Doktor Baqqenin əhvalatı. Ида Йессен
Чтение книги онлайн.

Читать онлайн книгу Doktor Baqqenin əhvalatı - Ида Йессен страница 6

Название: Doktor Baqqenin əhvalatı

Автор: Ида Йессен

Издательство: Alatoran yayınları

Жанр:

Серия:

isbn: 978-9953-8067-1-1

isbn:

СКАЧАТЬ Həkim otağına keçib sahib olduğum ən böyük şprisi götürdüm, içini su ilə doldurub maili vəziyyətdə pəncərə şüşəsinə boşaltdım. O yenidən geri qayıtsaydı şüaları birbaşa plantenin üzərində görməliydi. Daha gözümə yuxu getmədi. Haqlı qəzəbimə gömülmüş şəkildə yerimdə uzandım. Onun çox gözəl dadı vardı.

      Kənarda stolumun üzərinə qoyulmuş ürək –damar paketlərinin məni şirnikləndirdiyini hiss etməyə başlamışdım. Kitabçalardan birini götürüb dadına baxıram. Nəfis , eyni zamanda qalın və möhkəm bir kağız idi maddə olaraq. Kağızlar hətta rəngsiz idilər.

      Artıq belə getməyəcək. Daha siyirtməni güclə geri qaytarıram, açıb özümə çəkməkdən isə heç danışmağa dəyməz. Kağızların hamısı sıxılıb bir-birinə əziliblər, səliqəsiz vəziyyətdədirlər. Hə nə olsun ki? Təmiz, səliqəli yazı stolu olsa da onun arxasında oturanın beyni xəstədir. Bunun artıq dadını bilirəm necə olur. Gecələr oturub iztirab çəkmək… Bir kitab vardı rəfimdə adı “ Gecə düşüncələri idi”. Anamın kitabı idi. Bu kitab ruhsal vəziyyəti yüksək olan keşiş tərəfindən yazılmışdır.

      Hə, onun bu ruhsal məsələlərlə bağlı yardıma ehtiyacı vardı. Ən azından o belə hesab edirdi.

      Mənim yeddi yaşım olanda atam ev alqı satqısı biznesi ilə maraqlanmağa başladı. Həmin dövrləri yada salmağı özümə ayıb bilirəm, həmin dövrü düşünəndə yadıma bəzi şeylər düşür. Amma bunlar “ gecə düşüncələridir.” Bu düşüncələrlə yatırsan və yenidən oyananda səhər bu düşüncələrdən də oyanmış olursan. Mənə elə gəlir ki, mən çarpayıda yatmaq qabiliyyətimi itirmişəm. Yaz çox işıqlıdır. İşıqda hər şey üzə çıxır. Qış olanda bizlər işığı yaddan çıxardırıq. O isə özü artıqlaması ilə insan daxilində partlayışa səbəb olur. Söhbət yalnız kolluqda miyoldayan pişiklərdən getmir. Mən də yata bilmirəm, camaat gənc Fanni Frandsendən (Danimarka nağıllarında yatmayan adam obrazı)danışarkən onun yata bilmədiyini deyəndə haqlı imiş. Hə, düzünü demək gərəkirsə o elə də cavan deyildi. Dünyanın ən gözəl qara qıvrım hörükləri də onda idi.Onların yoğunluğu da ,az qala biləyi ilə eyni idi. Fanni Frandsenin qayğısına qalmaq lazımdır. Mütləq lazımdır.

      Uzun zamandır ki yaxşı bir xatirə yazmıram. Yaxşı bir şey yaza bilmirəm. Əşşi, cəhənnəm olsun, heç vecimə də deyil.

      Ağlıma ideya gəldi. Bəlkə İqnas Semelveis ( Macar həkim-mamaçası, tibb elminə antiseptiki gətirən həkim kimi düşüb.) haqqında bir bioqrafiya yazım?

      Ətraf elə sakitçilikdir ki. Saatın əqrəbləri ikinin yarısına yaxınlaşır. Nə bir ay var, nə də bir parıldayan ulduz. Çöldə yerin üstü ilə külək şütüyür. Bəlkə, elə doğrudan bu gecə bayıra çıxmayım. Qrip virusu artıq ikinci mərhələsindədir, bu dəfə birinci mərhələdəki kimi ağır nəticələrə yol açmır. İndiki mərhələdə yalnız yaşlı adamlar ölürlər. Cavanlar isə xəstəlikdən sağalıb ayağa qalxa, yenidən sağlam ola bilirlər. Amma mənim canımdan elə də rahatlıqla əl çəkənə oxşamır bu xəstəlik. Nə vaxt düşünrəm ki, vəsallam, bitdi, sağaldım, bu xəstəlik yenidən qayıdaraq məni silkələməyə başlayır.

