.
Чтение книги онлайн.

Читать онлайн книгу - страница 4

Название:

Автор:

Издательство:

Жанр:

Серия:

isbn:

isbn:

СКАЧАТЬ məktəbindəki Nielsen deyil təsadüfən bunu sənə deyən?

      – O hər zaman yaxşı və möhkəm bir müəllim olub.

      – O misionerdi. Uşaqlara ana vətən haqqında informasiyadan başqa heç nə öyrətmir.

      – Bunu qadın müəllimə də edə bilər də.

      Mən xəstəmin heç nə ifadə etməyən üzünə baxdım. O bununla nə demək istəyirdi?

      Özümdə onu xilas etməyə bir məcburiyyət hiss etdim. Mən ona yazdım ki, onun yaratdığı mühazirə cəmiyyəti haqqında eşitmişəm və çox istərdim ki, gəlim bir mühazirə ilə də mən çıxış edim, təbii ki bu fikir ona ağlabatan ideya kimi gəlirsə.

      Bir neçə gün sonra cavab gəldi. “ Deməliyəm ki, elə mən özüm də sizə yazmağa hazırlaşırdım”. “Onda mən gəlib məktəbdə gigiyena qaydaları haqqında mühazirə deyərəm.” Mən cavab məktubunda belə yazdım. O yazdı ki, bu çox gözəl bir fikir olardı.

      Mühazirəmdən bir gün öncə ona yazdım ki, yaxşı olar ki, mən gəlməzdən öncə sinif otağını yaxşıca qızdırsınlar. Əməlli- başlı isti olsun istəyirdim otaq. Düzdür, bu məktubuma cavab yazmadı, amma ondan xahiş etdiyim kimi davrandığını biz Nörreqade tərəfə qalxanda bildim. Yolüstü yalnız bir binanın bütün pəncərələrindən tüstü çıxırdı. İçərindən gələn iydən bilinirdi ki, tüstü məhz oradan gəlir.

      Peçin yanıb közərən, heç də sağlam olmayan bürküsündə neçə uşağın isinməyə çalışdığını, baş ağrısından və ürəkbulanmadan şikayət etdiyini görə bilmədim. Ağarmış bənizlər, arıq simalar, gündəlik burun qanaxmaları, və çox bərbad ruh halında olan uşaqlar var idi qarşımda. Mən bu ərazidəki bütün solğun bənizli şagirdlərin siyahısını hazırlamışdım. Qızlar üçün sevindirici məqam ondan ibarətdir ki, xəstəhal və solğun bənizli oğanların sayı qızlarınkından bir qədər daha artıqdır. Ola bilsin, heç kəs bu məqamı ciddiyə almayıb. Düzdür, uşaqlar solğun və xəstəhal görsənirdilər, amma onlar axı hələ yatağa düşməyiblər. Hələ.

      Həmin gün axşam orada oturanların hər birinin çox ağır günü olmuşdur. Onlar çox ağır yüklər qaldırmış və çətin işlər görmüşdülər. Onlar üzlərini ovuşdurur, səndələyib yıxılmaq ərəfəsində olanda isə özlərini düzəldirdilər.

      Mən isə saymağımda idim.

      “Amma sizə deməliyəm ki, əgər diqqət yetirməsəniz ağciyər xəstəliklərinə, isteriyaya və yaxud digər yaralara yo luxmaq şansınız çox yüksəkdir. Bənizi ağarmış şagirdlər əvvala təmiz havaya çıxmalıdırlar, daha sonra isə onlar daha rahat həzm olunan yeməklər yeməlidirlər. Xəmir xörəkləri və kartofdan bişmiş ağır yeməklər həzm olunmur və bağırsaqlarda qalırlar və bu orqanizm üçün zəhər mənbəyinə çevrilir. Daha yaxşı olar ki, yüngül yulaf yarması və süd məhsullarına üstünlük verəsiniz. Amma sizlər bunu bilə- bilə əməl etmirsiniz.

      Op… Op… Op....”– mən qışqıraraq sinif otağının bağlı pəncərələrinə doğru getdim və onları bir- bir açmağa başladım. “Qalxın ayağa” mən dedim və gödəkçəmin düymələrini açdım. Elə burada, partaların arasındaca beş dəqiqə gimnastika ilə məşğul olacağıq. “Baxın mən bəzən evdən çıxanda evimin havası burada olan qədər ağır olduqda mən çıxanda pəncərələrimi açıq saxlayıb gedirəm. Təmiz havanın olması otaqda çox önəmlidir”.

