Название: Atalar sözü
Автор: Группа авторов
Издательство: Altun Kitab
Серия: Folklor
isbn: 9789952240726
isbn:
Söz var, gələr, keçər, söz var, dələr, keçər
Atalar sözü bazarda satılmaz.
Atalar sözü hikmətdir.
Atalar sözü mühakimə olunmaz.
Atalar sözü öyüddür bizə.
Atalar sözünün başı vicdan qorxusudur.
Ev kimindir? – Oturanın.
Söz kimindir? – Götürənin.
Söz danışıqdan keçər.
Söz gəzdirən adamdan qorx!
Sözü ağzında bişir, sonra çıxart.
Sözü sən at, yiyəsi götürər.
Sözün düzünü zarafatla deyərlər!
Sözün doğrusunu uşaqdan xəbər al!
Sözün yalanı olmaz, yanlışı olar.
Pis söz qəlp puldur, yiyəsinə qayıdar.
Saqqalım yoxdur, sözüm ötmür.
Haqq söz axar suları saxlar.
Haqq söz acı olar.
Səhrada gül bitməz, cahilə söz yetməz.
Ara sözü ev yıxar.
İt hürər, karvan keçər.
Kişi öz sözünün ağası olar.
Yarı gör, özün danış, ev yıxar ara sözü.
Dil ağrıyan dişə dəyər.
Dil var, bal gətirər, dil var – bəla.
Dil yanılar düzünü deyər.
Dilini saxlayan başını saxlar.
Adam ağzında söz, qazan altında köz.
Adamı sözündən tutarlar, heyvanı buynuzundan.
Adamın başına nə gəlsə, dilindəndir.
Söymə qul atamı, söyməyim bəy atanı!
Dəyirman bildiyini eylər, çaq-çaq baş ağrıdar.
Əməlsiz sözdə təsir olmaz.
El gücü, sel gücü
Birlik harda, dirilik orda!
El ağzını bağlamaq olmaz.
El bir olsa, dağ oynadar yerindən,
Söz bir olsa, zərbi kərən sındırar.
El igidləri ilə tanınar.
El içində – öl içində!
El keçən körpüdən sən də keç.
El yandıran şamı söndürmək olmaz.
El malına göz dikən gözdən olar.
Eli olmayanın dili də olmaz.
Elin atdığı daş uzaq gedər.
Elin sözü daşı yeridər.
El atanı ər atar, el tutanı ər tutar.
Qürbət cənnət olsa da, yenə vətən yaxşıdır.
Qəribi baxışından tanıyırlar.
Qəribi vurmuşlar, "Vay vətən!" demiş.
Qürbət yerdən vətən olmaz!
Qürbət görməyən adam vətən qədri bilməz.
Yurddan çıxsan da, eldən çıxma!
Köçən yurdun qədrini, düşən yurdda bilərlər.
Üzünü xalqa çevirənin arxası möhkəm olar.
Güc birlikdədir.
Yeməyini yalqız yeyən yükünü özü qaldırar.
Tək əldən səs çıxmaz.
Palaza bürün, elnən sürün!
Ağıl yaşda deyil, başdadır
Adamı başdan, ağacı yaşdan!
Ağıl başın böyüklüyündə deyil.
Ağıllı öyrənməyi xoşlar, axmaq öyrətməyi.
Ağıl bazarda satılmaz.
Ağıl gücdən üstündür.
Ağıla paxıllıq olmaz.
Ağıllı balaca yekə cahildən yaxşıdır.
Ağıllı bildiyini söyləməz, dəli söylədiyini bilməz.
Ağıllı düşməndən qorxma, dəli dostdan qorx.
Ağıllı ədəbi ədəbsizdən öyrənər.
Ağıllı kişini falçılar sevməz.
Ağıllı olub dərd çəkincə, dəli ol, dərdini çəksinlər.
Ağıllı uşaq bələkdə özünü göstərər.
Ağıllının zənni cahilin həqiqətindən yaxşıdır.
Ağılsız adama nəsihət etmək dənizə su tökmək kimidir.
Ağıllı bir dəfə aldanar.
СКАЧАТЬ