Название: Mən, nənəm, İliko və İllarion
Автор: Нодар Думбадзе
Издательство: Altun Kitab
Серия: Dünya ədəbiyyatından seçmələr
isbn: 9789952241334
isbn:
– Görüm dilin yansın, ay kor şeytan! Yaxşı, yaramaz. Zurikela, get o taygözlə, görək sənə nə öyrədəcək!
İliko:
– Vperiot!4 – deyə əmr edərək qapıya tərəf addımladı.
– Nə var, İliko? – deyə mən soruşdum.
– Səndən bir xahişim var, Zurikela. İllarionun yanına gedib ondan üç pud çaxır al. Özün bilirsən ki, kənddə ən yaxşı çaxır İllarionun çaxırıdır! İllariondan xahiş et ki, çaxırı ya satsın, ya da borc versin. Sənə “yox” deməz…
– Çaxır sənə lazımdır, özün də get xahiş elə.
– Başına dönüm, Zuriko, rica edirəm, xahişimi yerə salma, axı o teleqramdan sonra İllarion mənimlə qanlı-bıçaq olub. Razı olmasa, onda…
– Onda nə?
– Onda sən onun çaxır küpünü nişanlamalısan. Sonra da ona elə bir kələk qurum ki, bütün kəndin dilinə düşsün.
– Nə kələk?
– Qulaq as. İllariongildə nişanladığın küpdəki çaxır gecəyarısı mənim küpümə boşalacaq. Başa düşdün?
– İliko, Vallah, sən dəli olmusan!
– Bəsdir, mənə ağıl öyrətmə…
– Yaxşı, get məni evdə gözlə.
– Bax ha, yalançı çıxsan, batdın! – sonra alnımdan öpüb təmkinlə dedi, – Zurikela, unutma ki, İliko Çiqogidzeyə xəyanət etmək Vətənə xəyanət etmək deməkdir.
– Məni nə bilmisən? – deyə incidim.
İliko evinə, mən də İllarionun yanına getdim.
İllarion cökə ağacının altında uzanıb qəzet oxuyurdu.
– Salam, İllarion!
– Salam, Zurikela! O kor şeytan səndən nə istəyirdi?
– Çaxır.
– Mənim o axmağa veriləsi çaxırım yoxdur.
– Yazıqdır, ver!
– Bəs istiotlu tənbəkini bizə sırıyanda onun insafı harada idi? Yoxsa teleqramı unutmusan?
– Dedi ki, İllarion razı olmasa, sən onun çaxırla dolu küpünü nişanla, mən də gecənin yarısı onu boşaldım…
– Belə de! Hə, Zurikela, indi mənə kömək edəcəksən!
…Gecəyarısı İliko və mən çaxır anbarının yanındakı uçuq hasarın böyründə uzanmışdıq. Mən üç dəfə dalbadal asqırdım.
– Lənətə gələsən, öz burnunla da bacara bilmirsən? – İliko hirslənib böyrümə bir yumruq ilişdirdi.
– Bax, odur, otuz pudluq küp, görürsən, taxta sancmışam, – deyə pıçıldadım.
İliko hasarın sökük yerindən keçib küpə tərəf süründü. Mən də tuluğu qoltuğuma vurub, dalınca süründüm.
– Hə, başlayaq! – İliko pıçıltı ilə əmr etdi.
On beş dəqiqədən sonra küpün qapağı göründü.
– Aç! – İliko tuluğu hazırladı. Küpün ağzı elə geniş idi ki, ikimiz də içinə girə bilərdik.
Zorla qapağı qaldırdım. İliko əyilib başını küpə soxdu və nərildədi:
– Bu nədir? Küp boşdur!
– Nə danışırsan, İliko, küp doludur, dibinə bax!
İliko çiyninə qədər küpün içinə girdi.
– Orğuları tut! – deyə İllarion qəflətən ağacdan hoppanaraq bağırdı, – tərpənməyin, yoxsa vuraram!
– Qaçdıq! – deyə çığıraraq mən İlikonun ayaqlarından yapışdım.
O, qorxudan dartınıb küpün içinə düşdü. İllarion məni tutdu.
– Kimsən? De, yoxsa öldürərəm!
– Mənəm, İllarion! Öldürmə! – titrək səslə yalvardım.
– Bəs o biri hanı?
– Bilmirəm!
– Necə yəni bilmirsən, siz ki bir yerdəydiniz! Tez bu küpün ağzını bağla, yoxsa canını alaram. Səninlə söhbətim hələ sonradır! – deyə İllarion mənə möhkəm bir şillə vurdu. Qabaqcadan hazırlanmış plana əsasən, fəryad qopardım.
Tez qapağı örtdüm, üstünə böyük bir daş qoyub küpü torpaqda basdırmaq istəyirdim ki, birdən içindən səs gəldi:
– Ey qadir Allah, İllarion Şevardnadzenin və Zurikela Vaşalomidzenin başına od yağdır! Mənə yaman kələk gəldiniz, imansızlar!..
– Ey, kimsən? De, yoxsa başını əzərəm! – deyə İllarion tüfəngin lüləsini küpün içinə salıb qışqırdı.
– Mənəm, İlikoyam. Tüfəngin lüləsini yuxarı çək, yekəburun şeytan, özünü günaha batırma!
– Sən həşəratsan, İliko deyilsən! De görüm sənin bu küpdə nə işin vardı?
Mən gülməkdən, az qala, boğulurdum.
– Burax, qoy çıxım, İllarion!
– Zurikela, get qonşuları oyat, qoy hamı gəlib bu taygöz porsuğa tamaşa eləsin!
– İllarion Şevardnadze! Məni bütün kənddə biabır eləmə! Bəsdir, zarafatı burax!
– Mən heç də zarafat etmirəm, bu saat küpün ağzını bağlayacağam, bir ay sonra səndən araq çəkəcəyəm!
– Camaatı zəhərləyərsən! – mən dedim.
– Zurikela! Deməli, məni keçi qiymətinə satdın, əclaf!
– Yaxşısı budur, istiotlu tütünü, teleqramı yadına sal!
– Bəsdirin СКАЧАТЬ
4