Adam`ın dirilməsi. Йорам Канюк
Чтение книги онлайн.

Читать онлайн книгу Adam`ın dirilməsi - Йорам Канюк страница 5

Название: Adam`ın dirilməsi

Автор: Йорам Канюк

Издательство: Alatoran yayınları

Жанр:

Серия:

isbn: 978-9995-28030-3-7

isbn:

СКАЧАТЬ ətrafında görmək istəmir. Adam Steyn neçə aydır burada hökm sürən sakitliyi məhv edəcək. Mövcud vəziyyəti öz xeyrinə alt-üst edəcək və Arturu bir küncə sıxışdıracaq. Bunu bilir. Artur eyni anda həm qorxur, həm də həyəcanlanır. Pedala bacardığı qədər möhkəm basır və körpünü idarə edən mağara tərsinə çevrilir, qatar təzədən tunelə girir. Onsuz da hər kəs Adamı görüb artıq. Açıq qapının ağzındakı səssizlik otağın içinə dolur, sonra hər kəs Adama yaxınlaşır, onu salamlayır, kürəyini şappıldadır. Artur Fine qatar stolunda təkbaşına qalıb. Qatar sürətlə keçəndə lokomotiv qıpqırmızı qığılcımlar buraxır; amma Arturun gözləri olub-keçəni qaçırmır; siması dəyişib, üzünə hüzn çöküb; alnında soyuq tər damlaları puçurlanıb. Ağlamağa hazırdır; varlığı balacalaşır. O böyük masanın qırağından yapışır və o qədər silkələyir ki, qatar relslərdən çıxır. Ffffft! Lokomotiv çabalayır. Çox qızışıb, çox zorlanıb; qığılcım buraxır. Amma qatar tərpənmir. Yaydan çıxan təkərlər daha tərpənmir. Kədərli bələdçi, Adam öz-özlüyündə deyir. Bu cür möhtəşəm qarşılanmağına baxmayaraq hələ də ora, masanın yanında dayanan adama baxır. O göz Arturu sıxıb sıxışdırır, canından bezdirir, neştərləyib iynələyir; amma eyni zamanda yazığı gəlir ona.

      Səs-küy kəsiləndən sonra Adam qrupa göz gəzdirir; onların hamısını səssizcə süzüb, sonra da Artur Fineyə baxa-baxa üzünə dünyaca sevilən professional adamaldadanın həmişəki ifadəsini verib gülümsəyir və təntənəli səslə deyir: “Baxın, hələ burada olduğunuza sevindim. Amma sizə deməliyəm ki, bu dəfə bura başqa üzlə gəlmişəm. Başqa sözlə desək, gətirmədilər, özüm gəldim. Öz azad iradəmlə bura girdim. Səhiyyə Nazirliyi tərəfindən bu klinikada nələr olur mövzusunda bir araşdırma aparmağım istənilib. Dünyanın bilməyini istəyirəm. Dünyanın xanım Sizlinqin bu saxta məbədini idarə edən nemfomanların və başqa manyakların elədiyi müalicələri bütün təfərrüatlarıyla öyrənməyini istəyirəm. İstəyirəm ki…”

      “Bu araşdırmanı aparmaq üçün sənə kim səlahiyyət verib:” Artur onun sözünü kəsir. Qatar hələ də yerindən tərpənməyib. Artur bu sualın ona çox baha oturacağını bilir. İndidən Adamın gözləri onu parçalayır; Artur ölür, ölüm acısını çəkir.

      Adam gözlərini yerdən qaldırıb gülümsəyir, “Prezident, Artur.”

      “Anladım,” Artur mızıldanır, “Prezident.”

      “Məni yanına dəvət etdi, Kurvosier içdik və mənə dedi ki… Öz aramızdır, həqiqətən şahanə ofisi var – mavi telefonlar!” Adam ondan bunu gözlədiklərini bilir; bu qəbildən bir şey deməyini gözləyirdilər. Onu birbaşa Tanrının göndərdiyini də deyə bilərdi və ya işinin Arad şəhəri üçün beş illik plan düzəltməli olduğunu söylərdi. Amma qara gözləri parıldayaraq orada dayananda etibarlı bir saxtakar olmaqdan ötrü, sadəcə hadisəyə bağlı qalmaqla kifayətlənməyib, eyni zamanda həddindən çox təmtəraqlı etməmək üçün diqqətli olmalı olduğunu da bilir.

      Qısa boylu bir qadın ona yaxınlaşır, barmağını sorur. Adam onun barmağına yüngülcə toxunur və qadın ağzı açıq vəziyyətdə qalır, dodaqlarının arasından iki qızıl dişi görünür. “Adam, Kolumbun yəhudi olduğunu bilirdin?”

