Название: Üçatılan
Автор: Ильяс Эфендиев
Издательство: Altun Kitab
Серия: Azərbaycan ədəbiyyatı
isbn: 9789952245004
isbn:
Nurunun Sərvinazdan çox xoşu gəlirdi. Gözəl qızdı. On yeddi-on səkkiz yaşına çatanda daha da gözəlləşəcək. Doğrudur, ata-anası istəyir ki, bu yay yaylaqda toyları olsun. Amma yox, qız on səkkizə çatmamış toy eləmək olmaz. Nuru savadlı oğlandı, qayda-qanunları bilirdi. Düzdür, Sərvinaz beşinci sinfədək oxuyub. Eybi yoxdur, sonra, bəlkə, Nuru özü onu oxutdurdu.
Bayırda itlər bir ağız hürüb susdular. Sonra bacadan atılan güllə ağ samovarın başındakı iri, güllü çaydana dəyib bomba kimi partladı. İkinci güllə damın nəhəng qara dirəyindən asılan çırağa dəyib damı zülmət qaranlıq elədi. Damın üstündən tappıltı ilə kiminsə düşüb qaçdığı eşidildi.
Oba itləri bu dəfə ağız-ağıza verib dayanmadan hürüşməyə başlamışdı.
Əvvəl Hacı, ardınca da Eyvaz əmi, Hacının oğlanları cəld bayıra çıxdılar. Qaranlıq obanın harasındasa şura sədrinin səsi eşidildi:
– Ayə, o nə güllədir hey?!
Lakin heç kəs cavab vermədi. Çavıstanlardan gələn işıqlar da söndürülmüşdü.
Hacı qaranlıqda Eyvaz əmiyə dedi:
– Belə çıxır ki, güllə atanı itlər tanıyırmış. Yoxsa necə ola bilər ki, onlar qapıda ola-ola yad adam gəlib damın üstünə çıxsın?! Üstəlik, bunu eləyən düşmən köpəkoğludursa, niyə adama atmır?!
Eyvaz əmi də əlavə elədi:
– Hacının başı üçün mən də bu işlərə quruyub qalmışam.
Yenidən içəri keçdilər. Təzə çıraq yandırıldı.
Hacı ortancıl oğlu Fərhadı yanına çağırıb yavaş səslə dedi:
– Yeri tüfəngi götür, sərvaxt ol. İşdir, adam görsən, vurma, başının üstündən at, özünü çalış tanıyasan.
Sonra gələcək qudalar heç nə olmamış kimi oturub çay içdilər, plov yedilər. Bir az qabaq baş vermiş hadisə barədə bir kəlmə danışmadılar.
Sonra Hacı dedi:
– Eyvaz, yat qal burada.
Eyvaz əmi dedi:
– Yox, Hacı, getməliyəm, gecəniz xeyrə qalsın.
Hacı dedi:
– Qoy onda uşaqlar aparıb ötürsünlər.
– Lazım deyil, ay Hacı, görürsən, düşmən onsuz da güllə atmağa məqam tapır.
Tanrıya bəndəlik eləməyən Ərşad
Ancaq Eyvaz əmi burada düşmən sözünü nahaq işlətdiyini düşünüb peşman oldu. Artıq ona tamam yəqin idi ki, bu işləri törədən elə Ərşaddır. O Ərşad ki qızmış buğa kimi ipə-sapa yatmaq bilmir. İndi belə eləyir, sonra lap adam da vura bilər. Elə Eyvaz əminin özünə də güllə atar. Əgər Hacı Tanrıverdinin tayfası bilsə ki, bu işləri eləyən Ərşaddır, axırı yaxşı olmayacaq. Hacı özü hələm-hələm yerindən oynayan adam olmasa da, onun tayfasındakı cahıl-cuhulun13 qabağında durmaq çətin işdir. Deyəcəklər ki, sən bizim ağsaqqalımıza sataşırsan, gəlib çırağına güllə atırsan. İndi eyni oyunu biz də sənin ağsaqqalının başına açarıq…
Yaxşı, bəs indi neyləyəsən, hökumətə xəbər verib bu Ərşadı tutdurasan? Necə tutdurasan? Tavadın ruhu nə deyər? Tutdurmayasan, neyləyəsən? Tanrıya bəndəlik eləmir axı bu Ərşad!
Səhər Eyvaz əmi bacısı qızı Narıngülü də, ondan otuz yaş böyük ərini də çağırtdırıb, oturtdu qabağında. Dedi:
– Neçə dəfə sizə dedim ki, o qanmazın başına ağıl qoyun. O nə biabırçılıq idi gecə törədirdi?
Narıngülün əri Hacı Tanrıverdinin əmisi nəvəsi idi. Ancaq Eyvaz əmi bilirdi ki, kişi ağıllı adamdı, Hacıya xəbər verməz. Odur ki sirrini ondan gizlətmirdi.
– Fikri nədi? İstəyir bizi Hacı Tanrıverdinin tayfası ilə qanlı eləsin? Narıngül, qardaşın qanıb-qandırmır, sən də başa düşmürsən? Fikirləşmirsən ki, sabah bizimlə Hacı Tanrıverdigilin arasında qan düşmənçiliyi düşsə, sənin özünün günün necə olar?
Narıngülün yaşlı əri cavan arvadını çox istədiyindən cavab verdi ki:
– Əşi, bu neyləsin? Ərşadın öhdəsindən heç sən özün gələ bilmirsən.
Eyvaz əmini od götürdü:
– Mən öhdəsindən yaxşı gələrəm, ancaq dost-düşmən var. Nə qədər də olsa, mənim bacım oğludur. Yuxarı tüpürürsən – bığ, aşağı tüpürürsən – saqqal.
Конец ознакомительного фрагмента.
Текст предоставлен ООО «ЛитРес».
Прочитайте эту книгу целиком, купив полную легальную версию на ЛитРес.
Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.
1
Qarabulaq – müəllifin anadan olduğu indiki Füzuli rayonunun ilk adı (red.)
2
Bəlkə davası – keçmiş tərəkəmələrdə oyun. Dalaşanlar çuxanı bir qoluna dolayıb qalxan kimi СКАЧАТЬ
13