Bəyaz diş. Джек Лондон
Чтение книги онлайн.

Читать онлайн книгу Bəyaz diş - Джек Лондон страница 5

Название: Bəyaz diş

Автор: Джек Лондон

Издательство: Altun Kitab

Жанр:

Серия: Dünya ədəbiyyatından seçmələr

isbn: 9789952241181 

isbn:

СКАЧАТЬ onları qaytarmağa məcbur olurdu.

      Canavar balası əvvəllər anasının incə nəvazişini görmüşdü. İndi isə işıq eşqi anasının lazım gəldikdə sərt üzünü də ona göstərirdi. Anasının vurduğu zərbələrdən ağrı duyan balaca mümkün qədər bu ağrıdan uzaq olmağa çalışırdı. O, ağrıdan qorxurdu. Ətlə qidalandığı üçün o və bacı-qardaşları vəhşi idilər. Artıq südü kəsilən ana canavar onlara ət verirdi.

      Boz canavar balası gündən-günə vəhşiləşirdi. Onun zingiltisi bacı-qardaşlarınınkına nisbətən daha çox xırıltılı və güclü, küçüklər kimi hirslənməyi də qorxulu idi. İlk dəfə o, bacı-qardaşlarına pəncələri ilə möhkəm zərbə endirməyi öyrəndi. Onları arxası üstə yıxır, birinin qulağından tutur, qəzəblə nərildəyib çənəsini sıxır, o birini o tərəf-bu tərəfə dartıb incidirdi.

      Mağaraya düşən işığın cazibəsi gündən-günə artırdı. Balaca mağaradan çıxmağa çox can atsa da, hər dəfə anasının müqaviməti ilə rastlaşırdı. Günəşli divara tərəf can atan balaca yorulmaq bilmirdi. O, bilmirdi ki, bayırda daha rəngarəng bir həyat var. Bir neçə dəfə mağaranın divarlarını yoxlasa da, qaranlıqda divara dəyən burnunun ağrısı buna son qoymağa məcbur etdi.

      Boz canavar balası atası ilə özü arasındakı fərqi bilmirdi. Atası onun üçün xarici aləmdə dolaşan və anasına bənzəyən varlıqdı. Mağaranın çölünə can atan canavar balası, nəhayət, bu divar səddi keçə bilməyəcəyi ilə barışdı.

      Aclıq vəhşilərə elə təsir etmişdi ki, ana canavar da ov dalınca getməli oldu. Təkgöz hindu qəsəbələrindən tez-tez dovşan oğurlayırdı. Çaylar əriyib hindular köçəndən sonra bu da olmadı. Canavar balalarının bəziləri aclığa tab gətirmir, ölürdülər. Canavar balasının yeganə bacısı da ölmək üzrə idi.

      Gün gəldi, Təkgöz də mağara ağzında görünmədi. Onun həmişə yatdığı yer boş qalmışdı. Bu hadisə şiddətli aclığın ikinci mərhələsində baş verdi. Ana canavar Təkgözün yuvaya qayıtmamasının səbəbini bilirdi. Bu haqda boz balasına danışa bilməzdi ki…

      Çayın sol qolu boyunca ova gedən ana canavar Təkgözün dünənki izinə düşdü. Burada vaşaq yaşayırdı. Ərinin izlərinin qurtardığı yerdə ana canavar Təkgözü, daha doğrusu, ondan qalan sür-sümüyü tapdı. Ətrafdakı hər şey bir az bundan qabaqkı döyüşü xatırladırdı. Yəqin ki, döyüşdə qələbə qazanan vaşaq öz yuvasına qayıtmışdı. Ana canavar axtarıb bu yuvanı tapdı. Vaşaq orada idi. Canavar içəri girməyə cürət etmədi.

      Ana canavar vaşaqla qabaqlaşmamaq üçün bir daha çayın sol qolu boyu gəzmədi. Vaşaqla döyüş onluq deyildi və o, bunu bilirdi. Amma analıq hissi güc gəlsəydi, o, nəinki şimalın amansız soyuğu ilə, həm də vaşaqla döyüşərdi.

