Kiçik qəhrəman. Abdulla Şaiq
Чтение книги онлайн.

Читать онлайн книгу Kiçik qəhrəman - Abdulla Şaiq страница 4

Название: Kiçik qəhrəman

Автор: Abdulla Şaiq

Издательство: TEAS PRESS

Жанр:

Серия:

isbn: 978-9952-311-55-6

isbn:

СКАЧАТЬ çünki həm paltarı yumurtaya batmışdı, həm də səbətdəki yumurtaları sındırmışdı.

      Murad bu fikirləri eləyirdi, bir də gördü ki, Bilqeys əlində “Uşaq gözlüyü” əlifba kitabçası bağçaya çıxdı. Məstan xoruz, sarı toyuq və cücələri Bilqeysin ətrafını aldı. Bilqeys oturdu, kitabını açdı, sarı toyuğun başına əl çəkib dedi ki:

      – Gözəl toyuğum! Gəl sənə bu şəkilli kitabdan dərs verim, yaxşı?..

      Sarı toyuq bir Bilqeysin üzünə baxdı, bir də kitabı dimdiklədi.

      Bilqeys dedi:

      – Deynən “A”.

      Toyuq heç səs çıxarmadı. Bilqeys gördü ki, toyuq oxumur, cücənin birini kitabın üstünə qoyub dedi:

      – Gözəl cücəm, deynən “A”.

      Cücə kitaba baxdı, baxdı, birdən-birə dimdiyini yuxarı qaldırıb “cik-cik” deyə səsləndi. Bilqeys şadlığından bilmədi ki, nə etsin.

      Bu zaman anası pəncərədən gülə-gülə Bilqeysin dərs verməsinə baxırdı. Bilqeys bir adam axtarırdı ki, cücəsinin kitab oxumasını ona göstərsin. Anasını pəncərədə görəndə sevinə-sevinə qışqırdı:

      – Anacan, bircə cücəmə bax, gör nə yaxşı oxuyur! Gözəl cücəm, deynən “A”.

      Cücə Bilqeysə baxıb yenə də “cik-cik” deyə səsləndi. Bilqeys gülə-gülə qara iri gözlərini anasına dikib dedi:

      – Anacan, gördün nə yaxşı oxuyur!

      Anası gülə-gülə cavab verdi:

      – Gözəl qızım, məgər sən pis oxuyursan ki, cücən də pis oxusun?..

      Bu aralıq Məstan xoruz da Bilqeysin başının üstündə durmuşdu. Xoruz kitaba baxdı, baxdı, birdən-birə ucadan banladı. Bilqeys balaca əlini xoruzun başına çəkib dedi:

      – Məstan xoruzum, sən böyüksən, oxumaq bilirsən. Qoy bu balaca cücəni öyrədim. Qoçaq cücəm, de görüm “A”.

      Cücə sarı dimdiyini açıb: “Cik-cik”, – deyə oxudu.

      Murad alma ağacının altında oturub qəmgin-qəmgin bunlara baxır, öz-özünə fikir eləyirdi: “Nə üçün Bilqeysi hamı sevir? Hamı ona məhəbbət yetirir? Amma məni heç kəs sevmir, hamı mənə nifrət edir? Nə üçün?..”

      CÜMƏNİN QƏZƏBİ

      Bir neçə il idi ki, quraqlıq keçdiyindən ayrımların əkin-biçini əmələ gəlmirdi. Quraqlıq bir dərəcədə idi ki, baharın orta ayında otlar saralıb quruyurdu, çiçəklər solurdu, ağacların yarpaqları tökülüb, çılpaq qalırdı; dərə, təpə, çöl, çayır payız vaxtı kimi qəmgin və çılpaq bir halda görünürdü. Mal, heyvanın otlaması üçün nə ot, nə də saman tapılırdı. Yazıq heyvanlar acından qırılıb tələf olurdu. Get-gedə kəndi kasıblıq və bədbəxtlik bürüyürdü…

      Bir gün kəndin ağsaqqalları yığışıb məsləhət elədilər ki, “Allah nə üçün bizə qəzəb eləyir və göydən yağış yağmır?”

