Balaca şahzadə. Антуан де Сент-Экзюпери
Чтение книги онлайн.

Читать онлайн книгу Balaca şahzadə - Антуан де Сент-Экзюпери страница 2

Название: Balaca şahzadə

Автор: Антуан де Сент-Экзюпери

Издательство: Altun Kitab

Жанр:

Серия: Dünya ədəbiyyatından seçmələr

isbn: 9789952241075 

isbn:

СКАЧАТЬ Ona yetər. Mən sənə lap balaca quzu verirəm.

      O, başını əyib şəkli gözdən keçirə-keçirə dedi:

      ‒ Çox da balaca deyil… Bir bax! O, yuxuya getdi…

      Balaca şahzadə ilə mən belə tanış oldum.

      III

      Onun haradan gəldiyini mən gec öyrəndim. Balaca şahzadə sualları dolu kimi yağdırır, amma mən bir şey soruşanda özünü eşitməzliyə vururdu. Yavaş-yavaş, ötəri deyilmiş sözlərdən hər şey mənə aydınlaşdı. O, ilk dəfə təyyarəmi görəndə (təyyarənin şəklini çəkməyəcəyəm, onsuz da çəkə bilmirəm) soruşdu:

      ‒ Bu nə olan şeydir?

      ‒ Şey deyil. Bu, təyyarədir. Mənim təyyarəm. O uçur.

      Mən öyünə-öyünə izah elədim ki, uçmağı bacarıram. Bunu eşidəndə o dedi:

      ‒ Necə?! Sən göydən düşmüsən?

      ‒ Bəli, ‒ təvazökarlıqla cavab verdim.

      ‒ Maraqlıdır…

      Balaca şahzadə elə qəhqəhə çəkdi ki, acığım tutdu: xoşlayıram ki, mənim fəlakətimə ciddi yanaşsınlar. Sonra o əlavə elədi:

      ‒ Deməli, sən də göydən gəlmisən. Bəs hansı planetdən?

      “Onun buraya, səhraya belə qaibanə gəlişi indi aydın oldu”, ‒ deyə düşündüm və açıqca soruşdum:

      ‒ Sən bura ayrı planetdən düşmüsən?

      Amma o cavab vermədi. Təyyarəyə baxa-baxa başını buladı:

      ‒ Bunda sən uzaqdan uçub gələ bilməzdin…

      Sonra nə barədə isə uzun müddət düşündü və mənim quzumu cibindən çıxarıb bu sərvətin tamaşasına daldı.

      “Ayrı planetlər” barəsində bu yarımçıq etirafın məni necə maraqlandırdığını təsəvvür eləyə bilməzsiniz. Mən daha çox bilməyə can atdım.

      ‒ Balaca, sən haradan gəlmisən? Sənin evin haradadır? Sən mənim quzumu hara aparmaq istəyirsən?

      O, xəyal içində bir müddət susub sonra dedi:

      ‒ Mənə yeşik verməkdə çox yaxşı iş gördün. Quzu gecələr orda yatacaq.

      ‒ Əlbəttə. Əgər sən ağıllı olsan, mən sənə ip verərəm, gündüzlər onu bağlayarsan. Çomaq da verərəm.

      Balaca şahzadə qaşqabağını tökdü:

      ‒ Bağlamaq? O nə üçün?

      ‒ Sən onu bağlamasan, baş götürüb gedər, azar.

      Bu zaman dostum yenə qəhqəhə çəkib güldü:

      ‒ O hara gedə bilər?

      ‒ Getməyə az yer var? Yolu qatıb qabağına hara gəldi gedər.

      Onda Balaca şahzadə ciddi dedi:

      ‒ Burası qorxulu deyil, mənim yerim çox balacadır.

      Sonra məyus-məyus əlavə elədi:

      ‒ Əgər düz getsə, çox uzaq gedə bilməz…

      IV

      Beləliklə, mən daha bir mühüm şeyi öyrəndim: onun doğma planeti vur-tut bir ev böyüklükdədir.

