Название: Hekayələr
Автор: Роальд Даль
Издательство: Altun Kitab
Серия: Hekayə ustaları
isbn: 9789952243529
isbn:
DEQUSTATOR
Həmin axşam Mayk Skofildin Londondakı evində şam süfrəsi arxasında altı nəfər idik: Mayk, arvadı və qızı, mən və arvadım, bir də Riçard Pratt adlı birisi.
Riçard Pratt ətrafda ağzının dadını bilən adam kimi tanınmışdı. «Epikureyslər» adlı kiçik bir cəmiyyətin prezidenti olan bu şəxs hər ay onun üzvlərinə yemək və şərab haqqında broşürlər göndərirdi. Onun təşkil etdiyi nahar ziyafətlərində təmtəraqlı yeməklər və nadir şərablar verilirdi. O, ağız dadını korlamamaq üçün siqaret çəkmirdi və hər hansı bir şərabın keyfiyyəti müzakirə olunanda həmin içki haqqında sanki canlı məxluqmuş kimi rəy bildirirdi, bu da çox məzəli səslənirdi. «O son dərəcə xırdaçıdır, – Riçard Pratt deyirdi, – kifayət qədər utancaq, amma, sözsüz ki, xırdaçı». Ya da: «Mehriban və gümrah şərabdır, bəlkə, bir az kəskindir, amma yenə də mehribandır».
Maykın evində bu vaxtadək artıq bir neçə dəfə Riçard Prattla birgə nahar etmişdim və hər dəfə də Maykla arvadının məşhur qurmanı hər hansı bir xüsusi yeməklə təəccübləndirməsi üçün dəridən-qabıqdan çıxdıqlarının şahidi olmuşdum. Aydın məsələdir ki, onlar bu gün də istisna etmək niyyətində deyildilər. Ayağımızı qonaq otağına basar-basmaz bizi ziyafət gözlədiyini anladım. Hündür şamlar, sarı qızılgüllər, par-par parıldayan gümüş dəstlər, hər qonağın qarşısında şərab üçün üç qədəh və üstəlik, mətbəxdən gələn qızardılmış ət qoxusu, – bütün bunlar ağzımı sulandırdı. Biz süfrə arxasına keçdik və mən Maykın evində bundan əvvəl də olanda onun iki dəfə Prattla bir yeşik şərabdan mərc gəldiyini xatırladım. Qonaq uduşun qarşılığında həmin şərabın növünü və ilini təyin etməli idi. Prattsa söhbətin məlum ildən getdiyi halda bunun heç də çətin olmadığını söyləyir, mərcin şərtləri ilə razılaşır və hər dəfəsində udurdu. Onların bu dəfə də mərc gələcəklərinə və Maykın bu mərci uduzmaq istəyəcəyinə adım qədər əmin idim, belə ki o, şərabının nə qədər yaxşı olduğunu sübut etmək istəyi ilə alışıb-yanırdı, Prattsa öz növbəsində biliyini nümayiş etdirmək fürsətindən son dərəcə məmnun qalırdı.
Nahar yağda xırt-xırt qızardılmış snetoklardan1 başladı, onun yanında mozelveyn2 verdilər. Mayk ayağa qalxıb şərabı özü süzdü, o öz yerini alandan sonra isə Riçard Prattı müşahidə etdiyini gördüm. Şərab şüşəsinin etiketini görə bilməyim üçün mənim qarşıma qoymuşdu. Onun üzərində yazılmışdı: «Qayersley Oliqsberq, 1945». Mayk mənə tərəf əyilib pıçıldadı ki, Qayersley Mozeldə kiçik bir kənddir və bu kənd Almaniya hüdudlarında, demək olar ki, tanınmır. O dedi ki, hazırda içdiyimiz şərab o qədər də adi deyil. Həmin yerlərdə o qədər az şərab istehsal edirlər ki, kənardan gələn birisi onu əldə edə bilməz. Bu şərab növünü əldə etmək üçün ötən yay şəxsən özü Almaniyaya gedib və çətinliklə də olsa bir neçə düjün ala bilib.
– İngiltərədə bundan daha kimdəsə olduğuna şübhə edirəm, – o bunu deyib Riçard Pratta baxdı. – Mozelveyni fərqləndirən cəhət, – o, səsini ucaldıb sözünə davam etdi, – onun klaretdən3 əvvəl yaxşı getməsidir. Çoxları klaretdən əvvəl reynveyn4 içirlər, amma onlar daha yaxşının dadından xəbərsiz olduqları üçün belə edirlər. Heç bilirsiniz ki, reynveyn klaretin zərif ətrini öldürür? Reynveyni klaretdən əvvəl içmək, sadəcə, cahillikdir. Mozelveynsə başqa məsələ.
