Üçatılan. Ильяс Эфендиев
Чтение книги онлайн.

Читать онлайн книгу Üçatılan - Ильяс Эфендиев страница 2

Название: Üçatılan

Автор: Ильяс Эфендиев

Издательство: Altun Kitab

Жанр:

Серия: Azərbaycan ədəbiyyatı

isbn: 9789952245004

isbn:

СКАЧАТЬ style="font-size:15px;">      – Yox, – deyə anam nə üçünsə gülümsədi. – Ərşadın atası seyid idi.

      Fikirləşdim, bəs anam zarafat eləyir, çünki Kürdobada seyid olduğunu eşitməmişdim. Anamdan təkrar soruşdum ki, doğru deyirsən? (Mənim belə təkidlə soruşmağmın səbəbi bir də o idi ki, seyidlər mənim xəyalımda qapı-qapı gəzib nəzir yığan fağır adamlar idi.)

      Anam eyni təbəssümlə dedi:

      – Yox, əslində, seyid deyildi. Onu Eyvaz əmim seyid eləmişdi.

      – Nə cür axı?

      Anamın nağıl eləməyindən məlum oldu ki, günlərin bir günündə o taydan belində xəncər bir oğlan gəlib çıxır Kürodobaya (Kürdoba Araza yaxın idi. Demək, oğlan Cənubi Azərbaycandan gəlmişdi). Anamın əmisi Eyvaz soruşur ki:

      – Oğul, nəçisən?

      Oğlan cavab verir ki:

      – Heç nəçi. O tayda adam vurub qaçmışam.

      – Kim idi vurduğun adam?

      Oğlan deyir:

      – Xanın bacısı oğlu.

      – Nə üstündə vurdun?

      Oğlan deyir:

      – Mərdimazarın biri idi… Obada bir əlsiz-ayaqsızın qızına sataşmışdı… Namusum götürmədi, vurdum.

      Eyvaz əmi soruşur:

      – Bəs o tayda kimin qaldı?

      Oğlan deyir:

      – Özümdən kiçik bir qardaşım qalıb. Mən Savalan dağının ətəklərində ərbab4 üçün qoyun saxlayırdım. Qardaşım da qaçaqdı.

      Eyvaz əmi soruşur:

      – Niyə?

      – Xanla düz gəlmirdi.

      – Bəs niyə qardaşının yanına getmədin?

      – Mümkün olmadı. Qardaşım Təbriz tərəfdə hərlənirdi. Mənsə bəridə, Araz qırağında qoyun saxlayırdım.

      Eyvaz əmi bir az fikirləşib oğlana deyir:

      – Bala, bir halda ki, bizim obaya pənah gətirmisən, qorxma, qoymarıq başından bir tük əskik olsun. Ancaq gərək elə eləyək ki, nə şiş yansın, nə kabab.

      Oğlan soruşur:

      – Nə cür?

      – Yəni elə eləyək, xanın adamları duyuq düşməsinlər ki, sən bu obadasan. Yoxsa olarlar bizimlə qanlı düşmən… Özün bilirsən də, burada asqırırsan, o tayda eşidilir.

      Oğlan tutulub deyir:

      – Neynək, mən baş götürüb gedərəm içərilərə.

      Eyvaz əmi deyir:

      – Qətiyyən olmaz! Biz qapıya gələni boş qaytarmarıq. Adın nədi?

      Oğlan cavab verir ki, adım Tapdıqdı.

      Eyvaz əmi də deyir:

      – Hə… Sən bu gündən olursan «Seyid Tapdıq».

      Oğlan deyir:

      – Axı mən seyid deyiləm.

      Eyvaz əmi gülüb deyir:

      – Ay rəhmətliyin oğlu, dünyada neçə min seyid var… Elə bilirsən onların hamısı elə peyğəmbər övladıdı? Sən bu gündən «Seyid Tapdıq»san, vəssalam.

