Adam`ın dirilməsi. Йорам Канюк
Чтение книги онлайн.

Читать онлайн книгу Adam`ın dirilməsi - Йорам Канюк страница 4

Название: Adam`ın dirilməsi

Автор: Йорам Канюк

Издательство: Alatoran yayınları

Жанр:

Серия:

isbn: 978-9995-28030-3-7

isbn:

СКАЧАТЬ qalığı. Burada, bəyaz Ahad dağlarının hüzurunda, ölü bir dənizi ölü bir çöldən ayıran bu dağ zəncirinin hüzurunda, yaradılışın möcüzəsini hiss edə bilərsiniz həqiqətən. Tanrının özünəxas imzası: Bura yaradılışı gerçəkləşdirdiyim, sərxoş şəkildə qeyd etdiyim yerdir!Sonuc olaraq burda hər şey quruyub, müqəddəslikdən çıxıb, parçalanıb, gic olub, hər kəsdən və hər şeydən qiyamətədək ayrılıb və eyni zamanda görkəmli və gözəldir; bir qartal qədər gözəldir, gözəlliyi tük ürpədir. Aradı, bu balaca və gözəl şəhəri sürətlə keçirlər, dağa çıxıb plakata yaxınlaşırlar: XANIM SİZLİNQİN REABLİTASİYA VƏ MÜALİCƏ KLİNİKASI. ARAD, İSRAİL. Yazı üç dildə yazılıb: ibranicə, ingiliscə və fransızca. Adam ayağındakı tozu çırpıb zarafatcıl tonla deyir: “Aslanın ağzındakı protez…”

      “Nə?”

      “Sizin bu eviniz. Bu klinikanız. Xayaları plastmasdan olan aslan görmüsən?”

      O birisi gülür: “Adam, zarafatı qoy bir qırağa.”

      Böyük qapının qabağında dayanırlar.

      “Bura bircə dənə də ağac əkməmisiniz hələ?”

      “Əkdik. Sən özün də bir neçə dənə əkmişdin. Amma böyüməkləri çox vaxt alır.”

      Cavanlardan biri maşından düşür, zəngi basıb gözləyir.

      Balaca bir pəncərə açılır və qoca kürdün başı görünür. Salamlayırmış kimi əlini başına qoyur, pəncərəni bağlayıb qapını açır. Sevimli, boz saqqalı var; balaca gözləri çatma qaşlarının altında tez-tez qırpılır. Damağında sönmüş siqaret var. Zənciri qaldırıb qapını açan kimi maşın içəri girir. Kürd Adamı görəndə bir anlıq üzündəki ifadə dəyişir: “Cənab Steyn! Kasıb yuvamıza xoş gəlmisiniz!” Hətta qumun üstünə diz çökür. Həyətin ərazisi Adama çox böyük görünür – qoca kürdün gülümsəməyi, bu böyük həyət, ağ əhəngdaşılı yollar, toz, hamısı əsəblərinə toxunur. İndidən özünü hazırlayır… giriş üçün? Təkrardan giriş üçün? Artıq bu gəlişini necə adlandıracağını bilmir.

      Gözlərini qaldırıb maşının pəncərəsindən böyük evi görür. Üç mərtəbəli ev ağ bir div kimi parıldayır qabağında. Balaca pəncərələr, davamlı betondan boz sütunlar, üstündə böyük su çəni olan düz dam… Böyük bina ətrafındakılarla nisbətdə balaca görünür.

      Bu böyük, gözəl, günəş içində parıldayan evlə qum, adamı qovuran külək və ya ətrafdakı başqa bir şeylə heç bir əlaqəsi yoxdur. Ev ətrafındakıları lağa qoyur, bəlkə də aşağılayır onları. Fəqət bu ucsuz-bucaqsız həyətin içində, bu hündür bina balacalaşır; üfüqəcən uzanan, qum, əhəng və gildən ibarət upuzun, qarışıq sahəyə kiminsə əkdiyi bir gül kimi görünür. Evin arxasında isə hara baxırsınız baxın, ancaq təpələri görəcəksiniz; qəhvəyisi, sarısı, ağı, mavisi, qızılısı, ta sonsuza qədər – məhşərəcən.

      “Yaxşı, Adam,” birinin səsi Adamın düşüncələrini bölür. “Evə qayıtmaq necə hissdir?” Gözləri Adama gülümsəyir. Maşın evin qapısında dayanıb.

      “Cəlladın ipi əvvəl-axır oğrunu tapar” Adam deyir. Maşından düşüb əsnəyir, köynəyini düzəldir, maşına oturanda çıxartdığı papağını başına qoyub evə girir. Cavanlar çamadanları götürüb dalınca gedirlər.

