Название: Kapitan qrantın uşaqları
Автор: Жюль Верн
Издательство: Altun Kitab
Серия: Dünya ədəbiyyatından seçmələr
isbn: 9789952241242
isbn:
– Talkav, yaxşısı budur, atı mən sürüm, sən isə Roberti qoru!
– Yox, – deyə Talkav etiraz etdi, – mən buraları yaxşı tanıyıram, siz qalın.
Qlenarvan və Talkav arasında bu mübahisə xeyli uzandı, canavarlar isə artıq bir neçə addımlıqda idi. Bu vaxt Robert heç kimin gözləmədiyi halda Taykanın belinə sıçradı və qaranlığa doğru çapmağa başladı. Canavarlar dərhal onun arxasınca götürüldülər.
– Robert! Hara?! – Qlenarvan uşağın arxasınca qışqırdı. Sonra o və Talkav çəpərdən düzəngaha çıxdılar.
Talkav Qlenarvana ürək-dirək verdi:
– Tayka yaxşı atdır, oğlan da qoçaqdır. O özünü xilas edər.
Artıq dan yeri sökülürdü. Üfüqdə günəşin tutqun çöhrəsi göründü. Otların üstünə şeh damlaları düşdü, xəfif səhər mehi əsdi. Yola düşmək vaxtı idi.
– Gedək, – hindu dedi.
Onlar atları mindilər. Dayanmadan bir saat at çapdılar. Nəhayət, uzaqdan güllə səsləri eşidildi. Bu, dəstənin o biri üzvləri idi. Yerlərini nişan verirdilər. Qlenarvan və Talkav atlarını mahmızlayıb daha sürətlə çapdılar. Bir neçə dəqiqədən sonra onlar dəstənin o biri üzvlərinə yetişdilər.
Roberti Paqanelin yanında görəndə Qlenarvan sevincdən qışqırdı. Dərhal atdan düşüb uşağı qucaqladı. Talkav isə Paqanelə Roberti göstərib öz dilində:
– Qoçaq oğlandır, – dedi.
Daşqın
Beləliklə, səyyahlar Argentina düzəngahlarında yollarına davam etdilər. Onlar şəhər və kəndlərdən keçir, yerli əhali ilə söhbət edib “Britaniya” gəmisi haqqında soraqlaşırdılar. Amma axtarışlar hələ ki heç bir nəticə vermirdi; batan gəmi və onun kapitanını gördüm deyən yox idi.
Axtarışların uğursuz keçməsi ən çox Paqaneli əsəbiləşdirirdi. O, tez-tez şüşə qabdakı sənədləri qarşısına qoyur, orda yazılan ala-yarımçıq sözləri dönə-dönə oxuyurdu. O inanırdı ki, solmuş kağızlarda nəyi isə düzgün oxumayıblar.
Dəstə bir xeyli getdikdən sonra şəhər və kəndləri yenidən düzəngah əvəzlədi. Axşamayaxın güclü yağış başladı. Bir azdan yağışa güclü külək də qoşuldu. Artıq bu, tufan idi. Səyyahların yapıncılarından yağış sel kimi tökülürdü. Başdan-ayağa qədər islanıb əldən düşən səyyahlar qaranlıq düşəndə kimsəsiz bir daxmaya gəlib çıxdılar. Daxma o qədər çirkli idi ki, adam iyrənirdi. Amma yağışdan gizlənmək üçün başqa yol yox idi.
Конец ознакомительного фрагмента.
Текст предоставлен ООО «ЛитРес».
Прочитайте эту книгу целиком, купив полную легальную версию на ЛитРес.
Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.