Название: Mio, mənim Miom
Автор: Астрид Линдгрен
Издательство: Altun Kitab
Серия: Dünya ədəbiyyatından seçmələr
isbn: 9789952242843
isbn:
O deyirdi ki, Kalle onun atıdır, mənsə deyirdim, mənimdir, Kallenin üstündə hərdən dalaşırdıq da. Amma Benka eşitməyəndə Kallenin qulağına pıçıldayırdım: “Sən mənimsən”. Kalle-Loş da razılıqla mən tərəfə əyilirdi. At Benkanın nəyinə lazım idi ki, axı onun ata-anası, insana lazım olan hər şeyi vardı. Düzünə qalsa, Kalle-Loş bizə yox, pivə zavoduna məxsus idi. Biz yalnız onu özümüzünkü sanırdıq. Doğrudur, arabir özüm də buna inanırdım.
Bir dəfə Kalle ilə laqqırtı vurub dərsə gecikdim, müəllim soruşanda ki niyə gecikmişəm, bilmədim nə cavab verim. Axı müəllimə necə deyə bilərdim ki, qoca atla laqqırtı vururdum. Səhərlər pivə arabası uzun müddət gəlib çıxmayanda məktəbə Kalle-Loşla görüşməmiş qaçmalı olurdum. Arabaçıya acığım tuturdu ki, niyə diribaş deyil. Parta arxasında oturub qənd parçalarını, çörək qırıntılarını cibimdə fırladır, Kalledən ötrü darıxırdım. Fikirləşirdim ki, onu görənə kimi hələ bir neçə gün də keçəcək. Onda müəlliməm soruşurdu:
– Nədir, ay Busse, nəyin dərdini çəkirsən? Nə olub?
Susurdum, nə cavab verə bilərdim axı? Məgər müəllimə mənim Kalleni necə sevdiyimi başa düşə bilərdi?
İndi Kalle Benkanın ixtiyarındadır. Bu da düzdür! Madam ki mən yoxam, qoy Kalle Benkaya təsəlli versin.
Mənimsə qızıl yallı Miramisim var. Özü də gözlənilmədən tanış olmuşuq.
Bir dəfə axşam atamla oturub söhbətləşərək(lap Benka öz atası ilə olduğu kimi) planer düzəldərkən ona Kalle haqqında danışdım. Atam soruşdu:
– Mio, mənim Miom, at sevirsənmi?
– Bəli, sevirəm, – bacardığım qədər laqeyd cavab verdim ki, atam nəyəsə ehtiyacım olduğunu düşünməsin.
Ertəsi gün atamla bağda gəzərkən gördüm ki, qızılgüllərin arasıyla mənə tərəf bir at çapır. Heç zaman belə gözəl dördayaq yeriş görməmişdim. Külək atın qızıl yalını dalğalandırır, qızıl dırnaqları günəş işığında parlayırdı. At düz mənə tərəf gəlir, sevinclə kişnəyirdi. Heç vaxt belə coşqun kişnərti eşitməmişdim. Bir az qorxub atama sığındım. Ancaq atam möhkəm əli ilə atın yalından tutdu, at dayanıb yerindəcə durdu. Sonra qənd tapmaq ümidiylə yumşaq burnunu mənim cibimə toxundurdu. Kalle-Loş da eynilə bu cür edirdi. Xoşbəxtlikdən cibimdə qənd parçası vardı. Görünür, köhnə adətim üzrə cibimə qoymuşdum. At onu tapıb xırçıldada-xırçıldada yedi.
– Mio, mənim Miom, – atam dilləndi, – bu sənin atındır, adı da Miramisdir.
Ah, mənim Miramisim! Səni ilk baxışdanca sevdim. Bütün dünyanı gəzsən də, belə gözəl at tapa bilməzsən. O, qoca, əldən düşmüş işlək Kalleyə heç bir damcı da oxşamırdı. Miramis öz gözəl başını qaldırıb mənə baxana qədər, hər halda, heç bir oxşarlıq tapmadım. O zaman gördüm ki, gözləri eynilə Kalleninki kimidir. Bütün atların gözləri kimi çox sədaqətlidir.
Ömrümdə heç zaman ata minməmişdim. Atam məni Miramisə mindirdi.
– Bilmirəm sürə bilərəmmi?