Mayk Skofild ortayaşlı xoşagəlimli adam idi. O, birjada makler işləyirdi. Daha dəqiq desək, fond birjasında komisyonçu və bu peşənin bəzi nümayəndələri kimi, deyəsən, elə bir əhəmiyyət kəsb etməyən bacarığı qarşılığında yaxşı pul qazanması onu azacıq, bəlkə də, lap çox utandırırdı. Qəlbinin dərinliyində adi broker olduğunu dərk edirdi və bunu dostlarının da bildiyindən şübhələnirdi. Odur ki indi mədəni insan olmağa, ədəbi və estetik zövqünü inkişaf etdirməyə, tablo, not, kitab və bu cür şeylər yığmağa can atırdı. Maykın reynveyn və mozelveyn haqqında kiçik moizəsi onun can atdığı mədəniyyətin tərkib hissəsi idi.
– Gözəl şərabdır, sizə də elə gəlmir ki? – o soruşdu.
Mayk yenə Riçard Prattı izləyirdi. Mən onun hər dəfə ağzına balıq atmaq üçün süfrəyə sarı əyiləndə masanın o biri başına gizlicə nəzər saldığını görürdüm. Mən sözün əsl mənasında bütün vücudumla hiss edirdim ki, o, Prattın ilk udum edib gözlərini qaldıracağı, bu baxışlarda təəccüb, bəlkə də, heyrət oxunacağı anı gözləyir. Sonra müzakirə açılacaq və Mayk ona Qayersley kəndi haqqında danışacaq.
Lakin Riçard Pratt heç şərabın dadına baxmaq niyyətində deyildi. Onun başı Maykın on səkkiz yaşlı qızı Luiza ilə söhbətə qarışmışdı. Qıza sarı yanakı oturan Pratt üzündə təbəssüm ona Paris restoranlarından birinin baş aşpazı barədə danışırdı. O, söhbət əsnasında vəcdə gələrək get-gedə Luizaya yaxınlaşır və az qala qızın üstünə yıxılırdı. Prattdan mümkün qədər uzaq durmağa çalışan biçarə qız başını nəzakət xətrinə tərpətsə də, eyni zamanda ümidsiz baxışlarını onun üzünə deyil, smokinqinin yuxarı düyməsinə dikmişdi.
Biz balığı yeyib-qurtaran kimi otağa girən qulluqçu qadın boşqabları yığışdırmağa başladı. O, Pratta yaxınlaşanda boşqabın dolu qaldığını gördü və nə edəcəyini bilmədi. Qadını sezən Pratt əlinin işarəsi ilə onun getməsini əmr etdi və söhbətini kəsib yeməyə başladı. O, çəngəli tələsik balığa batırır və elə həmin sürətlə ağzına ötürürdü. Yeməyini bitirəndən sonra qədəhi götürüb şərabın dadına baxdı və söhbətinə davam etmək üçün Luiza Skofildə sarı çevrildi.
Mayk bunların hamısını görürdü. Mən ev sahibinə baxmadan hiss edirdim ki, o, sakitliyini saxlasa da, buna çətinliklə müvəffəq olur və gözlərini qonaqdan çəkmir. Onun mehriban sifəti uzanmış, yanaqları sallanmışdı, amma yenə də özünü tutub saxlayır, nə qımıldanır, nə də bir kəlmə söyləyirdi.
Qulluqçu qadın tezliklə ikinci yeməyi gətirdi. Bu, iri qızardılmış mal tikəsi idi. O, yeməyi masaya Maykın qarşısına qoydu. Ev sahibi ayağa qalxıb əti çox nazik dilimlərə bölməyə və qulluqçunun paylaşdırdığı qablara ehmalca qoymağa başladı. Özü də daxil olmaqla hər kəsə ət kəsib bıçağı qaba qoydu və hər iki əli ilə masanın küncünə dayaqlandı.
– İndi isə, – o, Riçard Pratta baxa-baxa hamıya müraciət etdi, – indi isə klaretə keçək. Üzr istəyirəm, amma mən onun ardınca getməliyəm.
– Mayk, onun ardınca getməlisiniz? – mən təəccübləndim. – O hardadır ki?
– Kabinetimdə. Mən şüşənin ağzını açmışam və indi şərab nəfəs alır.
– Niyə bəs kabinetdə?
– Əlbəttə ki, otaq temperaturunda olması üçün. O artıq bir sutkadır ki ordadır.
– Amma niyə məhz kabinetdə?
– Bu mənim evimdə ən yaxşı yerdir. Ötən dəfə Riçard mənə onu seçməyə kömək etdi.
Öz adını eşidən Pratt çevrildi.
– Düz demirəm? – Mayk soruşdu.
Hə, – ciddi ifadə ilə başını tərpədən Pratt cavab verdi. – Düz deyirsiniz.
– O, kabinetimdə yaşıl yazı masamın üstündədir, – Mayk dedi. – Biz məhz o yeri seçdik. Yaxşı yerdir, külək tutmur və temperatur dəyişmir. Üzr istəyirəm, amma onun ardınca getməliyəm.
Mərcə layiq daha bir şərabı olduğunu düşündükcə kefi düzəldi və o, tələsik otaqdan çıxdı. Heç bir dəqiqə keçməmiş yenidən СКАЧАТЬ
1
2
3
4