Qış gecəsi. Salam Qədirzadə
Чтение книги онлайн.

Читать онлайн книгу Qış gecəsi - Salam Qədirzadə страница 2

Название: Qış gecəsi

Автор: Salam Qədirzadə

Издательство: Hadaf Neshrleri

Жанр:

Серия: Milli ədəbiyyat

isbn: 978-995-256-627-7

isbn:

СКАЧАТЬ zaman unudulmur!

      Stolun dövrəsində Tarçalan oğlanın dostları hərə öz sevdiyi qızla əyləşmişdi. Qədəhlər doldurulur, sağlıqlar deyilir, imtahan vaxtlarında çəkilən əziyyətli günlərin, keçirilən yuxusuz gecələrin əvəzi çıxırdı.

      Tarçalan oğlan hamı ilə zarafatlaşır, sədəfli tarını sinəsinə basıb oynaq bir mahnı çalır və oxuyurdu. Yoldaşları mahnının sözlərini başa düşməsələr də, diqqətlə qulaq asırdılar.

      Tarçalan oğlan oxuyur, onun məlahətli səsi simlərdən qopan musiqinin ahənginə qarışaraq axır… ürəklərə süzülürdü:

      Gəlməyir məktubu, fərağındayam,

      Görəsən dərdimi bilərmi Ceyran?

      Onu düşünürəm hər gün, hər axşam,

      Heç məni arzular, dilərmi Ceyran?

      Min dəfə keçmişdim qızlar içindən,

      Mən onu seçmişdim qızlar içindən.

      Ağrıyar ürəyim, sızlar içindən,

      Dərdimə bir çarə elərmi Ceyran?

      Gözəl bir şeirdir nigarın səsi,

      Çəkildi qulaqdan o yarın səsi.

      İndi hey inildər bu tarın səsi,

      Eşidib nəğməni gələrmi Ceyran?

      Çəkibdir qəlbimi dara gözlərin,

      Vurubdur sinəmə yara gözlərin.

      Deyirəm, rəhm etsə ala gözlərin

      Bir də mənə baxıb gülərmi, Ceyran?…

      Zarafat, gülüş və musiqi səsləri yataqxananın açıq pəncərələrindən Moskvanın küçələrinə yayılırdı.

      – Sakit olun, yoldaşlar! – deyə Tarçalan oğlan tarını kənara qoyub tamadadan söz almadan ayağa qalxdı.

      İyirmi iki-iyirmi üç yaşlarında olan bu oğlanın əynindəki qara şevyot kostyum sanki enli kürəklərinə və dolğun bədəninə darısqal gəlirdi. Oğlan, ağ ipək köynəyinin yaxalığını pencəyi üstə qatlamışdı, sinəsi yarıyadək açıqdı. Hələ qırışıq düşməmiş geniş alnına tökülən şabalıdı qıvrım saçlarına elə bil heç daraq toxunmamışdı. Qəşəng sifətində parlayan iri qara gözləri çox düşüncəli görünürdü. O da başqa azərbaycanlı cavanlar kimi gödək, qara bığ qoymuşdu. Çənəsindəki zənəxdan təzə qırxılmış üzünə xoş bir ifadə verirdi.

      – Xahiş edirəm, yoldaşlar, bunu da içək bizim qoca professorumuzun sağlığına! – deyə Tarçalan oğlan qırmızı şərab dolu kiçik qədəhini qaldırdı.

      – Sağ olsun! Gərək biz onun özünü də buraya dəvət edəydik! – deyə sarışın bir rus qızı ilə yanaşı oturmuş çeşməkli oğlan yerindən dilləndi. Bu, Tarçalan oğlanın yaxın dostu Boris idi. Başqa birisi də ona cavab verdi:

      – Yaxşı ki, dəvət etməmişik, yoxsa sən öz Nataşanla bu qədər mehriban otura bilməzdin.

      – Bizdə taqsır yoxdur, ikimizə bir stul çatıb.