      Sonra anam nağıl eləyirdi ki, Eyvaz əmi Seyid Tapdığa öz yanlarında qarğıdan balaca bir çavıstan5 tikdirib bir dəst yorğan-döşək verir. Belinə göy qurşaq bağlatdırır. Özü də qonum-qonşuya deyir ki, bu çox nəcib seyidlərdəndir. Babası o tayda ocaqdır.

      Eyvaz əmi kimi mötəbər nəsildən olan adamın da sözü söz idi. Küy düşür oba camaatına. Seyid Tapdığın ziyarətinə gələn kim, nəzir gətirən kim, «ağa, cəddinə fəda olum» deyib qabağında diz çökən kim. Yavaş-yavaş seyidin sorağı qonşu kəndlərə, obalara da yayılır. Seyid Tapdıq başlayır varlanmağa. Qoyun sürüsü düzəldir, ağ alaçıq qayırtdırır. Sonra da Eyvaz əminin bacısı Tavadla evlənmək istəyir. Eyvaz əmi bunu eşidəndə az qalır dünyanı dağıtsın. Tavadı neçə-neçə adlı-sanlı yerlərdən istəyiblər, verməyib, indi gəlsin gədənin biri istəsin?!

      Eyvaz əmi seyidi xəlvətə çəkib deyir:

      – Adə, köpəkoğlu, başına hava gəlib, nədi? Səni mən yalandan seyid elədim ki, acından ölməyəsən, indi qudurub mənim bacımı almaq istəyirsən? Bu saat açıb hər şeyi camaata deyəcəyəm, ondan sonra görüm necə seyid olursan!

      Sən demə, Seyid Tapdıq da az aşın duzu deyilmiş. Eyvaz əmiyə belə cavab verir:

      – Əvvəla, sən bundan sonra durub desən ki, mənim seyid olmağım yalandı, heç kəs inanmaz, deyərlər görən kişinin acığı tutub, nədi?! İkinci də budur ki, qızın öz arzusu da belədi.

      Eyvaz əmi hirslənib and içir ki, əgər bu, yalan olsa, səni it kimi öldürəcəyəm. Sonra çağırıb Tavaddan soruşur ki, bacı, sən o həmşəri gədəsinə getmək istəyirsən? Qız təəccüblə qardaşına baxıb deyir:

      – Qağa, sən ağanın haqqında niyə belə danışırsan? Əstəğfürullah elə! Günahdır. Axı özün deyirdin ki, o, böyük seyiddi.

      – Mən yalandan söz çıxarmışdım, – deyib Eyvaz əmi qışqırır.

      Qız da cavab verir:

      – Bıy, o boyda yalan olar? Camaat tökülüb ağanın ziyarətinə gəlir… Ətəyini öpür… Babası da o tayda ocaqdı…

      Eyvaz əmi yanıb tökülür:

      – Yaxşı, – deyir, – mən onu biabır eləyib buradan qovum, sən də bax.

      Tavad cavab vermir. Ancaq Eyvaz əminin arvadına deyir: «Qardaşıma xəbər ver ki, mən ölsəm də, qalsam da, ağaya gedəcəyəm. Yoxsa günaha bataram».

      Eyvaz əmi baxıb görür ki, daha ağanın qabağına durmaq mümkün deyil. Naəlac qalıb Tavadın «ağa»ya getməsinə razılıq verir.

      … Sonralar Tapdıq bu seyidlik işindən bezib yorulur, çobanlığa başlayır. Günlərini qışda Haramıda, yayda isə dağlarda, qoyun-quzunun arasında keçirir ki, camaat onun seyidliyini yaddan çıxarsın. Bələ də olur. Tərəkəmələr СКАЧАТЬ



<p>4</p>

Ərbab – burada: ağa (red.)

<p>5</p>

Çavıstan – qarğı, taxta və s.dən düzəldilmiş yüngül, kiçik tikili, ev (red.)