Bəyaz diş. Джек Лондон
Чтение книги онлайн.

Читать онлайн книгу Bəyaz diş - Джек Лондон страница 4

Название: Bəyaz diş

Автор: Джек Лондон

Издательство: Altun Kitab

Жанр:

Серия: Dünya ədəbiyyatından seçmələr

isbn: 9789952241181 

isbn:

СКАЧАТЬ qarşıda ağ bir ləkə gördü. Onlar tezliklə bu ağ ləkəyə çatdılar. Bu, dovşan idi. Qoca canavar dovşanı tuta bilmədi, dovşan ondan yüksəyə tullandı və havada rəqs etdi. O, tələyə düşmüşdü. Dişi canavar sakitcə tullanıb dovşanı tutmaq istədi. Bir neçə dəfə cəhd etsə də, dovşanı tuta bilmədi. Təkgöz bu dəfə daha yüksəyə tullanaraq dovşanı tutdu və yerə endi. Dovşanla bərabər əyilən şam ağacı onu qorxutdu və o, dovşanı buraxdı.

      Dişi canavar bundan qeyzlənərək Təkgözə hücum etdi. Qəfil hücumdan karıxan canavar nə edəcəyini bilmədi və rəfiqəsinə hücum etdi. Dişi canavar daha da hiddətlənib qoca vəhşinin üstünə şığıdı. Təkgöz öz səhvini anlamışdı, amma gec idi. Dişi canavarın həmlələrindən qorxan Təkgöz yenidən havaya atıldı və bu dəfə dovşanı ağzından buraxmadı. Dişi canavar da zərbə vurmağı buraxıb ona kömək etdi. Vəhşilərə belə ovlar tez-tez rast gəlir, onlar insanların qurduğu tələlərdən ovları oğurlayırdılar.

      YUVA

      Düşərgənin naməlum cazibəsi dişi canavarı özünə çəkirdi. Təkgöz isə narahat idi. Qorxurdu. Bir səhər atılan güllə onu az qala yaxalayacaqdı. Bundan sonra canavarlar oradan uzaqlaşdılar. Bu müddətdə dişi canavar da xeyli ağırlaşmışdı. Sürətlə ov edə bilmirdi. O, sanki nə isə axtarırdı. Təkgöz isə daha qayğıkeş olmuşdu.

      Nəhayət, dişi vəhşi axtardığını yaz aylarında Makkenziyə tökülən balaca bir çay axarının yuxarı tərəfində tapdı. Başdan-başa donmuş çay susmuşdu. Dişi canavar qayalıqda əyri bir yer gördü. Canavar dönüb o tərəfə yüyürdü. Gurultulu yaz leysanları sahildə ensiz, dar bir dəlik açmış və yamacın dik yerində balaca bir mağara yaranmışdı.

      Mağaranın ağzı dar olsa da, içi geniş idi. Rahat və quru mağara dişi canavara xoş gəldi. O, ayaqlarını qatlayıb uzandı. Təkgöz onu müşahidə edir, dişi canavar isə, nəhayət ki, rahatlıq tapdığına sevinirdi.

      Təkgöz acmışdı. O, mağaranın ağzındaca yuxuya getdi. Amma çox yata bilmədi. Gah durub qulaqlarını şəkləyir, gah da aprel günəşinin şüalarının qar üstündə sayrışan rənglərinə göz qoyurdu. Ətrafdakı aləm nədənsə danışırdı. Təkgöz mürgüləməyə başlayanda qulaqlarına görünməyən, xırda çayların güclə eşidiləcək pıçıltısı dəyirdi, gecə düşdükdən sonra da hərdən başını qaldırır, həyəcanla bu səslərə qulaq verirdi.

      Göy üzündə yenə günəş göründü. Oyanan şimal sanki canavara əl edirdi. Ətrafda hər şey oyanır, havadan yaz ətri gəlirdi. Qarın altında yeni həyat doğulurdu. Ağaclar şirədən şişmiş, tumurcuqlar buz qandallarını sındırıb tökmüşdülər.

      Təkgöz canavarın ətraf mühitin oyanışına cavab verməyə halı yox idi. Təkgöz dişi canavarı qaldırmaq istəsə də, bacarmadı. Təkbaşına ov etmək o qədər də asan deyildi. Səkkiz saat hərlənsə də, heç bir ov edə bilmədi. Onun qovduğu dovşanlar qarı əriyən dik yamaclarda rahatca qaçırdılar. Özü isə sürüşüb yerə dəyirdi.

      Mağaranın girəcəyində anlaşılmaz bir duyğu onu ayaq saxlamağa məcbur etdi. İçəridən zəif, qəribə səslər gəlirdi. Bu səslər dişi canavarın səsinə bənzəyirdi. Bu səslərdə hansısa bir doğmalıq, yaxınlıq duyulurdu. Qoca canavar ehtiyatla içəri süründü. Rəfiqəsi ürkək-ürkək mırıldandı. Bu, Təkgözü çaşdırmadı. Amma o, dişi canavardan bir az aralandı. Əlbəttə, Təkgözü başqa səslər maraqlandırırdı. Bu səslər zəif, zingiltili, ağlamağa oxşar qarışıq səslər idi.

