Название: Spartak
Автор: Рафаэлло Джованьоли
Издательство: Altun Kitab
Серия: Dünya ədəbiyyatından seçmələr
isbn: 9789952241846
isbn:
Spartak Kriksin əlini sıxıb Sullanın evinə sarı getdi. Çox keçmədi ki, ora çatdı. Qapını döydü. Qapıçı qapını açıb onu Valeriyanın Mirtsa üçün ayrılmış kiçik otağına apardı.
Spartak otağa girən kimi Mirtsa onun boynuna sarılıb üz-gözündən dəfələrlə öpdü. Sonra fərəhlə onu xanımının çağırdığını söylədi. Sən demə, Valeriya Spartakı əri Sullanın qladiatorlar məktəbinə rəhbər təyin etmək istəyirmiş. Sonra əlavə elədi:
– Sənə bir sirr də açım. Amma yalvarıram, qoy öz aramızda qalsın. Sirkdə sənə azadlıq verilməsini Sulladan Valeriya xahiş edibmiş!
Spartakın həyəcandan bədəni sarsıldı, rəngi ağardı. O, fikrə getdi.
Bir azdan Mirtsa qardaşına dedi:
– İndi gedib sənin gəldiyini Valeriyaya söyləyəcəm. Səni onun yanına aparmaq üçün özündən icazə almalıyam.
Mirtsa bir anda gözdən itdi. Spartak dalğın olduğundan onun getdiyini duymadı. O, Valeriya ilə ilk dəfə ay yarım bundan əvvəl rastlaşmışdı. Elə o zamandan onda bu gözəl qadına qarşı odlu arzu, böyük həsrət hissi oyanmışdı. Zavallı frakiyalı ilk vaxtlar bu yeni hissi qəlbindən çıxarmağa çalışmışdı. Amma ayaqları onu dəfələrlə Sullanın evinin qarşısına aparmışdı. Bu gedişlərin birində Valeriya Spartakı sezmişdi. Zavallı rudiari18 Valeriyanın bir anlığa ona şəfqətlə baxdığını hiss etmişdi. Spartak hələ də şaşqın-şaşqın, sanki sərsəm halda düşünürdü.
Mirtsa gəlib Spartakı Valeriyanın otağına aparanda, o, üzdən çox sakit görünürdü, lakin qəlbinin bərk-bərk döyündüyünü hiss edirdi. Onlar kiçik bir pilləkənlə aşağı enib konklava19 sarı getdilər.
Çox zərif yundan tikilmiş mavi haşiyəli, ağ tunikaya bürünən gözəl Valeriya bu sakit otaqda təkbaşına taxtda dirsəklənib uzanmışdı. Spartakın üzü Paros mərmərindən də ağ idi. O, alışıb-yanan gözlərini gözələ dik- mişdi.
Valeriya qalxıb oturdu, dərhal qızaran gözəl üzünü Spartaka sarı çevirdi, dərindən nəfəs alıb mehriban bir səslə dedi:
– Allahlar səni öz himayəsində saxlasın, şanlı Spartak!
Spartak özünə gəlmişdi. O, zərif, titrək səslə dedi:
– İlahi Valeriya, allahlar layiq olduğumdan artıq məni himayə edirlər. Onlar sənin himayəni mənə bəxş edirlər.
Valeriyanın qəlbində gözəl bir hiss doğdu, mehriban səslə dedi:
– Əziz Mirtsa səndən mənə çox şey danışıb. İgidliyin də mənə məlumdur.
Mehriban səslə söylənilən bu söz Spartakın qəlbinə məlhəm kimi yayıldı. Onun gözləri yaşardı, sakit səslə söylədi:
– Ah, dünyanın ən mərhəmətli qadını, bu xoş sözlərin üçün həmişə allahların inayətində olasan… Qoy böyük allahlar səni bütün insanlardan yüksəkdə tutsun… Sən buna layiqsən. Qoy onlar səni dünyanın ən xoşbəxt qadını eləsinlər.
Spartakın son sözündən sonra susdular. Sükutu Valeriya pozdu:
– İndi sən tamamilə azadsan. Sulla Kumadakı villasında altmış quldan ibarət məktəb açıb. Sən bu məktəbi idarə etməyi boynuna götürərsənmi?
Spartak böyük nəzakətlə Valeriyaya baxaraq yavaşca dedi:
– Sən nə istəsən, mən onu yerinə yetirməyə hazıram. Axı mən sənin qulunam, sənin ixtiyarındayam.
Altıncı fəsil
Təhdidlər, qiyamlar, təhlükələr
Gözəl kurtizan qadın Evtibida evində, söhbət zalında qırmızı balışlar üzərində uzanmışdı. O, yanındakı adamdan soruşdu:
– Məsələnin nə yerdə olduğunu başa düşdünmü?
Evtibida verdiyi sualın cavabını gözləmədən əlavə etdi:
– Yaxşı, bu vaxtadək nə öyrənə bilmisən?
– Bu saat deyim… həm çox şey öyrənmişəm, həm də heç nə…
– İndi bunu necə anlayaq?
– Füsunkar Evtibida, əgər mənim bacarığım qladiatorların hazırladığı qiyamın üstünü açmaqla ölçülürsə, onda qabiliyyətimi başqa şeylə sınağa çək. Çünki bu qiyamın üstünü açmaq mümkün deyil, ona görə ki belə bir qiyam yoxdur. Axı sən bu üsyan məsələsini kimdən eşitmisən?
– Bir qladiatordan… Sən yenə də qladiatorları gözdən qoyma.
– Kumada onları izləyəcəm, Kapuyaya da gedəcəm.
– Bir şey bilmək istəyirsənsə, onda hamıdan çox Spartaka göz qoy!
– O ki qaldı Spartaka, onu addım-addım izləyirəm: özü də ancaq səndən ötrü yox, həm də Sulladan ötrü…
– Spartak Sullanı öldürmək istəyir?
– Sən nə danışırsan, gör ağlına nə gəlir?!
– Bəs onda nə olub?
– Deyəsən, Spartak Valeriyaya vurulub, qadın da ona.
Cavan qadının rəngi ağardı, yumruqlarını qəzəblə sıxıb qışqırdı:
– Ola bilməz!
– Bunu hamı deyir. Amma əlimdə dəlil yoxdur…
– Deməli, bir başqası var… o mənə qalib gəldi!
Qadın əlləri ilə üzünü örtüb hönkür-hönkür ağladı.
Metrobi bu sirri bölüşdüyünə çox peşman oldu. O, yavaş səslə dilləndi:
– Ancaq yalvarıram sənə… Məni ələ vermə…
– Qorxma, Metrobi, qorxma! Qulaq as, gör sənə nə deyirəm… Kumaya get… Onların hər addımını izlə… bir dəlil tap… biz onda Sullanın şərəfinin də, СКАЧАТЬ
18
Rudiari – Qədim Romada azadlıq almış qladiator; onlar öz istəyi ilə qladiator döyüşlərində iştirak edə bilərdilər.
19
Konklav – Roma xanımlarının xüsusi otağı