Məhşər. Muğanna İsa
Чтение книги онлайн.

Читать онлайн книгу Məhşər - Muğanna İsa страница 5

Название: Məhşər

Автор: Muğanna İsa

Издательство: Hadaf Neshrleri

Жанр:

Серия: Milli ədəbiyyat

isbn:

isbn:

СКАЧАТЬ bu saat ruhi rahatlıq və Allaha yaxınlıq saatı olduğu üçün, şahın bütün ailə üzvləri və yaxın adamları xanəgahın birinci mərtəbəsinin qiblə tərəfindəki hündür qübbəli ibadət otağında mehrabın qabağına toplaşmışdılar. Bir az əvvəl İbrahim özü də orada idi. Başında bəyaz əmmamə, əynində ağ ipək çəpkən üstündən həmişə ibadət vaxtı geyindiyi göy ləbbadə, Şeyx Əzəmlə Qazi Bayəzidin ortalığında dayanıb, mükəbbirin[25] oxuduğu ayənin bir kəlməsini də ötürmədən, səliqə-sahmanla namaz qılırdı. Sonra şeyxlə qazini şübhələndirməməyə çalışaraq, könlünün təklik istədiyini bildirib, ikinci mərtəbədə xəlvətiyyəyə[26] qalxdı.

      Xanəgah elə tikilmişdi ki, ibadət otağından mükəbbirin səsi daşların arası ilə keçib, xəlvətiyyənin qübbəsində əks olunub, yenidən, bütün aydınlığı ilə eşidilirdi. Odur ki, İbrahim, bir qismini ibadət otağında dinlədiyi surənin ikinci qismini pillələri qalxanda, axırını isə artıq xəlvətiyyədə canamaz önündə diz çökəndə təkrar edirdi. Gündə beş dəfə, hər dəfə də azı yarım saat ibadət çox vaxt apardığı üçün namazı pozmaq günah sayılsa da, işi yol verməyəndə bəzən o, iki-üç namazı birləşdirib bir dəfəyə qılırdı, bəzən də indiki kimi, yarımçıq qalxıb xəlvətiyyəyə gəlirdi. Şahın hürufilərlə əlaqəsinə aid, faş olmuş sirləri içərisində tək bir açılmamış sirr qalmışdı: Fəzllə xəlifələrinin Dost Əmin Məhrəmi ilə vəliəhd Gövhərşahın eyni adam olduğunu hələ heç kəs bilmirdi və İbrahim, yeddi il ərzində xüsusi diqqət və qayğı ilə qoruduğu bu sirri axıra qədər qorumaq fikrində idi. Buna görə də Fəzl elçilərini Gövhərşahın heç kəsə etibar etməyib şəxsən özünün gətirəcəyini eşidəndə, oğlunun bu gözlənilməz ehtiyatsızlığından narahat olub, onun çaparını dabanı üstə qaytarmışdı ki, Gövhərşah onları ibadət vaxtı, bütün ibadətlərdən uzun sürən ruhi rahatlıq saatında gətirsin.

      Elçilərin taleyi əvvəlcədən həll edilmişdi. Şeyx Əzəmin iddiasına görə, Fəzlullahın elmini öyrənən bütün mürtədlər kimi, elçilərin də nəfəsi sehrli və zəhərli idi, buna görə də onlar elçixanaya və ya pişgaha[27] buraxılmadan, eşikdə həbs edilməli və bu vaxt şahı kafirlərin sehr və zəhərindən qorumaq üçün şeyx özü də orada olmalı, Fəzlullahın xəlifəsi Seyid Əlinin kəlməsi müqabilində kəlmə deyib, onu zərərsizləşdirməli idi. İbrahim buna razılıq vermişdi. Lakin elçiləri Gövhərşahın özünün müşayiət etdiyini biləndə, rəsmi fitva ilə dindən xaric olunmuş adamların arasında vəliəhdi Şeyx Əzəmin görməsini istəməyib, ruhi rahatlıq saatını, adətən, məsciddə keçirən şeyxi də xanəgaha çağırtdırdı və xahiş etdi ki, namazdan sonra şeyx ibadət otağında qalıb özü şahzadələrə hədis oxusun. İbrahim hiss edirdi ki, cavanlıqdan qanına hopmuş məxfi fəaliyyət vərdişi onu həddindən artıq ehtiyatkar edib. Hələ dağ döşlərinin qarlı vaxtında ləşgərgahdan qoşunla gedib Fəzlullahı axtaran vəliəhdin axtardığını tapmayıb elçilərlə qayıtmasında şeyx bəlkə də heç nə görməzdi. Lakin İbrahim onu da hiss edirdi ki, hürufilər Şirvanda yurd salandan bəri fikirdən və yuxusuzluq-dan sifəti zərd olmuş Şeyx Əzəm, rəsmi fitvanı əlinə alandan sonra, indi daha heç kəsə güzəştə getməz, öz elmləri ilə insanı Allaha şərik çıxaran kafirlərə kömək üstündə hətta şahın Gövhərini, əqli və gözəlliyi ilə bütün Şamaxıya işıq saçan vəliəhdi təqsirləndirməkdən də çəkinməz. Odur ki, xəlvətiyyə-də ən etibarlı qulamından vəliəhdin elçilərlə gəldiyini eşidəndə və dərhal ləbbadəsinin ətəyini yığışdırıb aşağı düşəndə də İbrahimin fikri şeyxin yanında idi.

