Название: Oğluma nəsihət
Автор: Низами Гянджеви
Издательство: TEAS PRESS
isbn: 978-9952-311-21-1
isbn:
Şahın dürüst işini heç kəs etmədi inkar,
Doğruluğu danmağa axı kimin şövqü var?
Düzlüklə qurtularsan hər acıdan, ağrıdan,
Qoy düzlük səndən olsun, zəfərlərin Tanrıdan.
Haqq söz halva da olsa, haqsız üçün acıdır,
Haqq – acı, fəqət hamı həqiqət möhtacıdır.
Sözü yerli-yerində, mətləbi düz söyləsin,
Həqiqətin hamisi Tanrı tutar əlindən.
Nizaminin ki düzdür xilqəti də, qəlbi də,
Başa çatar, inşallah, hər işi, mətləbi də.
Gənc şahzadə və onun qoca düşmənlərinin hekayəti
Mən bir dastan eşitdim: uzaq Şərq ölkəsində
Yaşarmış bir şahzadə, sərvlərtək azadə.
Varlıların zülmündən iztirab çəkən diyar,
Rüzgar kimi üsyankar, həyəcanlı, biqərar.
Təzə şah təzə ruhlu, köhnələr ehkam güdən,
Şah özü də qorxarmış oyanan fitnələrdən.
Uyumuşdu bir gecə səksəkəli, nigaran,
Röyasında bir qoca ona dedi: – Ey cavan!
Sən ey tazə doğmuş Ay, köhnə bürcü dağıt, qır,
Ey yeni açılan gül, köhnə budağı sındır.
Köhnəni məhv elə ki, yeni əlində qalsın,
Həyatın da özüntək işıqlı, gözəl olsun.
Şahzadə oyanınca verdi bir yeni fərman,
İki-üç müxalifi çıxartdırdı aradan.
Qanad verdi yeniyə, qələm çəkdi köhnəyə,
Təzə şah təzə bir ruh bəxş elədi ölkəyə.
Bəli, fəsad əhlinin gərək kəsilsin başı,
Andı pozan ordunu ləğv etmək daha yaxşı.
Qartımış kötüklərin sən vurmasan boynunu,
Sərvlər bəzəyərmi gülşənlərin qoynunu?
Bağlamasan kökünə tazə bulağı, arxı,
Tufanla güləşərmi çinarın qol-budağı?94
Arıtmasan, açmasan gözlərini bulağın,
Gözü gülə bilərmi bağrı yanan torpağın?!
Özünü dərk edənin öz könül vaizi var,
Ən gözəl öyüdləri qulağına pıçıldar.95
Ağlını – qılıncını çıxar qınından bir an,
Nə vaxtacan onu sən qında saxlayacaqsan?96
Gənclik zəka qılıncı, pak, ülvi bir həmnəfəs,
Köhnə mücrüdən deyil, o qında qala bilməz.
Var-yoxunu bəxş elə, sovqat yolla, pay göndər,
Ta ki sənə səxavət, kərəm əhli desinlər.
Vardan murad götürmüş varlılar, dövlətlilər
Yalnız səxa gücünə var-dövlətə yetdilər.
Yalnız səxa toxumu verir bəhrə, bərəkət,
Qiyamətdə ruzudur kərəm, qüdrət, səxavət.
Öz ehsan xəzinəndən, ya rəb, pay göndər mənə,
Nizami ki qulundur, fərəc ver işlərinə.
Yaralı çocuğun dastanı
Hər şeydən azad olan, şən, qayğısız bir bala,
Oynayırdı küçədə iki-üç yaşıdıyla.
Ayağını atarkən yazıq bala sürüşdü,
Yürüdüyü yoldaca üzüüstə yerə düşdü.
Addımlaya bilmədi, özünü şikəst sandı,
Sanki təkcə dizi yox, qəlbi də yaralandı.
Təngnəfəs yürüdü çocuğun yoldaşları,
Əsərlənib, pərt olub, çatılmışdı qaşları.
Onu sevən bir dostu sözünü uda-uda,
Pıçıldadı astaca: – Ataq, qalsın quyuda.
Sirr aşkara çıxmasın Günəş yayılan sayaq,
Atasının yanında xəcalətli qalmayaq.
Bu yerdə uzaqgörən, sərt bir yavru da vardı,
Yaralanmış çocuğa düşmənitək baxardı.
Ciddiləşib, üz tutdu öz arxadaşlarına,
– Örtmək olmaz bu işi! – dedi yoldaşlarına.
Məndən görərlər. Məni düşmən bilirlər ona,
Büdrəyənin suçunu yükləyərlər boynuma.
– Qoy gəlib çarə qılsın! – Yürüdü zirək oğlan,
Uşağın atasına xəbər apardı əlan.
Kimin ki xilqətində hikmət cövhəri vardır,
Hər şeyə çarə tapır, həmişə üz ağardır.
Göylər vuran düyünü, soruş, yerdə kim açar?
Ayağını göylərə cəsarətlə basanlar.
Mən çərxin artığından, əskiyindən çəkdim əl,
Bununçün Nizamiyə fələk olmadı əngəl.
Sirr saxlayan ilə Cəmşidin dastanı
Cəmşidin çox güvənli, yaxın həmdəmi vardı,
Gündən nur alan Aytək şahdan işıq alardı.
Oğlan şaha mehriban, şah oğlanın məftunu,
Bütün saray əhlindən üstün tuturdu onu.
Öz xəlvət işlərini ona açardı bircə,
Etibarda hamıdan sağlam olan o gəncə.
Şaha çox yaxınsa, bir gün o dözməyərək,
Uzaqlaşmaq istədi yayından çıxan oxtək.
Dəliqanlı cavanın könlündə sirr qatbaqat,
Bunları heç bir kəsə aça bilmirdi, heyhat.
Gəldi, bir gün nə gördü qonşu, ağbirçək qarı:
Sönən СКАЧАТЬ
94
Köhnəlmiş, sozalmış, qurumuş arxın lili, üfunəti təzə fidanın köklərini yandırıb çürüdə bilər, sən onun kökünə can verəcək yeni arx, yeni bulaq çək ki, qalxıb qanadlansın, qasırğalarla güləşə biləcək əzəmətli çinara çevrilsin!
95
Nizami Gəncəvi burada “özünü dərk edən” hökmdar deyərkən Bəhram şah Ərzincanlını, “ən gözəl öyüdləri” onun qulağına pıçıldamağa qadir “könül vaizi” dedikdə isə özünü nəzərdə tutur.
96
Bəhram şah Ərzincanlıya üz tutan Nizami özünü zəka qılıncına bənzədir və şahdan tələb edir ki, bu qılınc qında qalmasın. Zira bu sənət qılıncı köhnə mücrüdən çıxarılmayıb, Tanrı tərəfindən göndərilmiş ülvi bir töhfədir. Pak nəfəsli ilham, istedad sahiblərindən hökmdarlar gərək heç nəyini əsirgəməsin.