      Həm də bu məni bir elə heyrətləndirmədi. Mən bilirdim ki, Yer, Yupiter, Mars, Venera kimi böyük planetlərdən savayı, yüzlərlə başqaları da var; bunların içində elə xırdaları var ki, onları teleskopla da seçmək olmur. Astronom belə kiçik planetləri kəşf edəndə ona ad deyil, adicə nömrə verir, məsələn: 3251-ci asteroid.

      Balaca şahzadənin “V-612 asteroidi” planetindən gəldiyini ehtimal etməyə xeyli əsasım vardı. Bu asteroidi yalnız bir dəfə, 1909-cu ildə türk astronomu teleskopdan görmüşdü. Astronom o zaman öz gözəl kəşfi haqqında beynəlxalq astronomiya konqresində məlumat vermiş, ancaq heç kəs ona inanmamışdı, özü də ona görə ki, əynində türk libası vardı. Bu yaşlı camaat belədir.

      V-612 asteroidinin bəxtindən Türkiyə sultanı öz təbəələrini ölüm cəzası ilə qorxudaraq onlara Avropa paltarı geymək əmri verdi. Astronom öz kəşfi haqqında 1920-ci ildə yenidən məlumat verdi. Bu dəfə o, son moda ilə geyinmişdi, ona görə də hamı onunla razılaşdı.

      Mən ancaq yaşlılara görə V-612 asteroidi haqqında belə müfəssəl danışdım, hətta onun nömrəsini də bildirdim. Yaşlılar rəqəmi çox sevirlər. Onlara mənim təzə bir dostum barəsində danışanda heç vaxt əsas məsələ haqqında bir şey soruşmazlar. Heç vaxt deməzlər: “Onun səsi necədir? O hansı oyunları xoşlayır? O, kəpənək tuturmu?” Soruşarlar: “Neçə yaşı var? Çəkisi nə qədərdir? Atası nə qədər qazanır?” Bundan sonra elə bilərlər ki, adamı tanıdılar. Yaşlılara deyəndə ki, “Mən çəhrayı kərpicdən tikilmiş gözəl bir ev gördüm, pəncərələrində ətirşah, damında göyərçin vardı”, onlar heç vəchlə bu evi təsəvvürlərinə gətirə bilmirlər. Onlara demək lazımdır: “Mən yüz min franka başa gəlmiş bir ev gördüm”, bu zaman onlar heyrətlə çığırırlar: “Nə qiyamət evdir!”

      Əgər onlara desən ki: “Balaca şahzadənin varlığını sübut edən dəlillər bunlardır: o, çox, çox qəşəng idi, o gülürdü, istəyirdi quzusu olsun. Kim quzu istəyirsə, deməli, o, sözsüz, yaşayır”. Əgər belə desən, yenə onlar çiyinlərini atıb sənə fərasətsiz uşağa baxdıqları kimi baxacaqlar. Əgər onlara “O, V-612 asteroid planetindən gəlmişdi” desən, bu onları inandırar, sənin də yaxan sual-cavabdan qurtarar. Bu yaşlılar belə adamlardır. Onlardan inciməyə dəyməz. Uşaqlar böyüklərə güzəştə getməlidirlər.

      Ancaq biz, həyatın nə olduğunu başa düşən adamlar, əlbəttə, nömrələrə də, rəqəmlərə də gülürük! Mən bu povesti həvəslə sehrli nağıl kimi başlardım. Mən belə başlamaq istərdim:

      “Biri vardı, biri yoxdu, balaca bir şahzadə vardı. O özündən bir balaca iri olan planetdə yaşayırdı, dosta çox ehtiyac duyurdu…” Həyatın nə olduğunu başa düşənlər dərhal görərdilər ki, bunların hamısı həqiqətdir.

      Mən СКАЧАТЬ