      İbadət otağının yeganə pəncərəsinin dəmir şəbəkələrinin altıguşəli ulduzları arasından süzülən işıq altında, pillədə ayaq saxlayıb yuxarıya qulaq verdi və yalnız şeyxin bəlağətli səsini eşidib, onun hədis başladığına əmin olduqdan sonra meydana endi, çıraxdarların saysız-hesabsız məşəllə işıqlandırdıqları meydanın aşağısında, dərgah qapısının-baş darvazanın qabağında əsləhələri parıldaşan əsgərxas dəstəsinə doğru addımladı.

      Sağ-soldan qara mahud geyimli, sarı tumac çəkməli, qədd-qamətli adamlar peyda olub, əllərindəki yalın qılıncları böyürlərinə, gümüş haşiyəli, xırda, yüngül qalxanları döşlərinə sıxıb təzim edir və dinməz-söyləməz, gendən-genə şahı müşayiət edirdilər. Bunlar hələ Şəki civarında ikən gecə-gündüz səbir və sədaqətlə İbrahimin keşiyini çəkib, indi də hər yerdə onun arxasınca gəzən candarları, dərbəndli ana qohumları və qayınları idilər. Şamaxıda bu adamların hər birinin böyük mülkü, var-dövləti, qul-qaravaşı, Şamaxı ətrafında hər birinin ayrıca toxmacarlığı, kümxanası vardı. İbrahim onlara dəfələrlə ali mənsəb təklif etmişdi, artıq ahıllaşıb ağırlaşdıqlarını xatırladıb, demişdi ki, oğul-uşaq arasında rahat güzəranlığa başlasınlar. Lakin bu ahıl candarlar indi zamanın daha qarışıq olduğunu, dostla düşmənin seçilmədiyini söyləyib, belə bir zamanda oğul-uşaq arasında rahat yaşamağa razı olmamışdılar. İbrahim bu sədaqətli qohumlarının müşayiəti ilə dərgah qapısında əsgərxas dəstəsinə yaxınlaşanda, oradan bir nəfər irəli çıxıb təzim etdi. Bu, Gövhərşahdı. İki mehtərin zorla sakitləşdirdiyi göydəmir atı kimi, dəbilqəsinin qabağındakı göy tovuz lələyi, alnını, gicgahlarını sıxıb dəbilqənin arxasında düyünlənmiş göy tirməsi və əynindəki polad sinəbəndi ilə, özü də başdan-ayağa səma rənginə çalırdı. Qaralmış üzündə vaxtilə atasınınkı kimi qızılı olan yumşaq bığı, saqqalı da yanıb qonurlaşdığı üçün, açıq rəngli, badamı gözləri indi daha işıqlı və daha gözəl görünürdü.

      İbrahimin yeddi oğlu bir yana idi, təkcə Gövhərşah bir yana. Cəmisi beş-on günlük ayrılıqdan sonra belə, bu sərvboylu, qulacqollu bahadırı körpə kimi qucaqlamaqdan özünü saxlaya bilmirdi. Gülüstan sarayında və bütün Şamaxıda danışırdılar ki, vəliəhd ata nənəsinə, yəni İbrahimin mərhum anasına çox oxşadığına göra şah onu bu qədər sevirdi. Şahın ana qohumları isə bilirdilər ki, məsələ yalnız oxşarlıqda deyildi. Dərbənddən Şəki civarına, oradan da Şamaxıya köçmüş qohumların yadında idi ki, İbrahimi anasından lap cavan yaşında, demək olar ki, uşaqkən ayırmışdılar. Gövhərşah isə böyüyüb at minən, qılınc tutan vaxtına çatdıqdan sonra, Kəsranilərin ciddi nəzarətinə baxmayaraq, yasaqı ayaqlayıb, tez-tez Dərbəndə qaçmış, nənəsinin gizlin qonağı olub, yenə Şəki civarına qayıdanda nənənin dilindən atasına çoxlu bayatı aparmışdı. O illərin məhrumiyyətlərlə dolu ağır günlərində, Mənüçöhr törəməsi ilə görüşə gələn rəiyyət yanında cütün məcindən yapışıb, səhərdən axşama qədər işləyib yorulandan sonra İbrahim haman ağacın altında uzanıb, başını oğlunun dizinin üstünə qoyardı. Bunun nə demək olduğunu yaxşı bilən Gövhərşah isə, hələ o yeniyetmə vaxtında hamını valeh edən incəlik və həssaslıqla, asta-asta nənəsinin bayatılarından oxumağa başlardı: «Naçar ağlama. Qapını bağlayan fələk, bir gün açar, ağlama…» Bir-birindən kövrək və yanıqlı olsa da, o bayatıların heç birinda ah-nalə və göz yaşı yoxdu. Hamısı qaranlıq içində işıq, ümidsizlik içində СКАЧАТЬ



<p>25</p>

Mükəbbir – namazı idarə edən.

<p>26</p>

Xəlvətiyyə – yalnız şahla onun yaxın nədimlərinə məxsus otaq.

<p>27</p>

Pişgah – sarayın baş salonu, şah təxti qoyulan yer.