Название: Üç gonbul
Автор: Юрий Олеша
Издательство: Altun Kitab
Серия: Dünya ədəbiyyatından seçmələr
isbn: 9789952242614
isbn:
– Qaç, canını qurtar! Prosperonu azad elə!
Başqaları isə özündən çıxırdılar. Onlar yumruqlarını silkələyirdilər:
– Heç yerə qaça bilməyəcəksən, zavallı oyunbaz!
– Fırıldaqçının biri!
– Qiyamçı! Səni dovşan kimi ovlayacaqlar…
– Bir dayan! Səni bu damdan düz edam kötüyünə çəkib aparacağıq. Sabah onacan edam kötüyü hazır olacaq!
Tibul isə dəhşətli yoluna davam edirdi.
– O haradan çıxdı? – camaat soruşdu. – Bu meydana haradan gəlib çıxdı? Evin damına necə düşüb?
– O, qvardiyaçıların əlindən qaçıb qurtulub, – deyə başqaları cavab verdi. – O qaçıb yoxa çıxıb, sonra onu şəhərin müxtəlif yerlərində görüblər – damların üstü ilə gəlib bura çıxıb. O, pişik kimi çevikdir. Sənəti onun dadına çatır. Onun şöhrəti nahaq yerə bütün ölkəyə yayılmayıb ki.
Meydanda qvardiyaçılar göründülər. Səfillər özlərini yan küçələrə saldılar. Tibul maneəni aşıb pərvazın üstündə dayandı. O, plaş doladığı əlini irəli uzatdı. Yaşıl plaş bayraq kimi havada yelləndi.
Adamlar onu yarmarka vaxtı tamaşalarda və bazar günü gəzintilərində sarı və qara üçbucaq şəkilli parçalardan tikilmiş bu plaşda və idman paltarında görməyə adət eləmişdilər.
İndi isə şüşə qübbə altında o, evin ağ divarlarında sürünən balaca, nazik və zolaqlı arıya bənzəyirdi. Plaşa hava dolanda sanki arı öz parıltılı yaşıl qanadlarını açırdı.
– İndicə təpən üstə yerə gələcəksən, meydan hoqqabazı! Bu saat səni güllələyəcəklər! – çillisifət xalasının var-dövlətinə sahib olmuş, dəblə geyinmiş kefli adam qışqırdı.
Qvardiyaçılar özlərinə rahat yer seçdilər. Zabit təşviş içində ora-bura qaçırdı. O, bir əlində tapança tutmuşdu. Onun çəkmələrinin mahmızları xizək tayı kimi uzun idi.
Araya tam sakitlik çökdü. Doktor əlini ürəyinin üstünə qoydu: onun qəlbi qaynayan sudakı yumurta kimi atılıb-düşürdü.
Tibul bir anlığa pərvazın üstündə ayaq saxladı. O, meydanın əks tərəfinə keçmək istəyirdi. Belə olanda Tibul Ulduz meydanından fəhlə məhəlləsinə sarı qaça bilərdi.
Zabit meydandakı sarı və göy rəngə çalan gül ləklərinin ortasında dayanmışdı. Burada hovuz vardı və girdə daş fincandan su fəvvarə vururdu.
– Dayanın, – zabit əsgərlərə dedi, – mən özüm onu güllələyəcəyəm. Mən alayın ən yaxşı nişançısıyam. Öyrənin, görün necə atəş açmaq lazımdır.
Doqquz evin dörd bir tərəfindən qübbənin ortasına, Ulduz meydanına doğru doqquz polad buraz uzanırdı və bunlar dəniz burazına bənzəyən qalın məftillər idi.
Sanki fənərdən, alışıb-yanan bu möhtəşəm Ulduzdan meydanın üzərinə doqquz uzun qara şüa yayılırdı.
Bu dəqiqələrdə Tibulun nə düşündüyü məlum deyildi. Amma güman var ki, belə düşünürdü: “Mən bu məftillərlə yarmarkada kəndir üzərindən keçdiyim kimi meydandan da keçərəm, yıxılmaram. Bir məftil fənərə kimi, o biri məftil isə fənərdən əks tərəfdəki evə doğru uzanır. Hər iki məftilin üzərindən keçməklə əks tərəfdəki evin damına çıxıb xilas ola bilərəm”.
Zabit tapançasını qaldırdı və nişan almağa başladı. Tibul pərvazın məftil uzanan yerinə çatdı və divardan aralanaraq məftilin üzəri ilə yeriməyə başladı.
İzdiham içini çəkdi.
O gah yavaş gedir, gah da birdən qaçmağa başlayır, ayağının birini götürüb o birini qoyur, əllərini yana açaraq tələsik yeriyirdi. Adama elə gəlirdi ki, bu saatca yıxılacaq. İndi onun kölgəsi divara düşürdü. O, fənərə yaxınlaşdıqca kölgəsi divardan lap aşağı düşür, böyüyür və solğun görünürdü. Aşağı uçurum idi.
O, fənərə gedən yolun yarısına çatmışdı ki, sakitlikdə zabitin səsi eşidildi:
– İndi atəş açacağam. O, ordan düz hovuza düşəcək. Bir, iki, üç.
Atəş gurladı.
Tibul yoluna davam edirdi, zabit isə nədənsə, düz hovuza yıxıldı. O öldürülmüşdü.
Qvardiyaçılardan biri əlində lüləsindən mavi tüstü çıxan tapança tutmuşdu. O, zabiti güllələmişdi.
– İtin biri it! – qvardiyaçı dedi. – Sən xalqın dostunu öldürmək istəyirdin. Mən buna imkan vermədim. Yaşasın xalq!
– Yaşasın xalq! – deyə başqa qvardiyaçılar da onun səsinə səs verdilər.
– Yaşasın Üç Gonbul! – deyə onların rəqibləri qışqırdılar.
Onlar dörd bir yana səpələnib məftilin üstü ilə yeriyən adamı atəşə tutdular.
Onun fənərə çatmağına ikicə addım qalmışdı. Tibul plaşını yellədərək gözləri qamaşmasın deyə parlaq işıqdan qorunurdu. Güllələr onun yanından ötüb-keçirdi. İzdiham sevincindən uğuldayırdı.
Part! Part!
– Yan keçdi!
– Ura! Dəymədi!
Tibul fənəri əhatə edən halqaya çatdı.
– Eybi yoxdur! – qvardiyaçılaq qışqırırdılar. – O biri tərəfə keçəcək… O, başqa məftilin üstü ilə gedəcək. Biz onu orada aradan götürərik!
Burada heç kimin gözləmədiyi bir hadisə baş verdi. Fənərin işığında qapqara görünən zolaqlı paltar geyinmiş adam dəmir halqanın üstündə oturdu və hansı bir lingisə burdu, nəsə çıqqıldadı və fənər bir anlığa söndü.
Heç kim söz deməyə macal tapmadı. Ətrafa sandığın içindəki kimi dəhşətli qaranlıq və sakitlik çökdü.
Sonrakı dəqiqələrdə lap yuxarıda yenə nəsə şaqqıldadı və cingildədi. Qaranlıq qübbədə solğun bir kvadrat açıldı. Hamı səmanın iki kiçicik ulduz olan parçasını gördü. Sonra bu kvadrata səmanın fonunda qara bir fiqur girdi və kiminsə şüşə qübbədə yüyürərək qaçdığı eşidildi.
Gimnast Tibul Ulduz meydanındakı lükdən СКАЧАТЬ