Название: Məktəbə dəvət
Автор: Рашид-бек Исмаил оглы Эфендиев
Издательство: TEAS PRESS
isbn: 978-9952-311-23-5
isbn:
Nələr gördüm, nələr gördüm, nələr gördüm,
nələr gördüm.
Hərə bir növ almış yanın sağmal inəklər tək,
Çıxardar şirəsin, qoymazlar balın pətəklər tək,
İşə məcbur edər, yüklər onu haşa eşşəklər tək,
Bu məzlumun asarlar başına noxta həpəndlər70 tək. Güruhi71-müftəxor zəhmətkeş qanın əmər gördüm,
Nələr gördüm, nələr gördüm, nələr gördüm,
nələr gördüm.
Xəyal etdim ki, getdikcə maarif intişar72 eylər,
Xəlayiq73 əl çəkər səmti-cəhalətdən, fərar74 eylər,
Məktəbin rövnəqinə75 pullular nəqdi-nisar76 eylər,
Bunun əksin görən düşmən bu halə iftixar eylər.
İli ildən, ayı aydan, günü gündən betər gördüm,
Nələr gördüm, nələr gördüm, nələr gördüm,
nələr gördüm.
Yazıb qoydum neçə asar mən səhnei-tamaşaya,
Sataşdım cümlə əfradi-kübara77, ərşi-əlaya78,
Ərə, arvada, əsnafa79, bəyə, məmura, mollaya,
Nə gördümsə, alıb əksin, həqiqət çıxdı ortaya.
Tamaşaçıları bizövq gördüm, bixəbər gördüm,
Nələr gördüm, nələr gördüm, nələr gördüm,
nələr gördüm.
MİRZƏ FƏTƏLİ AXUNDZADƏYƏ XİTAB
Qiyam et, gözlərin aç, bax, bu əsri axtaran Mirzə!
Səni təqdir edir, təzim edir el, kamıran80 Mirzə!
Cahan, hər yerdə tamaşgahın idi bir zaman, Mirzə!
Onun rəssamı idin, toxmi saçdın ələman, Mirzə!
Di gəl məhsulunu dər, baği-elmə, bağiban Mirzə!
Tanırmı əsri-mənhus səni, ey dahiyi-dövran,
Gözü, fikri, dili bağlı, qolu bağlı olan insan?
Təhəmmül etmədin, bar-bar bağırdın göstərib nöqsan,
Sənin yazdıqlarından istifadə etmədi insan.
Keçib indi o dövran, gəldi bambaşqa zaman, Mirzə!
Yaratdın türk üçün türkün həyatın göstərən səhnə,
Onu sadə oyuncaq məclisi sandı yetən səhnə,
Tamaşaçıları güldürdü ancaq mən görən səhnə,
Bu əsrə dərsi-qeyrət, dərsi-ibrət verən səhnə.
Vücudun güzgü tək hər kəs görür onda, inan, Mirzə!
Sənin asari-əşarın çıxıb dünyaya nəşr oldu,
Gözəl simasan, eşqin zövq ilə qəlbimizə doldu,
Vücudun heykəli el qarşısında izzətin oldu,
Təərrüz81 daşlarından söylə, ey dahi, sənə noldu?
Diz üstə çökdü istedadına əhli-cəhan, Mirzə!
Bütün Şərq aləmini çulğamışdı fikri, namusun,
Minillik yuxudan qaldırmaq idi eli məqsudun,
Səni qurşaq kimi sarmışdı cəlladınla cəsusun,
Gəlib bir öylə dövran, onlar olmuş indi kabusun.
Fəxarət eylə, ey sahibqələm, sahibzəban82 Mirzə!
Mənim tək şaki oldun, əsri-cəhlin zülmətin gördün,
Əsarət çulğamış Şərqin halını, hikmətin gördün,
Əməkçi kütləsinin zülm içində zillətin gördün,
Yaxıldın, yandın atəş tək, sən ancaq töhmətin gördün.
Ucal indi ucaldıqca, gəl al namü nişan, Mirzə!
BAHAR
Bahar odu dağı-daşı qızardıb,
Qıpqırmızı qızılgüllər açıldı.
Çəmən yaşıllaşıb hər tərəfdə
Bənövşələr, qərənfillər açıldı.
Sarmaşıqlar sarı gülə sarmaşıb,
Boğaz çəkib çox sünbüllər açıldı.
Yaşıllaşdı çəmənliklər, çayırlar,
Dağdan-daşdan aşıb, sellər açıldı.
Dərya kimi ağacların yarpağı
Ləpələndi, güclü yellər açıldı.
Gözəl-gözəl quşlar hərə bir cürə
Cəh-cəh vurdu, şirin dillər açıldı.
BAHARIN TƏRİFİ
Qış çıxıb, Novruz olub, bir görək, ayə, nə gəlir,
Yaz olur, fəsli-bahar əyyamı meydanə gəlir.
Enir ol vəqt havaya, suya və torpağa hava,
Ot, ağac dirçələnir, hər birisi canə gəlir.
Qaynayır körpə yaşıl ot, basır hər bir tərəfi,
Göy çəmən xeyli gözəl bağ ilə bostana gəlir.
Ağacın düymələri zoğluyuban yarpaq açır,
Sonra əlvan çiçəyi gör nə zərifanə gəlir.
Toxmacarlar83 açılandan sonra qurdlar dirilir,
Küm84 tutan kümçülərin işləri tüğyanə gəlir.
Sular artır, sel axır, çay daşıb ətrafı basır,
Hər yana ağzı düşərsə, ora cövlana gəlir.
Zəmiçi öz zəmisin bağlayır, ondan sonra
Dən tutur, hər taxılın sünbülünə danə gəlir.
İsti yerlərdən uçub hər yerə quşlar yayılır,
Oxuyub nəğmələnir, hər biri əfğanə gəlir.
Al-əlvan СКАЧАТЬ
70
Həpənd – axmaq, başıboş, gic
71
Güruh – camaat, izdiham
72
İntişar – artma, yayılma
73
Xəlayiq (xəlaiq) – xalq, camaat
74
Fərar – qaçmaq, uzaqlaşmaq
75
Rövnəq – parlaqlıq, gözəllik
76
Nəqdi-nisar – pul tökmək, xərc çəkmək
77
Əfradi-kübar – kübar insanlar, dövlətlilər
78
Ərşi-əla – yüksək təbəqəyə məxsus olanlar
79
Əsnaf – sənətkar
80
Kamıran (kamran) – kam alan, xoşbəxt, qüdrətli
81
Təərrüz – hücum etmək, sataşmaq, təcavüz etmək
82
Sahibzəban – gözəl nitqi olan
83
Toxmacar – çoxillik bitkilərin toxumlarından alınan cavan bitki şitili
84
Küm – barama, baramaqurdu