Название: Balaca şahzadə
Автор: Антуан де Сент-Экзюпери
Издательство: Altun Kitab
Серия: Dünya ədəbiyyatından seçmələr
isbn: 9789952241075
isbn:
‒ Bəs onda tikan nəyə lazımmış?
Mən bunu bilmirdim. Başım bərk qarışıq idi: motorda boltun biri hərlənmirdi, onu açmağa çalışırdım. Mən özümdə deyildim, getdikcə vəziyyətim ağırlaşırdı, su, demək olar, qalmamışdı, yavaş-yavaş qorxuya düşürdüm ki, çarəsizlikdən yerə enməyimin axırı pis qurtaracaq.
‒ Tikan nəyə lazımdır?
Balaca şahzadə bir şey soruşanda cavab almamış əl çəkməzdi. İpə-sapa yatmayan bu dilbilməz bolt tamam qanımı qaraltmışdı. Mən ağlıma gələni dedim:
‒ Tikan heç nəyə lazım deyil, güllər tikanı sadəcə acıqlarından çıxarır.
‒ Belə de!
Sükut çökdü. Sonra acıqlıtəhər dedi:
‒ Mən sənə inanmıram. Güllər zəifdir, sadəqəlblidir. Onlar özlərini cəsur göstərmək istəyirlər. Düşünürlər ki, tikanları olsa, hamı onlardan qorxar…
Mən cavab vermədim. Bu an özümə deyirdim: “Əgər bu bolt indi də hərlənməsə, çəkiclə elə çırpacağam ki, tikə-tikə olsun”. Balaca şahzadə yenidən fikrimi yayındırdı:
‒ Sən düşünürsən ki, çiçəklər…
‒ Yox, canım! Mən heç nə düşünmürəm! ‒ Mən ağlıma gələn ilk cavabı verdim. ‒ Sən görürsən ki, mən ciddi işlə məşğulam.
O, heyrətlə mənə baxdı:
‒ Ciddi işlə?
O məndən gözünü çəkmirdi, sürtkü yağına bulaşmışdım; əlimdə çəkic ona bu qədər eybəcər görünən anlaşılmaz bir şeyə tərəf əyilmişdim.
‒ Sən yaşlılar kimi danışırsan, ‒ dedi.
Mən xəcalət çəkdim. O isə amansızcasına əlavə elədi:
‒ Sən hər şeyi qarışdırırsan… heç nə başa düşmürsən!
Bəli, o, yaman hirslənmişdi. Başını buladı, külək qızılı saçlarını dağıtdı.
Конец ознакомительного фрагмента.
Текст предоставлен ООО «ЛитРес».
Прочитайте эту книгу целиком, купив полную легальную версию на ЛитРес.
Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.