Dərəcək dadlı meyvələr, yeyəcək.
Mənə min dəfə mərhaba deyəcək:
– Maşallah, nə yaxşı qabilsən,
Bağcavanlıqda xeyli kamilsən.
Darayıb, su verib calaqlamısan,
Şaxtadan qışda yaxşı saxlamısan.
YAY GECƏSİ
Axşam oldu, gün batdı, şamlar yandı,
Ta səhərdən axşamacan durmadan.
Gün altında tər tökərək çalışan
Əkinçilər, biçinçilər uzandı.
Yorğun-arğın hərə bir yanda yatır.
Hər şey sakit, hər yer səssiz-səmirsiz,
Ancaq hünü, milçəklərin vız-vızı,
Bu sükutu pozur… Əkinçi qızı.
Uykuda12 bürküdən, milçəkdən girsiz,
Qollarını bu yan, o yana atır.
Var bu kənddə yenə elə yoxsullar,
Nə cütü var, nə kotanı, nə kəli.
Ölmək istər, yetişməyir əcəli,
Allahpayı dilər, ağlar, zoqquldar.
Axşamacan xırmanları dolaşır.
Ey insanlar, fərz deyilmi, bizlərə,
Rəhm eyləmək, əl tutmaq acizlərə?
Onların da var buz kimi ürəyi,
Bir arzusu, bir eşqi, bir diləyi.
Onlar sizdən daha artıq çalışır,
Yaşamaqçın hər zəhmətə alışır.
YAY SƏHƏRİ
Əkinçilər, – yay gecəsiydi kənddə –
Yorğun-arğın yeni çimir etmişdi.
Arvad, uşaq xırmanlarda, həyətdə
İşdən qurtarmış, uykuya getmişdi.
Birdən xoruzlar hinlərdə banladı,
Qarı nənə sübh olduğun anladı.
Səs eylədi, – oyandı oğlu, əri,
Əsnəyərək qalxdı yataqdan bunlar,
Çağırdılar nökərləri, rəncbəri,
Oyandılar səsə qohum-qonşular.
Azan səsi gəlir minarələrdən,
Çıxır çölə xəlayiq darələrdən13.
Böyük-kiçik, rəiyyət, xanım, ağa,
Yapışdılar hər biri bir peşəyə.
Gəlin gedir inəkləri sağmağa,
Odun gətirməyə nökər meşəyə,
Biri gedib ələf tökür kəllərə,
Biri baxır xırmandakı vəllərə.
Günəş çıxır, dağdan uçur dumanlar,
Həvəslə istinin, tozun içində.
Çalışırlar bu bir yığın insanlar
Xırmanlarda, tarlalarda, biçində.
Bu zəhmətlər şərh olunmaz, uzundur,
İnsaniyyət həp bunlara mədyundur14.
ƏKİNÇİ NƏĞMƏSİ
Darı, küncüd, arpa, buğda əkməsəm,
İlin üç fəslində zəhmət çəkməsəm,
Ac qalmazmı gözəl, məsum uşaqlar?
Mənsiz kətan, kəndir verməz zəmilər,
Çadırsız yelkənsiz qalar gəmilər,
Nazik donsuz yayda uşaqlar ağlar.
Suvarmasam, yanar otlar, çiçəklər,
Ac qalanda süd verməsə inəklər,
Nədən olar şor, pendir, yağ, qaymaqlar?
Ot biçməsəm, qırılmazmı qoyunlar?
Hardan olar hasil o vaxtı yunlar?
Qışda nədən olar kürklər, papaqlar?
Əkinçi hər kəsdən artıq çalışar,
Onun əməyilə insanlar yaşar.
Qida verər məxluqata torpaqlar.
QIŞ
Bir az əvvəl sağa-sola uça-uça fırlanan,
Parça-parça qarlar indi yavaş-yavaş düşüyor.
Buruq-buruq bacalardan çıxır tüstü, ağ duman,
Küçələrdə it soyuqdan zingildəyir, üşüyor.
Hərdən külək qalxır, yerdən qarı qapıb sovurur,
Gəlib-gedən insanların üz-gözünü qovurur.
Dağı, daşı qar büsbütün ağ kəfənə bürümüş,
Pəncərənin şüşələri buz bağlayıb donmuşdur.
Dəyirmanın, bulaqların suyu donmuş, qurumuş,
Sərçə, dolaşa yem axtarır, qar üstünə qonmuşdur.
Dövlətlilər isti evdə rahat yeyib yatırlar,
Un almağa ac, yazıqlar paltar-palaz satırlar.
Allahpayı diləyəni acıqlanıb söyürlər,
“Allah versin, get kəsb elə”, – deyib hər kəs rədd edir.
“Acam, donub ölməkdəyəm” desə, qovub döyürlər.
Bir deyən yox fəhləliyə bunlar getmir, kim gedir?
Bu yazıqlar deyilmidir fabriklərdə çalışan,
Lağımlarda külüng çalan, zəhmətlərə alışan?!
YAY SƏHƏRİ
Od tutub qırmızı atəşlə yenə yandı üfüq,
Şəfəqin qırmızı rəngilə işıqlandı üfüq.
Bir qədər çaydan uzaq, od qalamış dağda çoban,
Oyadır öz sürüsün otlaya yaylaqda çoban.
Yumuşaq göy çəmənin üstə düşüb şeh gecədən,
İsti yoxdur, hələ var bir balaca meh gecədən.
Ağ dumanlar ucalır göy üzünə dağlardan.
Çox sərindir havası, keçmə bu yaylaqlardan.
Gün çıxır, göydə bulud qırmızı rəngə boyanır,
Kəndlilər çox yorulub, uykudan indi oyanır.
Pəyədən mal-qaranı bəzi çıxardır qırağa,
Bəzi səhrayə gedir işləməyə, СКАЧАТЬ
12
Uyku – yuxu
13
Dar – ev, bina; məkan, yer
14
Mədyun – minnətdar