Spartak. Рафаэлло Джованьоли
Чтение книги онлайн.

Читать онлайн книгу Spartak - Рафаэлло Джованьоли страница 7

Название: Spartak

Автор: Рафаэлло Джованьоли

Издательство: Altun Kitab

Жанр:

Серия: Dünya ədəbiyyatından seçmələr

isbn: 9789952241846 

isbn:

СКАЧАТЬ Kuma istiqamətində çapırdı. Libitina Venerasında isə bundan heç də az mühüm olmayan bir hadisə baş verirdi. Həm Spartak, həm də qulların azadlığı üçün təhlükə əmələ gəlmişdi…

      Axşamçağı Taygöz Lutasiyanın yeməkxanasına yeyib-içmək üçün çoxlu qladiator gəlmişdi. Süfrə başında qladiator Kriks oturub qonaqlığa başçılıq edirdi. O öz yoldaşları ilə süfrənin ətrafında oturanda gördü ki, otağın bir küncündə qoyulmuş masada yemək artığı qalıb. Kriks Lutasiyaya sarı çevrilib soruşdu:

      – Bu balaca masanın arxasında kim xörək yeyib?

      Lutasiya dönüb baxdı və təəccüblə dedi:

      – O hara getdi? Masanın da üstünə səkkiz sestertsi pul qoyub… Yediyi xörəyin pulundan da çoxdur.

      Lutasiyanın çərənləməsi Kriksi özündən çıxartdı. O çığıraraq dedi:

      – Qoca kaftar, bu adamın adını deyəcəksən, ya yox?

      – Axmaqlar, deyim də! O masanın arxasında Sabina elindən gəlmiş bir taxıl alverçisi yemək yeyib. Hər gün həmişə eyni vaxtda burda olur.

      Qladiatorlar bərk acmışdılar, dinməz-söyləməz yeyirdilər. Bir azdan otaqda tək qalmalarından istifadə edib astadan danışmağa başladılar:

      Конец ознакомительного фрагмента.

      Текст предоставлен ООО «ЛитРес».

      Прочитайте эту книгу целиком, купив полную легальную версию на ЛитРес.

      Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.

      1

      Roma erası – Roma şəhərinin əsasının qoyulduğu tarixdən (eramızdan əvvəl 753-cü il) başlanır. Roma erasının 675-ci ili yeni tarix hesabı ilə bizim eradan 78 il əvvəl deməkdir.

      2

      İd – Roma təqvimi üzrə ayın ortası: martın, mayın, iyulun, oktyabrın on beşinci, başqa ayların on üçüncü günü.

      3

      Lutsi Korneli Sulla (e.ə. 138-78-ci illər) – aristokratların başçısı olmuşdur. E.ə. 82-ci ildə hakimiyyəti ələ keçirmiş, özünü hökmdar elan etmişdi. E.ə. 83-cü ildə Şərqdə Roma hökmdarlığını bərpa etdikdən sonra Romaya qayıtmış, senatı ona qeyri-məhdud hakimiyyət verməyə vadar etmişdir.

      4

      Kvint Hortenzi (e.ə. 114-50-ci illər) – məşhur Roma natiqi

      5

      Tit Lukretsi Kar – böyük Roma şairi və alimi

      6

      Konsul – Romada respublikanı idarə etmək üçün hər il iki konsul seçilərdi. Ali mülki hakimiyyət onların əlində olardı, müharibə zamanı orduya komandanlıq edərdilər.

      7

      Böyük Pompey (e.ə. 106-48-ci illər) – Roma sərkərdəsi və dövlət xadimi

      8

      Mirmillon – dəbilqəsinin ucunda balıq şəkli olan silahlı qladiator

      9

      Retiari – üçdişli yaraqla və torla silahlanmış qladiator

      10

      Patrisilər – Qədim Romada hakim sinif

      11

      Lutsi Sergi Katilina (e.ə. 108-62-ci illər) – konsullar və senat əleyhinə sui-qəsd (e.ə. 66-62-ci illər) düzəltmişdir . Katilina xalq kütlələri vasitəsilə hakimiyyəti ələ almaq istəmiş, varlıların torpağını camaata paylayacağını vəd etmişdi. E.ə. 63-cü ildə Siseron sui-qəsdin üstünü açmış, Katilina öldürülmüşdür.

      12

      Mark Krass (e.ə. 114-53-cü illər) – Spartak üsyanını yatırmağa göndərilən Roma qoşununun başçısı idi. E.ə. 60-cı ilin sonunda Sezar, Pompey və Krass triumvirat düzəltmişlər. Parfiyalılarla müharibədə həlak olmuşdur.

      13

      Kurtizan qadın – həyat tərzi etibarilə kübar cəmiyyətə mənsub yüngül əxlaqlı qadın

      14

      Frakiyalılar – Frakiyada yaşayan xalq. E.ə. I əsrdə romalılar tərəfindən istila edilmişdi.

      15

      Samnitlər – qədim İtaliyanın dağlıq mahalı Samniyada yaşayan xalq. Romalılarla uzun müddət davam edən müharibədən sonra samnitlər tamamilə onların hakimiyyəti altına düşmüşlər.

      16

      Lanista – qladiatorların müəllimi, həm də qladiatorlar məktəbinin sahibi, onları alıb-satan adam

      17

      Sestertsi – Qədim Romada işlənən gümüş pul

      18

      Rudiari – Qədim Romada azadlıq almış qladiator; onlar öz istəyi ilə qladiator döyüşlərində iştirak edə bilərdilər.

      19

      Konklav – Roma xanımlarının xüsusi otağı

/9j/4AAQSkZJRgABAQEAYABgAAD/4QBORXhpZgAATU0AKgAAAAgABAMBAAUAAAABAAAAPlEQAAEAAAABAQAAAFERAAQAAAAB СКАЧАТЬ