      Təcrübəli və ağsaqqal bir ayrım dedi:

      – O vaxt ki Cümə kişi kənddə idi, hər işimiz öz yolu ilə gedirdi, Allah bizdən yağışını kəsmirdi. Elə ki Cüməni yaddan çıxardıq və Cümə də acıq eləyib kənddən getdi, o zamandan bəri Allah yağışını və rəhmətini bizdən kəsibdir. Gərək hər necə olsa, yenə Cüməni tapıb, kəndə gətirək, tainki Allah bizə yağış və bərəkət göndərsin. Çünki Cümə müsəlmanların həftə bayramıdır!

      Hamısı bu məsləhəti bəyəndi və qərar qoydular ki, Cüməni axtarmağa çıxsınlar. Ayrımlar iki böyük dəstə olub, Cüməni axtarmağa getdilər.

* * *

      Birinci dəstə Cüməni axtara-axtara qalın meşəli bir dərəyə yetişir. Ayrımlardan biri görür ki, zorba bir ağac kötüyündən quruyub, dərənin içinə sallanmışdır. Yoldaşlarına deyir ki:

      – Həri, huy…

      Yoldaşları deyir:

      – Huy…

      – Huy… bu quru ağacı görürsünüzmü? Nə yaxşı odundur. Gəlin bunu qırıb, kəndə aparaq.

      Amma ağacı qırmaqda hamısı aciz olur. Çünki ağac çox uca və yoğun idi. İçlərindən biri deyir:

      – Mən bunu qırmağa bir çarə tapmışam. Mən ağaca çıxaram və ağacın başından əllərimlə möhkəm yapışıb, dərəyə sallanaram. Siz də mənim ayaqlarımdan və bir-birinizin ayağından tutub, dərəyə sallanarsınız. Bu cür gücümüzü salıb ağacı dibindən qırarıq.

      Hamısı bunun məsləhətinə afərin deyib razı olur. Haman məsləhət görən adam ağaca çıxıb sallanır; o biriləri də bir-birinin ayağından tutub, dərəyə sallanırlar. Bunlar nə qədər güc edirlərsə, ağacı sındıra bilmirlər. Məsləhət verən adam qışqırır:

      – Hələ Huy…

      Yoldaşları deyir:

      – Huy… Huy…

      – Siz bir-birinizdən tutun. Bircə mən əllərimə tüpürüb yaşlayım.

      Bunu deyib, əllərini ağacdan çəkir və dərhal hamısı dərəyə tökülüb, parça-parça olurlar.

      İkinci dəstə dəxi Cüməni axtara-axtara qaya ətəyində bir mağaraya yetişir. Bu mağara şir yuvası imiş. Mağaranın ağzından içərisinə baxanda şirin iki məşəl kimi yanan gözlərini görüb: “Tapmışıq, tapmışıq! Cümə burada gizlənibdir!” – deyə bağırırlar. Amma Cüməni mağaradan nə tövr çıxarmaq yolunu tapa bilmirlər. Təcrübəli ağsaqqal bir kişi deyir:

      – Mən mağaraya girib, Cüməyə yalvararam, əgər xoşluq ilə gəlsə, heç!.. Xoşluq ilə gəlməsə, o vaxt zor və güc ilə durub ayaqlarımı da tərpədərəm; onda siz də mənə kömək edib, ayaqlarımdan çəkin ki, Cüməni bir tövr çıxarıb kəndə aparaq.

      Bunu deyib, mağaraya girdi. Şir dərhal pəncəsini uzadıb, kişinin başını yarpaq kimi qopartdı. Kişinin ayaqları hərəkət etməyə başladı. Bu vaxt ayrımlar:

      “Çəkin, çəkin! Cüməni tutubdur!” – deyə ayaqlarından tutub çəkdilər, kişini başsız görüb biri dedi:

      – Bəs bunun başı hanı?

      O birisi dedi:

      – Görünür ki, bunun əvvəlindən başı yox imiş!

      Ayrısı СКАЧАТЬ