Название: Atalar sözü
Автор: Группа авторов
Издательство: Altun Kitab
Серия: Folklor
isbn: 9789952240726
isbn:
Qonaq birinci gün qızıldır, ikinci gün – mis.
Qonaq dediyin səhər gəlsin, axşam getsin.
Qonaq "doymadım" deməz.
Qonaq ev yiyəsinin tərlanıdır: harda bağlasa, orda durar.
Qonaq qonağı istəməz, ev yiyəsi hər ikisini.
Qonaq umduğunu yox, olduğunu yeyər.
Qonaqlıq yaxşı şeydir – bir gün bizdə, bir gün sizdə.
Vaxtsız qonaq öz kisəsindən yeyər.
Qonşu qonşu olsa, kor qız ərə gedər.
Qonşu payı qarın doyurmaz.
Qonşu toyuğu qonşuya qaz görünər.
Qonşuda bişər, bizə də düşər!
Qonşu aşı dadlı olar.
Qonşu qonşuya baxar – özünü oda yaxar.
Qonşunu iki inəkli istə, özün bir inəkli olasan.
Qonşunun xətrin istə (qədrini bil), amma çəpəri arada saxla.
Qonşunun şamından işıq düşməz.
Qonşuya ümid olan şamsız qalır.
Evdə bişməyib, qonşudan gəlməyib!
Gəmiyə minib gəmiçi ilə dalaşma.
Gülmə qonşuna, gələr başına!
Evin yaraşığı uşaqdır, süfrənin yaraşığı qonaq!
Qohumun kimdir? – Yaxın qonşum.
Ağa ağ deyiblər, qaraya qara
İlanın ağına da lənət, qarasına da.
Qara günün ağ günü də var!
Qaradan tünd rəng yoxdur!
Zor qapıdan gələndə, haqq bacadan qaçar.
Ağın adı var, qaranın dadı!
Pis olmasa, yaxşının qədri bilinməz.
Pisi istəmir, yaxşıya da əli çatmır.
Pis günümdə məni istə, yaxşı gündə istəyənim çox olar.
Cəfa çəkməyən şəfa görməz!
Gül tikansız olmaz.
Ağ gün ağardar, qara gün qaraldar.
Zülm ilə abad olan ədl ilə bərbad olar.
Zülm yerdə qalmaz.
Yaman günün ömrü az olar.
Haqq yandıran şamı söndürmək olmaz.
Şər deməsən, xeyir gəlməz.
Yaman günə səbr edən yaxşı günə tez çatar.
Yaman günü görməyən yaxşı günün qədrini bilməz.
Yaman olmasa, yaxşılığın qədri bilinməz.
Yaman yeyənin olsun, yaman deyənin olmasın.
Yaxşılıq elə ki, başına gəlsin.
Yaxşılıq elə, minnət qoyma.
Yaxşılıq eləyən yaxşılıq görər.
Yaxşılıq eləyib, bir şey umursansa, eləməsən yaxşıdır.
Yaxşılıq itməz.
Yaxşılıq qarşılıqlı (ikitərəfli) olur.
Yaxşıya yaxşı deyərlər, yamana yaman.
Dövlət başa bəladır
Dövlət ağıllının nökəridir, axmağın ağası.
Aldığın sənin deyil, xərclədiyin sənindir.
Dövlət dəniz suyu kimidir: içdikcə içmək istəyirsən.
Dövlətə bel bağlama.
Dövlətin ən yaxşısı ağıldır.
Dövlətlinin dili uzun olar, əli qısa.
Dövlətlinin xoruzu da yumurtlar.
Qızıl ləyənin içinə qan qusandan sonra nəyə gərək?!
Dünya malı dünyada qalacaq.
Varını verən utanmaz.
Ağıllı yoxsul axmaq varlıdan yaxşıdır.
Ağıllı adam – var-dövlətin ağası, axmaq adam – var- dövlətin nökəri.
Kasıbın toyunda gecə qısa olar.
Abdaldan paşa olmaz, taxtadan maşa.
Bəy dediyin nədir, bəyənmədiyin nədir?!
Bəy ilə bostan əkənin tağı çiynində bitər.
Bəyin əli cibindən çıxınca, kasıbın canı çıxar.
Qazanc qudurub mayanı yedi.
İlxıçının qazancı havayı at СКАЧАТЬ