      Yerə yıxıldım. Azca istirahətə icazəsi olmaq möhtəşəm bir hiss imiş.

      ...............

      Sol əlində qotur ələmatləri olan, cavan bir oğlan səhərçağı qaşınma əlaməti ilə həkim otağıma gəldi. Ona bir məlhəm yazdım, gedərkən son dəfə bir daha dediklərimi başa düşüb-düşmədiyini, məlhəmdən necə istifadə edəcəyini soruşdum. Oğlan dedi, bəli başa düşdüm, resepti, yazıları üzü aşağı şəkildə yara olan əlimin üzərinə qoyub bağlayacam. O bu sözləri dedikdən sonra inamlı gözlərlə mənə sarı baxdı. Gözlərində qəribə bir ifadə vardı, gözlənilməz cavabdan şaşırsam da, gözlərindəki ifadədən dediklərinə hədsiz inamın olmasını sezə bilirdim. Daxili inamı etiraf etməliyəm ki, onun gözlərinə də sirayət etmişdi. Bu hansı yüzillikdir biz yaşayırıq? Bilmirsən sən? Biz iyirminci əsrdə yaşayırq e. Niyə gözlərini döyürsən? İyirmi yüzillik inkşaf əsridir. Bu əsr sənin kimi gicbəsərlərin azad olması əsridir. Azadlıq! Bilirsən bu sözün mənasını?

      “Aşağı”! Mən titrəyərək dedim. “Nə düşünürsən, yanına gəldiyin adam ağıllı adamdır? Səncə mən cadugərəm, ya sehrbazam, ya fırıldaq yolu ilə camaatı müalicə edən dindar biriyəm? Bəli, mən özüm də utanıram, kor kimi ətrafda dolaşanları gördükcə, ürəyimdən bu dəqiqə bilirsən nə keçir? Durum sənin üzərində bəzi incəsənət nümunələri yaradım”.

      O ayaqlarını boynundan asıb məni gözlədi.

      Ağlıma bir ideya gəldi: Mövhumatçılıq və cadugərlik haqqında bir kitab işləyib hazırlamaq. Mövzunu da birbaşa real həyatdan götürə bilərəm.

      Bu sadəcə çoxsaylı misallardan biri idi. Başqa bir misal kimi, yanıma gələn cavan bir qadını göstərə bilərəm. Yazığı gətirib yanımda uzandırandan sonra gördüm kimi başdan ayağa yaradır, ölümcül vəziyyətdədir. Uzun- uzadı müayinələr, müalicələr səylər nəticə verdi və doktor Eriksenlə mən birtəhər onu xilas edə bildik. Ona bir xörək qaşığı dərman verib bərk-bərk tapşırdıq ki, birini də növbəti gün saat 12-də içsin.

      Növbəti gün saat on ikidə o artıq geyinib-kecinib hazırlaşmışdı.

      – Ay möcüzə! Hara belə?

      – Yox, qala bilmərəm. Mən getdim.

      Bir neçə ay bundan qabaq Donneruplundda mülkədar olan Yens Peter Petersen adlı bir kişi gəlmişdi, məni daha yaxından tanımaq məqsədilə. Özü ilə Dovrefyellendə yaşayan bir türkəçarə həkimin məktubunu da gətirmişdi:

      Məndə uzağı görüb, nəticə çıxartmaq qabiliyyəti var. Bu qabiliyyətimdən istifadə edərək sizi təsəvvürümdə canlandırıb görə bilirəm ki, böyrəklərinizdə problem var. Xüsusən də sol böyrəkdə. Heç yaxşı işləmir o böyrək. Bu isə ona gətirib çıxarır ki , böyrəyin temperaturu aşağı düşür bu isə sidiyi saxlamır və o sidik kisəsinə doğru sıxışır, bu isə ürəyin normal fəaliyyətini əngəlləyir. Bu da orqanizmin ümumi durumuna mənfi təsir edir, insanı əsəbi və narahat durumlara salır. Daha sonra isə bu durum insan bədənində temperaturun aşağı düşməsinə və bel ağrılarına səbəb olur. Daha sonr da uzağı görmə qabiliyyətim mənə sizin yoğun bağırsağınızda beş böyük yara olduğunu görmə imkanı yaradır.Sizə qarşı içimdəki səmimi, ürəkdən gələn və intelektual arzularımı çatdırmaqla bərabər sonda hər zaman sizin qulluğunuzda olduğumu diqqətinizə çatdırıram”.

      Başı xarabdır? Nəyi var bunun? Yəqin ki qəbizliyi.

      Təbii ki, belələrinə ən yaxşı gülüb keçməkdir.

      Yadımdadır, mikrobiologiya fakültəsinin ilk kursunda olanda, hələ tibblə ilkin tanışlıq mərhələsində bütün СКАЧАТЬ