      Qədəhlər boşaldı.

      – Bura bax, bəs sənin qədəhin niyə yarımçıq qaldı? – deyə Tarçalan oğlan, onunla üzbəüz əyləşmiş gürcü dostuna sataşdı, – deyəsən, professordan beş qiymət almadığına görə sağlığına da ürəklə içmirsən?

      Məclis qızışdıqca səs-küy çoxalırdı.

      Boris ayağa durub, əlini Nataşanın çiyninə qoydu. Sonra qədəhini götürüb, tələsmədən sözə başladı:

      – Uşaqlar, təklif edirəm bunu da, özləri bizdən uzaqlarda, ürəkləri bizimlə olan analarımızın cansağlığına içək! Nataşanın, Vasilyevin, bizim bu bakılı balası Tarçalan oğlanın, hamımızın anasının sağlığına! Onlar bizim əzizlərimizdir…

      Borisi axıra qədər danışmağa qoymadılar. Hamı ayağa qalxdı, qədəhlər cingildədi. Tarçalan oğlan gözlərini yerə dikdi, qaşlarını çatıb fikrə getdi: sifətinə kədər çökdü. Sonra qədəhini stolun üstünə qoyub qırağa çəkildi. Onun bu halını heç kəs sezmədi.

      İndi kimisi radionun gur musiqisi altında rəqs edir, kimisi oxuyur, kimisi də pəncərədən aylı, ulduzlu Moskva axşamını seyr edirdi.

      Boris də öz Nataşası ilə bir qırağa çəkilib pıçıldaşırdı.

      Bir az sonra yenə hamı süfrə başına toplaşdı.

      – Bəs Tarçalan oğlan hanı? – tələbələrdən biri yan-yörəsinə baxıb soruşdu. Onun qədəhinin dolu qaldığını görcək əlavə etdi:

      – Heç qədəhini də boşaltmayıb ki!

      – Elə belə olar, – deyə oğlan sözə qarışdı. – Bayaqdan mənə rişxənd eləyirdi.

      Boris yoldaşlarını nigarançılıqdan qurtarmaq istədi:

      – Görəsən hara gedib, indi gələr, – dedi və otağın qapısını aralayıb dəhlizə baxdı.

      Dostları Tarçalan oğlanı çox gözlədilər. O gəlmədi.

      Gecədən xeyli keçmiş onu yataqxananın həyətində tapdılar. Tarçalan oğlan qaranlıq küncdə, bir daşın üstündə oturmuşdu. Uşaq kimi tez-tez burnunu çəkir, için-için ağlayırdı.

      Lakin gizlində tökülən bu göz yaşlarının səbəbi heç kəsə, hətta dostu Borisə də məlum deyildi.

      Qırmızı kirəmidli evdə

      Qapının zəngi elə bərkdən səsləndi ki, evdə fincana çay süzən Rəhman özünü bir boy atdı.

      – Bu dəqiqə gəldim! – deyə o, əlindəki çaydanı tələsik stolun üstünə qoyub pilləkənləri iki-iki enərək həyət qapısına yüyürdü. Azacıq sonra dolu bədənli, girdəsifət, əynində yaşıl ipək paltar olan hündürboy bir qadın içəri girdi. Həyəti ətir bürüdü. Bu, Rəhmanın arvadı Diləfruz idi. O, ərinin üzünə baxmadan tövşüyə-tövşüyə pilləkəni qalxmağa başladı.

      Diləfruzun başında əlvan tovuz lələklərilə bəzənmiş yaşıl rəngli bir şlyapa vardı. Şlyapanın üstündə dovşan qulaqlarına oxşar dörd-beş əyri-üyrü qırmızı mahud parçası dimdik durmuşdu. Sanki arvadın başındakı içi boşaldılmış yarım qarpızın qabığı idi, onun da üstündə iki xərçəng ayağa qalxıb əlbəyaxa olmuşdu.

      Rəhman СКАЧАТЬ