      DÜNYANIN DİVARI

      Ana canavar tək qalıb ova çıxandan sonra boz balaca üçün qoyulan qanun qüvvəsini itirdi. Bu qanun ona yuvadan çıxmağa qadağa qoyurdu. Qadağa aradan qaldırıldıqdan sonra qorxunun nə demək olduğunu bilməyən balaca, axır ki, onunla tanış oldu. Qorxu ona əcdadları və şimal cəngəlliklərindən əbədi miras idi. Və hələ heç bir vəhşi öz yaxasını bu hisdən qurtara bilməmişdi.

      Canavar balası çox vaxt maneələrə rast gəlirdi. Bu maneələr mağaranın sərt divarları, ananın zərbələri və aclıq hissindən ibarət idi. Bütün bunlar ona həyatın bəzi qanunları olduğunu və onlara əməl etməyin vacibliyini aşılamışdı.

      Bir gün yuxudan oyananda canavar balası yad səslər eşitdi. Səslər naməlum və qorxunc idi. O, qorxsa da, səsini çıxarmadı. Yad səsin sahibi isə vəhşi porsuq idi. Bala canavar yuvadan çıxmamağa qərar verdi.

      Ana canavar yuvaya qayıdanda izləri gördü, uladı və mağaraya cumdu. Balası sağ-salamat idi. Qorxu və gizlənmək instinkti onu ölümdən qurtarmışdı.

      Qaranlıq dünyanın ağ divarı canavar balasını günbəgün özünə cəlb edirdi. Anasının və qorxunun vahiməsinə baxmayaraq, canavar balası daxilindən gələn hissə tabe olurdu. Nəhayət ki, o, özündə cəsarət tapıb mağaranın çölünə tərəf süründü. Balaca burnunun nəyəsə dəyməsini gözləsə də, bu, baş vermədi. Budur, o artıq işıqla, onun möhtəşəm ecazkarlığı ilə tanış olmuşdu. Onun divar sandığı işıq seli, əslində bütün sədlərin sonu idi.

      Divar əlvanlaşmışdı, ağaclar, qıjıldayan çaylar, ağacların arxasından ucalan dağlar və onlardan da yüksəkdə səma görünürdü.

      Boz canavar balasını vahimə basdı. Naməlum şeylər daha da çoxalmışdı. O, mağaranın ağzında oturub qarşısında açılan dünyanı seyr etməyə başladı. Aman Allah, necə də dəhşətliydi! Ətraf mühit ona düşmən kimi görünürdü. Belindəki tüklər dimdik qalxmışdı: dişlərini şaqqıldadıb qorxunc, qəzəbli nərilti çıxarmağa çalışırdı. Qorxuya düşmüş bu balaca vəhşi qəzəbli baxışlarıyla bütün dünyaya meydan oxuyurdu.

      Amma bu tanımadığı aləm canavar balasında böyük maraq doğurur, ona qorxu hissini unutdururdu. O, gözü önündəki əşyaları ayırd etməyə çalışdı: çayın görünən hissəsi, günəşdən düşən şüa, yamaclarda quruyan küknarlar və enişlik, mağaranın düz üstündə dik yamac vardı. Mağaranın ağzında isə özü oturmuşdu.

      Balaca vəhşi indiyə kimi hamar yerdə yaşamışdı və yıxılmağın nə demək olduğunu bilmirdi. O, cəsarətlə irəli yeridi və ayağı xəndəyə düşərək başı üstə yuvarlandı. Qalxdı. Bir də yıxıldı. Ağrı və dəhşətli qorxu canını bürüdü. Ağaclıqdan qaçan sincabla önünə çıxan ağacdələn onu qorxutdu. Qarşısına çıxan balaca quşcuğazla oynamaq istəsə də, quş onun burnunu dimdiklədi. Balaca vəhşi tamamilə qısıldı, zingildədi. Quş da onun səsindən qorxub qığıltı ilə uçdu.

      Конец ознакомительного фрагмента.

      Текст предоставлен ООО «ЛитРес».

      Прочитайте эту книгу целиком, купив полную легальную версию на ЛитРес.

      Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.

      1

СКАЧАТЬ