Название: Yüreğimdeki Sensin
Автор: Ebülfet Medetoğlu
Издательство: Elips Kitap
isbn: 978-625-6853-56-0
isbn:
Mələklərin dilində
Ürəyimin əlindən
Göy üzünə çıxacaq
Qürrələnir563, öyünür
O qəlbimdi döyünür
Sevgim onu yıxacaq…
Canı dildən sevir ki,
Könlüm, mənə deyir ki,
Tək qollarım deyil ki -
Ruhum onu sıxacaq!
Ayın ilk günüdü, sübhün gözündə
Hələ ki, şeh566 yatıb, günəş durmayıb567
Ayın ilk günündə – bu yer üzündə -
Sanki ötən570 ayda, gündə qalmışam
Dövrəmdə xatirə, canımda ağrı…
Mən nələr vermişəm, nələr almışam -
Açmaq asan deyil – sirri, paxırı571.
Qərib düşüncələr,
Yorğun duyğular
Ayın ilk günündə, ilk sübh572 çağında.
Mənim həmdəmimdi573 -
Soruşmaq olar574 -
Bəs sənlə kim qalıb -
İndi575 yanında?
Hərdən576
Üzüquylu577 düşüb
Ölümümü
Ağlamaq istəyirəm -
Nə vaxt gələcəyini
Bilməsəm də…
Hərdən
Əllərimi uzadıb
Tanrımın
Gözlərini
Bağlamaq
İstəyirəm -
Mənim necə578
Ağladığımı
Gördüyünü
Bilsəm də…
Sənin üçün mən kiməm ki? – bu sirri
Aça bilsəm,
Qorxum olmaz ölümdən.
Başqasına kimliyimin nə fərqi -
Xoş arzular şirə çəkir579 könlümdən.
Həyatımın ən birinci sualı
Cavabına ömrümü də verirəm
Düşünmədən-görəcəyim hər halı -
Mən yaşayan bu ömrün yazı582 yox
Qışı gəlir payızının583 önündə
Bircə söz de – biləcəyəm azı çox
De, mən kiməm – talehində, könlündə?
Gör ürək
Məni hara çəkdi
Nəyə qoşdu
Hansı məqama gətirdi.
Belə olacağını
Bəlkə də
O özü də bilmirdi…
Odur ki584,
Bu yerdə
Bu sevgidə,
Bu məqamda -
Gözü görə-görə
Özünü də itirdi585
ÜRӘK…
Sən tapa bilmədinsə
Buna neynəsin fələk -
Ay mələk!
AĞLA
Gözlərin dolubdu qan çanağı tək,
Məni ağlayırsan – üzümə586 ağla
Sıxıb kirpiyini gül yarpağı tək
Gözünün acısın gözümə ağla…
Ovudub587 içimdə üzüntüləri,
Ruhumu sarsıdan giziltiləri588
Yuxulu589, xəyali gəzintiləri -
Sayıb bircə-bircə üzümə ağla.
Demə daş parçası – quru ağacam
Tapdanmış590 ümidəm ya591 ehtiyacam592
Sənin ürəyinə, sevginə acam -
Baxıb sən məndəki dözümə593, ağla.
Canımda can sənsən-canına qurban
Qanımla düz gələn qanına qurban
Mənimlə bir594 keçən anına qurban -
Baş qoyub sinəmə, dizimə ağla…
Unutdun məni
Unutduğun
Yuxu kimi…
Unutdun məni
Unutduqlarının
Çoxu kimi…
Unutdun ki-
Yadında595 saxlamaqla
Xatırlayıb ağlamaqla
Xatirə danışmaqla
Heç nəyə
Sahib СКАЧАТЬ
563
Kibirleniyor, gururlanıyor
564
Boşuna
565
Şikâyetleniyor
566
Çiy
567
Uyanmamış
568
Çalınmamış
569
Telefon edilmemiş
570
Geçen
571
Pası
572
Sabah, seher
573
Sırdaşımdır
574
Mümkün
575
Şimdi
576
Bazen
577
Yüzüstü
578
Nasıl
579
İstediğini alıyor
580
Çok büyük ıstırap çekerek, zulüm çekerek
581
Koparırım, alırım
582
İlkbaharı
583
Sonbaharının
584
Bu sebeple
585
Kaybetti
586
Karşımda
587
Avutup
588
Sızıltıları
589
Uykulu
590
Çiğnenmiş
591
Veya
592
Arzuyum
593
Tahammüle, sabra
594
Birlikte
595
Aklında