      Adam uzun koridora baxır. “Dincəlmə otağına göz atım gəlirəm. Gözləyin məni.” “Yaxşı, Adam,” cavanlardan biri Adama lağ edirmişcəsinə deyir. “Qros həkim səni gözləyir, orada çox yubanma, yoxsa hirslənər, hirsini də bizə tökər.”

      Adam salondan aşağı irəliləyir. Qara xalça ayağının altında xışıldayır. Sərinkeş hər şeyi soyudur və Adamın hərəkətini yavaşladır. Gizli səsucaldanlardan tanqo eşidilir. Bir kral İnkvizisiya məhkəmə sədrindən öncə imza atmağa tələsməz, Adam öz-özünə deyir. Bayırda vəhşi qum tufanı başlayacaq. Böyük pəncərələrdən nifrətlə dolu olan qum buludlarının hər yerə hücum etdiyini görür. Və o uzun koridorda pəncərələrə çırpılan qumla təkbaşına qalıb. Qapıların hamısı bağlıdır, hamısı nömrələnib. Hərəkət etdikcə xalça addımlarını udur. Birinci radiatora çatanda (qısa bir müddətdən sonra qış gələndə bu radiatorlar onu qızdıracaq) professional oğru kimi ətrafına baxır. Yaxınlıqda heç kimin olmadığına əmin olandan sonra radiatorun altındakı gizli yerdən əskiyə bükülmüş bir şüşə çıxarır. Əskini açıb sevinclə şüşəni qucaqlayır. Sonra şüşəsinə, sevimli şüşəsinə deyir: “Devars – viskilərin kralı. Hələ burdasan, hə? O bic Qros həkim hələ səni tapmayıb!” Qapağı açıb bir neçə qurtum içir. Sonra qapağı bağlayıb şüşəni təzədən əskiyə bükür və gizlədir. Viski sinəsini yandırır. İndi Adam daha sevinclidir, baharına təzədən qovuşub.

      Az işıqlandırılmış məlumat taxtasına yaxınlaşır. “Gül bayramı yaxınlaşır! Pulsuzdur! Kanada istehsalı tranzistorlu radio, saz vəziyyətdədir.” “Nyu Yorklu Solomon Kramerdən hamıya salamlar – Özmü yaxşı hiss edirəm, sizin üçün darıxmışam.” “Gələn çərşənbə axşamı film nümayişi: Afrika kraliçası, rollarda Hampre Boqart və Katerin Hepbörn.” Mən olmayanda filmləri kim seçirdi? Kim? Bəlkə Artur?

      Adam təlaşlanır. İtirməli vaxtı yoxdur. Viski onu canlandırıb. Qapının arxasında gedən danışığı eşidə bilir. Cürbəcür səs birləşib qarışır. Qapının o tərəfində bir dəstə adam var. Səslər qarmaqarışıq olsa da Adam bəzi səsləri ayırd edə bilir. Qapının üstünə balaca bir yazı yapışdırılıb: DİNCƏLMƏ OTAĞI. Adam pencəyini və papağını düzəldir və otağa girir.

      Dincəlmə otağı həqiqətən doludur. Biri piano çalır. O birilər stol ətrafında oturub quaşla rəsmlər çəkir. Yuvarlaq bir masanın ətrafında oturan qadınlar müxtəlif həftəlik və aylıq xarici jurnallara baxırlar. Adam qapı ağzında dayanıb, hələ heç kim onu görməyib. Otağın ortasındakı çox böyük bir masanın üstündə elektrikli qatar sürətlə gedir. Qapqara lokomotiv bir neçə parlaq vaqonu dalınca dartır. Körpülər aşağı-yuxarı açılıb bağlanır, işarə siqnalları yanıb-sönür, qatar tənəkə və plastmasdan düzəldilmiş dağlarla vadiləri keçib tunelə girir. Adam baxır və gözləri kameraya, hərəkət edən kameraya sataşır. Dağlardan qaranlığa doğru gedir qatar. Qaranlıq. Qaranlıq. Və indi özü də o qatarın içində sıxılıb qalıb. Və Hasidik haham Müdrik Elimeleç haqqındakı köhnə ibranicə mahnını oxuyur (Hasidik yəhudilik: Yəhudi dininin 1700-cü illərdə qurulmuş və Tövratla sıx bağlılığı olan məzhəbi. – red.). Bir çatlaqdan inəklərin çəmənlikdə böyürdüklərini görür. İri, gombul Poloniya inəkləridir bunlar – bu, vəziyyəti daha da pisləşdirir. Bayırda inəklər həqiqətən böyürür. Günəşdə, ağacın altında, onlara baxan kimsə varkən bu mümkünmü? Qəfildən həqiqi qatara dönən o qatar indi öz keçmişindən gələn başqa bir qatarla üz-üzə çıxır və az qala toqquşurlar, amma son anda kimsə düyməyə basır və qatarlar yan-yana yollarına davam edirlər.

      Masanın СКАЧАТЬ