Yüreğimdeki Sensin. Ebülfet Medetoğlu
Чтение книги онлайн.

Читать онлайн книгу Yüreğimdeki Sensin - Ebülfet Medetoğlu страница 16

Название: Yüreğimdeki Sensin

Автор: Ebülfet Medetoğlu

Издательство: Elips Kitap

Жанр:

Серия:

isbn: 978-625-6853-56-0

isbn:

СКАЧАТЬ nəyi geriyə qaytara

Bilməyəcəksən -

Bizim

Nisgilimizdən598

Savayı599.

NEYNİRӘM 600

Dərdimin adı bəlli,

Adsız dərdi neynirəm

Dərddən olsam da dəli -

Dadsız dərdi neynirəm.

Dərd yandırıb yaxmasa

Gen601 çəkilib baxmasa

Yeddi qata çıxmasa -

Qatsız dərdi neynirəm.

Qarda çiçək açmasa,

Hər havada uçmasa

Yaddaşlardan602 qaçmasa-

Yadsız603 dərdi neynirəm.

DÖZӘBİLӘCӘKSӘN Mİ?

Bu bir dəli sevdadı

Gülüş604 doğura bilər

Ürəyi kündə-kündə-605

Kəsib yoğura bilər-

Dözə biləcəksənmi?606

Bu bir ulu şamanlıq,

Xoş gəlməyə də bilər

Könlümüzə yamanlıq-

Həsrətdən ancaq gələr -

Dözə biləcəksənmi?

Bu bir dərvişlik, ya da

Ruha, işığa dönmək

Burda yanmaq-yaşamaq

Yanmamaq isə – ölmək -

Dözə biləcəksənmi?..

İLAHİ

İlahi, sən bu eşqə

Göz dağı göstərmə gəl!

Sənlə mənim aramda -

Bir ətəkdi, iki əl!607

İlahi, bu anımda

Ürəyimdə, qanımda

Nolar, sən ol yanımda -

Özün boyda608 qalx609, dikəl!

İlahi, yalvarışdan

Xəbərdarsan halımdan

Yolumu sal barışdan610 -

Bizə vurmasınlar pəl!611

SİNӘNDӘ

Dar bir köynək612 geymisən,

Nar sıxılır sinəndə

Nəsə613 tilsim etmisən

Bar614 sıxılır sinəndə.

Hər günüm il sayılıb

İndi bəxtim ayılıb615

Gözlərimdən yayınıb616 -

Qar sıxılır sinəndə.

Könlümü alıbda get,

Sevgimi nur, gülab617 et!

Gülüm, gəl etiraf et -

Yar sıxılır sinəndə.

Yerdə yerim qalmayıb

Göy üzü, aç qapını

Yaman618 düyün salmışam619 -

Dərdlərimin sapını620

Dərdlərim xəstə, qısır621

Ümidim əlin qısır622

Allahım baxıb, susur -

Üzə-üzə canımı…

Səndən özgə gözümdə

Ürəyimdə, sözümdə

Yox bir kimsə – özüm də

Halal etdim qanımı.

ÜRӘYİM

Ürəyim gör necə çırpınır, gülüm

Ürəyim heç məndən fikir soruşmur

Конец ознакомительного фрагмента.

Текст предоставлен ООО «Литрес».

Прочитайте эту книгу целиком, купив полную легальную версию на Литрес.

Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.

1

Koparmış

2

Anlayayım

3

Parçalansın

4

Bana uyma

5

Alevlenen

6

СКАЧАТЬ

598

Ukdemizden

599

Başka

600

Neyime gerek

601

Uzağa, kenara

602

Hafızalardan

603

Hafızasız, belleksiz

604

Mizah

605

Topak topak

606

Katlanabilecek misin?

607

Burada Tanrı’ya yalvarışa işaret ediliyor

608

Büyüklükte

609

Kalk, yüksel

610

Yolumu barışa doğru döndür

611

Engel olmasınlar

612

Gömlek

613

Galiba

614

Meyve

615

Uyanmış

616

Kaçmış

617

Gül suyu

618

Müthiş

619

Düğümlemişim

620

İpliğini

621

Kısır

622

Kısıyor