Parçalanmış Türküstanı gəzərkən. Əli Şamil
Чтение книги онлайн.

Читать онлайн книгу Parçalanmış Türküstanı gəzərkən - Əli Şamil страница 7

Название: Parçalanmış Türküstanı gəzərkən

Автор: Əli Şamil

Издательство: Köhlən Nəşriyyatı

Жанр:

Серия:

isbn: 978-9952-8360-9-7

isbn:

СКАЧАТЬ Amma Antalyadakı otellər, xidmət hara, buradakılar hara?! Sovetlər Birliyi dağıldıqdan buradakı istirahət mərkəzləri, sanatoriyalar da baxımsız qalıb. Xarici ölkələrə gedib oradakı xidməti görən adamlar qiymətləri ucuz olsa belə, buraya gəlmək istəmirlər. Məcbur qalıb yeni, müasir tələblərə cavab verən binalar tikməyə başlayıblar. Xaricdən yatırımçılar, iş adamları dəvət ediblər. Beləcə Isık gölü sahillərindəki dincəlmə yerlərində, sanatoriyalarda bir canlanma yaranmağa başlayıb.

      Isık göl əfsanəsi

      Qırğızlar Isık gölü "Kırğızıstan bermeti (incisi)" adlandırır və müqəddəs sayırlar. Ruslar gələnə kimi qırğız, qazax, uyğur və başqa xalqlar burada çimmirmişlər. Xalq arasında Isık gölün müqəddəs olması haqqında əfsanələr dolaşır. Həmin əfsanələrin birində deyilir: "Bir zamanlar başı qarlı dağlarda su sonası kimi gözəl bir qız yaşayırmış. O, həm gözəl, həm də ağıllıymış. Dünyanın dörd bir yanından ona elçilər gəlirmiş. Günlərin bir günü Doğudan Ulan, Batıdan isə San Taş adlı iki oğlan qıza elçi gəlir. Görənlər, tanıyanlar bu oğlanların ağlına, bacarığına, igidliyinə heyran qalırlar. Qız onlardan birini o birindən seçə bilmir. Çıxış yolu tapa bilmədiyindən ağlamağa başlayır. Göz yaşları o qədər axır ki, dağların arasında göl yaranır. Qız özü isə göz yaşından yaranan göldə boğulur.

      Qızı sevən, ona qovuşmağa gələn oğlanlar bu xəbəri eşidib evlərinə dönürlər. Lakin qızın ölümündə günahı Ulan San Taşda, o isə Ulanda görür. Qızın ayrılığına tab gətirməyib onlar da yelə çevrilirlər. Hərdən aşiq olduqları qızın yaşadığı yerə gəlirlər. Onlar gölün üzərində qarşılaşanda tufan qopur, ətrafı qar-boran bürüyür. Qırğızlar həmin vaxtdan Doğudan əsən yelə Ulan, Batı küləyinə isə San Taş deyirlər.

      Çolpan Ata şəhərinin Ruh Orda-Ruh Mərkəzindən Isık gölün görünüşü. Soldan: Muxtar Kazımoğlu, Osman Baş, Əli Şamil

      Ümumdünya tufanından bəhs edənlərin bir çoxu Nuhun gəmisinin Ağrıdağda quruya çıxdığını yazır. Buna əsaslanıb Nuhun oğlu Yafesin də Ağrıdağ ətrafında dövlət qurduğu fikrini söyləyirlər. Rus alimi V.Bartold isə hicri 520-ci (miladi 1126-cı ilə aid olan) "Mucmil al-tavarix via al-kişaş" əsərini nəşrə hazırlayarkən ona yazdığı izahlarda qeyd edir ki, Isık göl kənarında bir dağ var… Türk (Yafesin oğlu) orada yaşadı… Bir gecə dağın başında bir od gördü… O dağa Anduk Art adını verdi…

      Isık gölün gizlinləri

      Gölün suyu az duzlu olsa da, olduqca təmiz və şəffafdır. Mütəxəssislər deyirlər ki, gölün 60 metr dərinliyində üzən balığı görmək olur.

      Xəzər dənizi neçə ildən bir gah qabarıb sahillərini su altında qoyub, gah da geri çəkildiyi kimi, Isık gölündə də belə qabarma və çəkilmələr olub. Amma Xəzərlə Isık gölün eyni vaxtdamı, yoxsa fərqli zamanlardamı qabarıb çəkildiyi haqqında bilgimiz yoxdur. Arxeoloqlar Isık gölün sularının 5-10 metr dərinliyində 2500 il öncələrin tikinti qalıqlarını aşkara çıxarmışlar. Günümüzədək gəlib çatmış sualtı tikililər burada böyük və zəngin bir şəhər olduğunu göstərir.

