Qərib-qərib, mübhəm-mübhəm17 xəyallar
Gəlirdi fikrimə dürlü suallar.
Deyirdim ki, dünya bir şəxsə bənzər,
Doğar, törər, nümüvv18 edər, yüksələr.
İnsan kimi hər dövrə bir az yaşar,
Sonra yavaş-yavaş ixtiyarlaşar.
Ölər, qalar bir-iki viranəsi,
O da olar bayquşların lanəsi19.
Bir müəyyən qanun üzrədir həyat,
Bir doğuş, bir təkamül, bir inhitat20.
Böylə qoyulmuş aləmin binası,
Dəyişməkdir tərəqqinin əsası.
Dəyişmək olmasa, tərəqqi olmaz,
Təbiətin bu qanunu pozulmaz.
Dəyişməklə mümkün olur təkamül,
İnsan doğar, törər, edər tənasül.
Təbiətdən gərək alınsın ibrət,
Təcəddüdlə21 olur bəqai22-millət.
Dünyanın əvvəlindən ta bu halə,
Aləmdə olmuş min-min istihalə23.
Hanı əski Roma, əski yunanlar?
Hanı əski tərəqqilər, imranlar24?
Min-min belə saysız binalar yıxmış,
Sonra yeni bir mədəniyyət çıxmış.
Hanı əski asurilər, kəsrilər?
Hanı əski kəldanilər, misrilər?
Cümləsini məhv eyləmiş zəmanə,
Hər birindən qoymuş cüzi nişanə.
Bu ondandır: vaxta görə təkamül –
Etmədilər, göstərdilər təkahül25.
Bu ondandır: zəmanəyə müvafiq –
Dəyişməyib, çıxardılar əvaiq26.
Boş etiqadlara məğrur oldular,
Puç olmağa axır məcbur oldular.
Hansı şeydir dəyişməyən dünyada,
Göyərtidə, heyvanatda, havada?
Neçün dəyişməsin fikri insanın,
Təqazası27 deyilmi bu dünyanın?
Tarix bizə göstərmirmi bu halı?
Cahil qövmün mühəqqəqdir28 zəvalı29!
OĞLUM ÜÇÜN
Mələyim, yavrucuğum, şükr edirəm Allaha,
Rəhm edib sən kimi nemət mənə ehsan30 etdi.
Qılaram səcdə müdam31 icz ilə ol dərgaha –
Ki, həyatınla bu gün könlümü xəndan32 etdi.
Mən səninlə sevərəm ömrü, həyatı, canı,
Mən səninlə görürəm indi geniş dünyanı.
Səni çoxdan arayıb həsrət ilə bəklərdim33,
Sənsiz afaq34 qaranlıq görünürdü gözümə.
Səndən ötrü çox uzun illər idi inlərdim,
Qəmlərim yox oluyor, sən gülər ikən üzümə.
Mən səninlə sevərəm ömrü, həyatı, canı,
Mən səninlə görürəm indi geniş dünyanı.
EY ŞAİRİ-DÜHAPƏRVƏR
Sabir, ey şairi-dühapərvər,
Eylədin ərşi-kibriyayə35 səfər.
Can kimi sevdiyin yazıq millət
Hələ səndən umardı çox xidmət.
Təngnayi36-cahanı tərk etdin,
Əndəlibim37, nə tez susub getdin?!
Müqtədir38, binəzir39 şair idin,
Yoxsa səbrin tükəndimi, Sabir!
Bizə könlün gücəndimi, Sabir!
Dəmbədəm qəm çəkər ikən ruhin,
Dözmədi yoxsa qəlbi-məcruhin40?
Millətin dərdi ilə qəmləndin,
Bulmadınmı dəva, vərəmləndin?
Keçdi ömrün əzabü zəhmət ilə,
Min mərarətlə41, min məşəqqət ilə.
Əbəda görmədin cahanda rifah,
Uf… sənə rəhmət eyləsin Allah!
Firqətindən yanar cahanilər,
Səni alqışlar asimanilər.
Səndən əqdəm bu yerdə bəzmi-süxən42 –
Gülxən idi, nəinki bir gülşən,
Ona sən verdin abü rəngü həyat.
Rəşki-xüld43 oldu aləmi-əbyat44,
Yeni bir şivə ixtiyar etdin,
Ədəbiyyatı növbahar etdin.
Yağdırıb zülmə, cəhlə bariqələr45,
Göstərirdin bəyandə xariqələr.
Gözümüzdən üzün nihan46 oldu,
Gülşəni-şövqimiz xəzan oldu.
Ağladıb, güldürürdün insanı,
Ağladır mövtin47 əhli-vicdanı.
Sabirim! Get, müqimi48-rizvan ol!
Vəli49 ordan bizə nigəhban50 ol!
Etmə nisyanСКАЧАТЬ
16
Sur – şəhər divarı, qala divarı
17
Mübhəm – qeyri-müəyyən, aydın olmayan
18
Nümüvv – böyümə, yetişmə, inkişaf etmə
19
Lanə – yuva
20
İnhitat – tənəzzül
21
Təcəddüd – yeniləşmə, təzələnmə
22
Bəqa – daimi, əbədi
23
İstihalə – bir haldan başqa hala keçmə, halını dəyişmə
24
İmran – abadanlıq, tərəqqi, rifah
25
Təkahül – tənbəllik; süstlük, qeydsizlik
26
Əvaiq – maneələr, əngəllər
27
Təqaza – tələb, ehtiyac
28
Mühəqqəq – doğru, gerçək
29
Zəval – yox olma, məhv olma
30
Ehsan – yaxşılıq; bəxşiş
31
Müdam – daima, həmişəlik
32
Xəndan – şən, şad
33
Bəkləmək – gözləmək
34
Afaq – üfüqlər, aləm, dünya
35
Kibriya – böyüklük, əzəmət
36
Təngnay (təngna) – darlıq, darısqallıq; sıxıntılı, dar yer
37
Əndəlib – bülbül
38
Müqtədir – bacarıqlı
39
Binəzir – tayı-bərabəri olmayan, misilsiz
40
Məcruh – yaralı
41
Mərarət – acılıq; dilxorluq
42
Bəzmi-süxən – söz məclisi
43
Rəşki-xüld – həsəd aparılan, qibtə edilən cənnət
44
Əbyat – beytlər
45
Bariqə – şimşək
46
Nihan – gizli
47
Mövt – ölüm
48
Müqim – sakin; daimi, həmişəlik,
49
Vəli – amma, lakin
50
Nigəhban – gözətçi, qarovulçu