmışdır, – dedi.

      Jandarmlar getdilər. Albert və qoca Albaressanın yedikləri tüfəng qundaqlarından bədənləri qapqara qaralmışdı. Hər ikisi bir-birinə təsəlli vermək üçün zor-güc özlərini saxlaya bilirdi. Albaressa yerə oturub səssizcə düşünürdü. Xuan onların yadından çıxmışdı. Bu zaman Mariya daş dəymiş ayı kimi donquldana-donquldana evə gəldi. Görünürdü ki, xəbərlər yalan çıxdığından jandarmlar onu incitmişdilər. Nə isə bir şey almaq üçün koridordan o, birbaş mətbəxə girdi. Jandarmların getdiyini duymuş Xuan da bu zaman başından qabaq hovuzdan çıxdı. Mariya onu görüncə qorxa-qorxa geri çəkildi və səsi gəldikcə bağırıb yerə yıxıldı. Onun bu qorxunc səsinə Albert və Albaressa da gəldi. Mariya ölü kimi yerə sərilmiş, qorxusundan gözləri kəlləsinə çıxmışdı. Xuan da onun başı üstündə durub heyrətlə ona baxırdı.

      – Qonşu, Xuanın başına qabaq keçirib hovuzda gizləyirsən, sonra da bizdən xəbərçiliyə gedirsən.

      Mariya cavab vermədi.

      Döyüş şiddətlənirdi. İrəliləməkdə olan respublikaçıların pulemyotları altından faşist ordusu dəstə-dəstə geri çəkilirdi. Xuan Albaressanın otağındakı pəncərənin deşiyindən çəkilməkdə olan faşist dəstələrinə baxıb sevinirdi. Birdən qapıya yüyürüb bağırdı:

      – Albert, gəl bir bax, faşistlər qaçırlar.

      Albert Albaressanın əlindən tutub sevinə-sevinə qaçdı. Mariya ilan vurmuş kimi acığından qovrulurdu. Kinindən dil-dodağını çeynəyirdi. Qonşuların getməsindən istifadə edərək cəld qalxdı, otağın və mətbəxin qapısını bağlayıb getdi. Albert birdən Mariyanı xatırladı. Onun yenə xəbər üçün gedəcəyin-dən qorxurdu. Nə yapdığını bilmək üçün artırmaya çıxdı. Mariya otaq və mətbəx qapısını da bağlayıb getmişdi. Albert tez geri qayıtdı. Barmağı ağzında durub düşünürdü. Xuan onu görüb soruşdu:

      – Kələkbaz, daha nə düşünürsən. Bir saat sonra bizim müzəffər ordunu salamlayacağıq. Sən gəl çiçək hazırla!

      Albert başını qaldırıb düşüncəli vəziyyətdə dedi:

      – O bəxtiyar günü görmək üçün səni qurtarmaq lazımdır. Mariya qapısını, mətbəxini, bağlayıb xəbərə getmişdir. Jandarmlar bu saat gələcək. Buna bir çarə düşünürəm.

      Xuan ona gülə-gülə cavab verdi:

      – İspan xalqının aslan balaları kaş bu azğınlara qalib gəlsin, mən ölümdən qorxmuram.

      Albert ona cavab vermədi; düşüncəli bir halda otaqdan çıxdı. Bir az sonra əlində iri bir zənbil gülə-gülə içəri girdi. Albaressa və Xuan ona baxıb gülürdülər. Albaressa dedi:

      – Ağıllı bala, indi fikrin nədir?

      Albert zənbili yerə qoyub dedi:

      – Xuan dayı, bu dəfə səni bu zənbilin içində tavandan asacağam.

      Xuan bir Albertə baxdı, bir də köhnə, bu böyük zənbilə. Üzünü Albaressaya tutub cavab verdi:

      – Bizim zənbil məni saxlamaz, oradan başı üstündə yerə gələrəm.

      Albert əlini Xuanın çiyninə qoyub onu sakit etdi:

      – Mən СКАЧАТЬ