      Gödəkçəmi bir kənara qoydum. “ Metodiki gimnasitika” – mən qışqırdım- beləliklə,döş qəfəsi çox miqdarda oksigen qəbul etdiyi üçün genişlənəcək”.

      Gimnastikanı etdirəndən sonra məktəbdə işim bitmiş sayılırdı və mən evə getmək üçün məktəbdən çıxdım. Peter Sillesthuved bayırda dayanıb məni gözləyirdi.

      – Səncə onlar niyə gülürdülər ki?-mMən soruşdum.

      Fröken Höy biraz sıxılaraq təəcüb dolu nəzərlərlə mənə baxırdı.

      – Hər şey o dərəcədə gözlənilməz və qəribə oldu ki,– odedi. “Sanki kəskin bir keçid oldu onlar üçün belə vəziyyət. Onlar həkimi bu vəziyyətdə görməyə öyrəşməyiblər”.

      – Onlar heç inanmırdılar ki, mən belə şeylər edə bilərəm, – mən dedim.

      O üzünü çevirdi, mənə elə gəldi ki, o gülürdü.

      Yazın sonlarına doğru ona bir də yazdım. Məktəbdə uşaqları peyvənd etməliydim və bunun üçün özümə münasib bir tarix təklif edirdim. Bu tarix ona uyğun gəlirmi? Bəli, o cavab verdi ki, bu tarix ona uyğun gəlir.

      Məktəbə gözəl bir yaz günündə gəldim. Uşaqlar və müəllimləri çölə çıxmışdılar, orada onlar günəş şüaları altında alçak skamyalarda oturub dərs keçirdilər.

      – Ola bilər bu biraz qeyri-adidir- o dedi. “Amma, məncə, bu günlər ki günəşin parlaq olduğu son günlərdir, gərək istifadə edək”.

      – Bu ki yaxşıdır, çox yaxşıdır,– mən dedim.

      Bu dəfə onu yadda saxladığımdan daha arıq idi və yorğun görsənirdi. Üzündə çillər də əmələ gəlmişdi. O dedi ki, skamyaları çölə çıxarıb düzməyə ona valideynlərdən biri kömək edib.

      Qızların bəziləri mənə keçəlləşmiş məktəb həyətinin bir küncündə yenicə əkilmiş və üstündən də sulanmış turpları və gülləri göstərdi. Mən bu müəllimədən ruh alırdım, insan nə dərəcədə öz işinin uğurlu olmasına inana bilər. İnamı hədsiz çox idi.

      – Bir hissədir hə?– mən yanımdakı qızlardan soruşdum.

      Deyəsən nə dediyimi heç başa düşmədilər.

      Digər tərəfdən bu cavan müəllimənin bir çox şeydə xeyli uğura nail olduğunu demək olardı. Həyatımda hələ belə sağlam sinif otağı görməmişdim. Günəşin şüaları böyük şəfaf pəncərədən keçib sinif otağına dolurdu. Döşəmə təravətli gül-çiçək iyi verirdi, saxsı qablar isə kitab rəfi funksiyasını yerinə yetirirdi.

      Şən kitablar? Təbii ki bu zarafat deyildi. Düşündüm ki buradakı uşaqlar da başqa uşaqlara oxşayır, yastısinə və siçovulabənzər, saçları sapsarı, dikburun, arıq, gözlərinin altında isə çox zaman qaraltı ya göyərti. Qiymətləndirməmə görə onlardan demək olar ki yarısında bağırsaq qurdu olmalı idi.

      Vaksinasiyanı bitirəndən sonra bir saat daha məktəbdə qalmaq üçün icazə alıb keçib oturdum arxa sıraya qoyulmuş alçaq skamyalardan birində. Oturub riyaziyyat dərsinin gedişatını izləyirdim. Dərs elə rahat, elə tez keçdi ki, heç xəbərim olmadı nə zaman başladı, nə zaman bitdi, müəllimə isə necə təsəvvür edirdimsə elə də bacarıqlı və savadlı idi.

      Dərs СКАЧАТЬ