      “Hə, xanım Lipovitz, əsil yəhudiydi; Həm yəhudiydi, hələ başqa şey də var; düzünə qalsa, prinsip etibarilə…” gözləriylə qalabalığı hipnoz edərək davam edir: “İstənilən məntəqədə belə, davam etməkdə olan hər hansı bir gedişatı dayandırıb deməli olduğu şeyi deyə bilirdi; öz dövrünün sahibi olduğunu və ağzından çıxan hər sözü minlərlə insanın alqışladığını deməyə ehtiyac yoxdur; yəhudi, xanım Lipovitz, hələ yenə də var, amma əslində, bunun çox da mənası yoxdur, mənası çox azdır. İtalyanlara çox da güvənmirəm, kim olduqları aydındır; buna baxmayaraq gettoları icad ediblər. Şimali Nigeriyada ayaqlarınızı kəsərlər və bağırsaqlarınıza atəş açarlar, amma orada başqa cür danışarlar. Buqələmundurlar, bu cürdür italyanlar; bununla bərabər indi hər şeyin yoluna düşəcəyinə şübhə etmirlər.”

      Dərslərə, klinika üçün hazırladığı və hamının səbirsizliklə gözlədiyi kurslara haçan başlayacağını soruşurlar.

      Çox yaxında dərslərə başlayacağına söz verir. Birisi, əvvəllər Rehovotdakı Leumi bankında məmur olan cənab Feyqelblom qulağına pıçıldayır fısıldayaraq: “Bax, iki yüz altmış dollarım var, yatırmağa layiq bir şey var?”

      “Amerika Tel&Tel”, deyə Adam əminliklə cavab verir. Sol gözü hələ də Arturun üstünə gedib gəlir. Lokomotiv yerindən tərpənməyib. Üstündəki deşiklərdən qığılcımlar tökülür. Bütün maşın titrəyib vızıldayır, amma qatar tərpənmir. “Amerika Tel&Tel keçən ay yüzdə 2-3 artdı. Pulu mənə ver…” Feyqelblom pencəyinin cibindən çıxardığı pulları ona verir, Adam kağız əskinasları sayıb cibinə soxur. Bütün gözlər – qara gözlər, mavi gözlər, boz gözlər, kədərli gözlər – Adamın barmaqlarına dikilib, o barmaqların professional sürətinə heyrandır. Adam Steyn nə etsə onları heyran qoyur.

      Bir neçə il öncə, xanım Sizlinqin klinikası açılmamışdan qabaq, xəstəxana Yafadaykən Adam birinci dəfə Qros həkimin yanına aparılmış və divarda, Freyd həkimin qızıl çərçivəli portretinin yanında asılmış çox gözəl bir ərəb süvari qılıncını görmüşdü. Bu gözəl qılınc gümüş rəngli metaldan hazırlanmış və rəngli mərmərlə bəzədilmişdi. Qılıncın eynən vəhşi çölü xatırladan əntiqə görünüşü Adamı elə həyəcanlandırmışdı ki, əlini uzadıb barmağıyla qılınca toxunmağa başlamışdı.

      Qros həkim oturub gözlərini bağlamış Adamı necə izlədiyini əsla unutmayacaqdı. Adam əliylə hiss etməyə davam etdi – korlaşmış şəkildə, ağzı cansız bir maneken kimi sözləri və adları tək-tək deyərkən hekayəni danışan əslində əlləriydi. Ojeh Əl Kafir, Əl Ariş, ağ şəhərdə bir küçə, bir dəniz sahili, yanında çayxana olan məsçid, sonra birdən-birə qarışıqlıq, səs-küy və döyüşən iki adam – Adam Qros həkimə qışqırdı: “Qılıncın sahibi yanlış adamı öldürdü!” Qros həkimin rəngi qaçdı, dərindən nəfəs alıb güneyə doğru irəliləyən və İran körfəz bölgəsi Ədənə, Birobidcana, o gümüşü dağlara, İranın ulu dağlarına yetişən Adama baxdı. Adam birdən-birə ingiliscə qışqırdı: “Sultan öldü, yaşasın Kral V Corc həzrətləri!” Qros həkimin atası türk ordusunda xidmət etmiş, sonra, 1925-ci ildə Britaniyada polis olaraq işləməyə başlamış, xidmətini yerinə yetirərkən Adamın haqqında danışdığı bütün yerləri gəzmişdi.

      Qros həkim məmnuniyyətlə gülümsəməyə başladı. Birdən Adam danışmağı kəsdi və dişlərini qıcayaraq ətrafa baxdı. Nə olurdu? Nəsə onu əngəlləyir, hansısa bir söz boğazında ilişib, heç cür çıxmır. Bu onun üçün böyük çətinlik və sıxıntı idi. Ən sonda danışdı: “Rut. Səbəbini açıqlamaq istəmirəm, amma ağzımdan çıxmaq istəyən sözcük Rut.”

      “Sənə nə oldu, Adam?” O möhtəşəm çöllərdən ayrılıb СКАЧАТЬ