      Su altındakı 500 metr uzunluğundakı divar qalıqlarının çevrəsindən arxeoloqlar çoxlu ox ucları, pullar, qulplu bürünc qablar, xəncərlər, baltalar və başqa əşyalar tapmışlar. Onlar Əmir Teymurun bir zaman Isık gölün sahilində olan sarayının qalıqlarını da su altında tapdıqlarını yazırlar.

      Ornekdən Almatıya gedən yol

      Ornek qəsəbəsini keçəndə TİKA-nın Qırğızıstan ofisinin əməkdaşı Ağılbay sağa – dağlara doğru ayrılan asfalt yolu göstərərək: "Bu yol düz Qırğızıstan sərhəddinə kimi gedir. Dağlara dirənib durur. Oradan 5–6 kilometrlik bir tunel vurulsa, Almatıya maşınla 35–40 dəqiqəyə getmək olar. Yayda adamlar atla, dəvə ilə dağları aşıb Almatıya gedirmişlər. Elə ki payız gəldi, qar yağdı, may ayına kimi o yolla getmək mümkün olmur.

      Ornek qəsəbəsindən Çolpon-Ata şəhərinə o qədər də uzaq deyil. 15–20 dəqiqə sonra vilayətin ikinci inkişaf etmiş şəhərinə çatırıq. Bişkekdən buraya 240 kilometrdir. Gedəcəyimiz Karakol şəhərinə isə 135 kilometr qalır. Burada fasilə verəcək, yeyib-içəcək, açıq havadakı muzeylə tanış olacaq, sonra yolumuzu davam etdirəcəyik.

      Çolpon-Ata şəhəri qoyunçuluq əyəsi – mələyi, yəni qoyun sürülərinin qoruyucusunun adını daşıyır. Biz çoban deyirik və çobanın əski inanclarımızda qoyunçuluq əyəsi – mələyi olduğunu da çoxdan unutmuşuq. Türküstanda, hətta Türkiyədə də bu günün özündə göydəki ən işıqlı ulduzlardan birinə – bizim Zöhrə, Dan ulduzu kimi tanıdığımız ulduza Çolpon ulduzu deyirlər.

      Ruh Orda muzey kompleksində

      Sovetlər birliyi zamanında Çolpon-Ata ölkənin turizm mərkəzlərindən sayılırdı. Isık gölünün sahillərindəki istirahət yerlərinin çoxluğunu nəzərə alıb buranı SSRİ-nin Antalyası da adlandırıblar.

      Şəhərin göllə birləşdiyi yerdə kiçik bir körfəz var. Onun sahillərini abadlaşdırıblar. Körfəzdə kiçik qayıq və katerlər var ki, buraya gələn turistləri gəzdirsin.

      Sahildə Çingiz Aytmatovun xatirəsinə yığcam və çoxçalarlı bir açıq muzey düzəldiblər. Bu muzey Ruh Orda-Ruh Mərkəzi adlanır. Burada, demək olar ki, hər şey Çingiz Aytmatovun adı ilə bağlıdır. Çəmənliklərə onun əsərlərinə həsr edilmiş heykəllər qoyulub.

      Tanrıçılıq inancı məbədi

      Tez-tez yazıçının əsərləri əsasında hazırlanmış heykəllərin müsabiqəsi keçirilir. Müsabiqədə bəyənilən heykəlləri burada görmək olar. Yazıçının "Cəmilə"dən başlamış, "Ana tarla", "Əlvida, Gülsarı", "Dəniz kənarı ilə qaçan alabaş", "Əsrə bərabər gün", "Cəllad kötüyü" və başqa əsərlərindən ayrı-ayrı parçalar burada heykəlləşib.

      Qırğız xalqının inanc tarixini əks etdirməyi də unutmayıblar. Burada kiçik ölçülü də olsa, məscid də var, kilsə də, sinaqoq da, budda və tanrıçılıq məbədləri də. Amma məscidə girsən, arxasında namaz qılacağın pişnamaz (imam) görməyəcəksən, kilsəyə girsən, günahlarının bağışlanmasını Allahdan rica edəcək keşiş yoxdur. Tanrıçılıq məbədində isə şaman yoxdur ki, ondan sənin taleyindən xəbər verməyi, müalicə etməyi xahiş edəsən, Budda məbədində də rahib yoxdur. Yəni hamısının içi boşdur.

      Burada çoxlu müxtəlif ölçülü heykəllər də var. Onların arasında Viktor Hüqonun da, ABŞ prezidenti T.Ceffersonun da, A.Nobelin də, Aristotelin də, Buddanın və başqalarının da heykəlləri var. Hamısı oturmuş haldadır. Yeganə ayaq üstə Mustafa Kamal Atatürkün heykəlidir. Necə deyərlər, СКАЧАТЬ