İblisin vəkili. Эндрю Найдерман
Чтение книги онлайн.

Читать онлайн книгу İblisin vəkili - Эндрю Найдерман страница 11

Название: İblisin vəkili

Автор: Эндрю Найдерман

Издательство: Altun Kitab

Жанр:

Серия: Ekranlaşdırılmış əsər

isbn: 9789952243673

isbn:

СКАЧАТЬ çiyinlərini çəkdi.

      ‒ Bilmirəm. Axı niyə də qəribə görünməlidir? İşə dəvət etmək istədiyin adamı ayrı cür necə yaxından tanımaq və dəqiq qiymətləndirmək olar? Bir də unutma, ‒ Kevin məmnunluqla əlavə etdi, ‒ bu iş barədə Nyu-York qəzetləri yazıb. Keçən bazar günü «Tayms»da düz bir sütun yazı çıxmışdı.

      Miriam təsdiq əlaməti olaraq başını tərpətdi, amma Kevin onun nə barədəsə ciddi narahatlıq keçirdiyini hiss etdi.

      ‒ Bunu niyə soruşdun?

      ‒ Nə bilim… O elə danışırdı ki… Üstəlik, vizitkartını da sənə verdi… Özünə həddən artıq əmin idi…

      ‒ Düşünürəm ki, özündən əminlik uğurla birgə yaranır. Maraqlıdır, görəsən, maaş haqqında dediklərində, doğrudan da, ciddi idi? «Boyl, Karlton və Sessler»in ortaqlarının aldığından iki dəfə çox…

      Kevin yenidən vizitkartına nəzər salıb başını yırğaladı.

      ‒ Sən onsuz da pis qazanmırsan, hətta çox yaxşı qazanırsan.

      ‒ Pul heç vaxt artıqlıq eləməz. Necə deyərlər, çox pul cib deşməz… Bir də ki Uilsonun işinə bənzər işlər nadir hallarda ələ düşür. Qorxuram burada qalsam, korporativ qanunvericilik və daşınmaz əmlak məsələlərinə aid işlərin içində itib-batam. Burada cinayət işləri üzrə təcrübə toplamaq imkanı yoxdur…

      ‒ Əvvəllər bu səni narahat etmirdi, Kevin.

      ‒ Bilirəm, ‒ Kevin irəli əyildi, bu zaman balaca çırağın işığı onun gözlərində əks olundu və sifəti gözlənilmədən dəyişdi. Üzündəki sakit ifadəni həyəcan və ehtiras əvəzlədi. ‒ Ancaq bu gün məhkəmə salonunda məndə nəsə bir dəyişiklik baş verdi, Miriam. Mən bunu hiss edirdim. Mən alışıb-yanırdım. Sanki uçurumun kənarı ilə gedirdim, hər sözün həlledici ola biləcəyini duyurdum. Bu kiminsə əmlak mübahisəsi ilə məşğul olmaqdan çox fərqli bir iş idi. Söhbət insan həyatından gedirdi. Lois Uilsonun gələcəyi mənim əlimdə idi. Özümü… xəstəxananın qəbul otağında əyləşib çıxmış barmağı yerinə salan həkimdən daha çox neyrocərrah kimi hiss edirdim.

      ‒ Arabir daşınmaz əmlakla bağlı sadə işlərlə məşğul olmaqda pis bir şey yoxdur, ‒ Miriam sakitcə dedi. Kevinin danışdıqca cuşa gəlməsi onu qorxudurdu.

      ‒ Əlbəttə, yoxdur. Ancaq iş nə qədər mürəkkəbdirsə, bir o qədər də maraqlıdır. Miriam! Başa düş, mən dəftərxana siçovulu deyiləm. Mən… Mən vəkiləm!

      Miriam yüngülcə başını tərpətdi, yəni «başa düşürəm»; bununla belə, qadının üzündəki təbəssüm yox oldu. Kevinin səsində, baxışlarında indiyəcən rastlamadığı nəsə vardı və bu «nəsə» onu vahiməyə salırdı. Qadın birdən-birə anladı ki, bu günədək arzusunda olduğu həyat ərini əsla və əsla qane etməyəcək.

      ‒ Ancaq Kevin, ‒ bir an duruxduqdan sonra Miriam dedi, ‒ axı sən əvvəllər bu barədə düşünməzdin… Elə indi də əgər o adam birdən-birə peyda olmasaydı…

      ‒ Bəlkə də, yox, ‒ əri çiyinlərini çəkdi. ‒ Bəlkə, heç özüm də nə istədiyimi bilmirəm, ‒ Kevin yenidən əlindəki vizitkarta nəzər saldı, sonra onu qaytarıb cibinə qoydu. ‒ Fikirləşməyə hələ vaxtımız var. Düşünmürəm ki, elə bazar ertəsi səhər mənə ortaqlıq təklif edəcəklər. Əvvəlcə, gərək məsləhətləşələr. Bizim firmada hesab edirlər ki, hər şey oturuşmalı, sabitləşməlidir.