– Mio, mənim Miom, – atam dedi. – Məgər sənin cəsur ürəyin yoxdurmu?
Əlimi cilova atan kimi bağdakı qovaq ağaclarının altı ilə çapmağa başladıq, gümüşü yarpaqlar ilişib saçlarımda qaldı.
Mən daha sürətlə çapırdım, Miramis ən hündür qızılgül kollarının üstündən tullanıb keçirdi. Yalnız bircə dəfə canlı çəpərə toxundu, arxamızca bir yığın çəhrayı ləçək uçuşdu.
Bu zaman bağa Yum-Yum gəldi. Məni at üstündə görəndə əl çalıb qışqırdı:
– Mio Miramisi çapır! Mio Miramisi çapır!
Mən atı saxlayıb Yum-Yumdan soruşdum ki, gəzmək istəyirmi. Necə istəməsin! O, dərhal ata sıçrayıb arxamda oturdu. Biz qızılgül bağlarının arxasınca uzanıb gedən yaşıl çəmənliklərlə çapmağa başladıq. Ömrümdə belə hislər keçirməmişdim.
Atamın krallığı böyükdür. Uzaq-uzaq ölkə isə onun torpaqları arasında ən böyüyüdür. O, şərqdən qərbə, şimaldan cənuba uzanır. Kralın qəsri ucalan ada Yaşıl Çəmənliklər adası adlanır.
– Gedək körfəzin o biri tərəfinə, dağların dalında Dənizarxası və Dağarxası ölkələr yerləşir. Onlar da atanın krallığına daxildir! – biz yaşıl çəmənliklərlə at çaparkən Yum-Yum mənə qışqırdı.
Ətrafımız çox gözəl idi: yumşaq, təravətli otlar, ala-bəzək çiçəklər… zümrüdü yaşıl təpələrdə isə yumşaqtüklü quzular otlayır. Balaca çoban tütəkdə şirin bir hava çalır. Mənə elə gəldi ki, onu əvvəllər eşitmişəm, amma harada eşitdiyimi yadıma sala bilmədim. Hər ehtimala qarşı Uplandsqatan küçəsində eşitmiş olaram, bu dəqiqdir.
Mən atı saxladım, biz söhbət eləməyə başladıq. Çobanın adı Nonno idi. Mən soruşdum ki, tütəyi mənə çalmağa verərmi. O nəinki tütəyi verdi, həm də mənə öz havasını öyrətdi.
– İstəyirsiz, sizə tütək düzəldim? – soruşdu. Söz yox ki, çox istəyirdk. Yaxınlıqda çay axırdı. Salxım söyüd budaqlarını çayın üzərinə sallamışdı. Biz sahildə oturub ayaqlarımızı suya saldıq, Nonno da bizə tütək düzəltməyə başladı. Dedi ki, tütəkdə çaldığı nəğmə dünyada ən qədim nəğmədir. Çobanlar onu min illər bundan əvvəl otlaqlarda çalırlarmış.
Biz tütək düzəltdiyinə və qədim nəğməni bizə öyrətdiyinə görə Nonnoya təşəkkür elədik. Sonra ata minib yolumuza davam etdik. Nonnonun tütəyinin zəifləyən səsi hələ bir xeyli müddət eşidildi.
– Bu tütəkləri saxlayaq, – Yum-Yuma dedim. – Hansımızdan biri dara düşsə, qoy tütəkdə çoban havasını çalsın.
Bu an Yum-Yum atdan yıxılmasın deyə əlləriylə məni arxadan tutdu və dedi:
– Hə, biz bu tütəkləri saxlayacağıq, əgər mənim tütəyimin səsini eşitsən, bil ki, səni çağırıram.
– Yaxşı, – cavab verdim, – sən də mənim tütəyimin səsini eşitsən, bil ki, mən də səni səsləyirəm.
– Oldu, – dedi Yum-Yum.
Mən düşündüm ki, indi o mənim ən yaxın dostumdur. Əlbəttə, atamı saymasaq. Atamı dünyada hamıdan çox sevirdim. Madam ki daha Benkayla görüşə bilmirəmsə, Yum-Yum mənim yaşıdım və ən yaxın dostumdur.
Nə yaxşı oldu! Mənim atam, Yum-Yumum, Miramisim var, indi mən azad külək СКАЧАТЬ