      Təkgöz dişi canavara tərəf süründü. Amma dişi canavar dişlərini şaqqıldatdı. Bu “uzaq dur” demək idi. Çünki analıq instinkti ona başa salırdı ki, erkək canavarlar öz balalarını yeyə bilərlər. Təkgöz heyrət içində idi və o, bu hissi bir neçə dəfə dadmışdı. Qocanın daxilindəki atalıq instinkti isə ov etməyin vacibliyini yada salırdı. Beləliklə, o, yemək dalınca getdi.

      Yuvadan təxminən beş-altı mil aralıda çay iki qola ayrılmışdı. Onun hər iki qolu dağlara sarı burulurdu. Canavar çayın sol qolu boyunca getdi və tezliklə nəyinsə izinə düşdü. O, əyilib qarın üstünü iylədi, sonra qarnı üstə uzanıb, izlərin apardığı istiqamətə tərəf baxdı. Tələsmədən çevrilib çayın sağ qoluna tərəf qaçdı. İzlər onun öz ləpirlərindən də iri idi. O bilirdi ki, belə ləpirlərin dalınca düşməkdən bir şey çıxmaz.

      Canavar çayın sağ qolu ilə bir az irəlilədikdən sonra qulağına çığırtı səsi gəldi. Bu, iri bir oxlu kirpi idi və Təkgöz daha öncə onunla qarşılaşmamışdı. Mübarizənin nə ilə nəticələnəcəyini bilmək olmazdı. Həqiqətən də, oxlu kirpi çömbələrək hər tərəfə iti iynələrini səpələdi. Təkgöz bu iynələrin acısını gəncliyində dadmışdı. Kirpi yumaq halına düşdü və canavar onu yarım saat gözlədikdən sonra bezib uzaqlaşdı. Gün başa çatsa da, ov yox idi.

      Təkgözü idarə edən, onu hərəkətə gətirən içində oyanmış atalıq instinkti idi. Bir şey məlum idi: nəyin bahasına olursa olsun, yemək tapmalıdır. Belə də oldu. Günün axırına yaxın ağ bir kəklik qamarladı.

      Təkgöz quşu yemək istəsə də, bu fikrindən vaz keçdi. Quşu götürüb qayıdarkən yolda yenə həmin yekə ləpirlərlə qarşılaşdı. Qayanın dalından başını çıxaran canavar izlərin yekə, erkək vaşağa aid olduğunu gördü. Vaşaq oxlu kirpi ilə üz-üzə idi. Təkgöz sakitcə onların yanından keçib gözləməyə başladı.

      Təkgöz irəli getmək istədi. Elə bu vaxt nə isə baş verdi və vaşaq açılmaqda olan kirpiyə öldürücü zərbə vurdu. Kirpi vaxtında tərpənə bilməsə də, öz rəqibinə yandan zərbə ilişdirdi. Təkgöz isə bütün bu olanları həyəcanla izləyirdi. Vaşaq təkrar kirpiyə hücum etsə də, kirpi vaşağı burnundan yaraladı. Vaşaq ağrıdan özünü gah sağa, gah sola çırpır, iynələrdən qurtulmağa çalışırdı. Kirpi də yarımcan olmuşdu. Bu vaxt vaşaq geri götürüldü və vəngildəyə-vəngildəyə uzaqlaşdı. Təkgöz irəli cummaq istəsə də, iynələrin ayağına batacağından qorxdu.

      Təkgöz dilini işə saldı. Qarın üstünə tökülmüş qanı ləzzətlə yalamağa başladı. Belə dadlı qəlyanaltıdan sonra aclığı daha da artdı. Amma o, həyatda çox şey görmüşdü. Həyat ona ehtiyatla hərəkət etməyi öyrətmişdi. Bir az vaxtı öldürmək lazım gəlirdi. Buna görə də canavar oxlu kirpinin qabağında uzanıb gözləməyə başladı. Oxlu kirpi isə xırıldayıb dişlərini qıcırtdı, sonra yavaşdan civildədi. Bir azdan Təkgöz oxlu kirpinin iynələrinin yavaş-yavaş düşdüyünü gördü. Onun bütün bədəni titrəməyə başladı. Titrəmə birdən kəsildi. Kirpinin uzun dişləri son dəfə şaqqıldadı, iynələri töküldü, bədəni süstləşdi və o, bir daha tərpənmədi.

      Oxlu kirpi ölmüşdü. Təkgöz kirpinin öldüyünü ehtiyatla yoxlayıb onu götürdü. Sonra nə yadına düşdüsə, kirpini buraxıb kəkliyin yanına qayıtdı, onu yedi, sonra isə ovunu dartıb yuvaya gətirdi. Ana canavar başını qaldırıb onun boynunu yaladı. Ata canavardan qorxmaq duyğusu yoxa çıxırdı. Təkgöz özünü ata canavar kimi aparır, öz doğma balalarını СКАЧАТЬ