      Kevin güldü, amma həmişəki kimi yox, tamam başqa cür. İndi onun gülüşü sərt və soyuq idi…

      ‒ Onlar hətta hər şeyi düzəməlli götür-qoy etməmiş arvadları ilə yatağa da girmirlər. Arvadlarına bir fikir ver, mən hətta onların belə nəyəsə qadir olduqlarına əmin deyiləm.

      O, yenidən güldü. Bu dəfə gülüşündə soyuqluqla yanaşı, nifrət də hiss edilirdi. Ancaq Miriam bu dəfə əri ilə razı deyildi, odur ki başını tərpətmədi. Əvvəllər Kevin heç vaxt işlədiyi şirkət barədə bu tərzdə danışmamışdı. Miriama elə gəlirdi ki, indi onun əri də işlədiyi şirkətin rəhbərləri kimi olmaq, onlara oxşamaq istəyir.

      ‒ Quzu əti bu gün əladır, elədir? ‒ Kevin soruşdu və Miriam başını tərpədib gülümsədi.

      Qadın söhbətin mövzusunun dəyişdiyinə sevindi. Ürəyi bir balaca sakitləşdi və sinəsini sıxan narahat duyğular yoxa çıxdı. Onlar həmin axşam bir daha vəkillik və məhkəmə prosesləri barədə danışmadılar. Qəhvə və çərəzdən sonra evə yollanıb həmişəkindən də güclü ehtirasla sevişdilər.

      Səhəri gün Miriam ərinin dünən geyindiyi şalvarın ciblərini eşələdiyini gördü. Kevin oradan Pol Skolfildin vizitkartını çıxardı, sonra isə onu geyinib işə getməyə hazırlaşdığı pencəyinin iç cibinə qoydu.

***

      Həftəsonu istirahət günlərində Kevin hiss etdi ki, artıq ətrafdakıların ona münasibəti dəyişib. Gənc vəkilə zəng vurub qazandığı uğur münasibətilə təbrik etməli olan dostlarından səs çıxmırdı. Üstəlik, Miriamın anası ilə söhbəti də xoş keçmədi. Kevin arvadını nə baş verdiyi barədə sorğu-suala tutanda məlum oldu ki, qayınanası kürəkənini topa tutduğu üçün özünün ən yaxın rəfiqələrindən biri ilə dalaşıb.

      Bazar günü isə yanacaqdoldurma məntəqəsində az qala Kevin özü də dalaşmalı olacaqdı. Maşınına benzin tökməyə gəlmiş vəkili görən məntəqə sahibi Bob Solter burnunun altında donquldanır və deyirdi ki, bu ölkədə yalnız cinsi azlıqların nümayəndələri yaxşı yaşayırlar.

      Ofisə gəlib iş yoldaşları tərəfindən soyuq qarşılanmasına isə Kevin qətiyyən təəccüblənmədi. Eyni zamanda həm onun, həm də qəbul otağının katibəsi işləyən Meri Ekert qalib vəkillə dilucu salamlaşdı. Hart Sesslerin köməkçisi Tereza London Kevinin üzünə yalandan gülümsədi, o, iş otağına doğru yönələn kimi isə arxasını çevirdi.

      Bir azdan Kevinin masasının üstündəki telefon zəng çaldı. Senford Boylun katibəsi Mayra Brokport ibtidai sinif müəlliməsinə xas sərt səslə dedi:

      ‒ Mister Teylor, mister Boyl sizi görmək istəyir. Elə bu dəqiqə.

      ‒ Təşəkkür edirəm, ‒ Kevin dəstəyi asdı, yerindən qalxdı və qalstukunu düzəltdi.

      Gənc vəkil sakit və özündən tam arxayın idi. Niyə də olmasın? Axı o, cəmi üç il ərzində bu nüfuzlu, uzun tarixə malik firmada silinməz iz buraxmağı bacarmışdı. Brayan Karlton və Hart Sessler isə burada bərabərhüquqlu ortaqlara çevrilmək üçün beş il vaxt sərf etmişdilər. Nə vaxtsa firma «Boyl və Boyl» adlanırdı. Senford atası ilə birgə işləyirdi. İndi Tomas Boylun yaşı artıq səksəni ötmüşdü, ancaq ağlı hələ də iti işləyirdi və əlli dörd yaşlı СКАЧАТЬ