Məktəbə dəvət. Рашид-бек Исмаил оглы Эфендиев
Чтение книги онлайн.

Читать онлайн книгу Məktəbə dəvət - Рашид-бек Исмаил оглы Эфендиев страница 2

Название: Məktəbə dəvət

Автор: Рашид-бек Исмаил оглы Эфендиев

Издательство: TEAS PRESS

Жанр:

Серия:

isbn: 978-9952-311-23-5

isbn:

СКАЧАТЬ ağrısı” pyeslərini yazmışdır. Dramaturqun “Qan ocağı” pyesində cəhalətin yaratdığı eybəcərliklər gülüş hədəfidir. “Bir saç telinin qiyməti”ndə isə kasıb ailənin məhrumiyyətləri, namuslu Şəfiqənin cəmiyyətin eybəcərliklərinə qarşı qoyulması komik deyil, dramatikdir. “Saqqalın kəraməti”, “Tiflis səfərləri” isə vodevil janrında yazılmışdır.

“Məktəbə dəvət” kitabında dramaturqun dövrün reallıqlarını, ictimai həyatın eybəcərliklərini göstərən, xalqı inkişafdan, tərəqqidən geridə qoyan köhnə adət-ənənələrdən ayırmaq istəyinin əksi olan “Qan ocağı”, “Saqqalın kəraməti”, “Bir saç telinin qiyməti”, “Tiflis səfərləri” pyesləri yer almışdır.

XX əsr Azərbaycan ədəbiyyatı tarixində uşaqlar üçün yazılan, onlarda mənəvi-əxlaqi keyfiyyətlər aşılayan, dünyagörüşlərinin, estetik zövqlərinin formalaşmasına təsir göstərən, gənc nəslə vətənpərvərlik, doğruluq, düzgünlük kimi gözəl insani sifətlər təlqin edən, ictimai həyatın eybəcərliklərini, insan psixologiyasını səciyyələndirməklə uşaqların düzgün tərbiyə olunmasına təsir göstərmək baxımından Rəşid bəy Əfəndizadə irsi bu gün də öz aktuallığını itirmir və əhəmiyyətli, dəyərli əsərlər olaraq yaşayır.

Günay Qarayevafilologiya üzrə fəlsəfə doktoru, dosent

Şeirlər

MƏKTƏBƏ DƏVƏT

Məktəbin vaxtıdır, əzizim, dur ayağa, ey oğul!

Gün çıxıb pəncərədən düşdü otağa, ey oğul!

Çox zamandır ki, xoruzlar oyadıbdır xalqı,

Paltarını əyninə gey, çəkməni ayağa, ey oğul!

Quş ola, heyvan ola, insan ola, zərərdir,

Kəsbdən qeyri qədəm qoysa qırağa, ey oğul!

Yük çəkir hər cücü öz rizqini5, hər arı özün

Vuracaq baldan ötrü daşa, budağa, ey oğul!

Kəsbidir, gərçi tutur torçu balıq dəryadan,

Kəndçinin meyli olur bostana-bağa, ey oğul!

Fikir eylə indi, oğul, elm sənin kəsbindir.

Sən də get məktəbə, elmə, dur ayağa, ey oğul!

ELMİN ŞƏRAFƏTİ

Ey yaşı kiçik uşaqlar!

Ey elmə tərəf rəvan uşaqlar!

Elmin səməri6 şirindir, oğlum,

Öyrənməyin şərti səydir, oğlum.

Cahillər üçün çətindir, oğlum,

Cəhlin7 quyusu dərindir, oğlum.

Qaçın o quyudan, aman, uşaqlar!

Halınız olar çox yaman, uşaqlar!

Get elm dalınca, eylə təhsil,

Durma, nöqsanını eylə təkmil,

Döz zəhməti-elmə bir neçə il,

Kəsbi8-şərəf eylə, qədrini bil.

Olun elmə mehriban, uşaqlar!

Gül ilə can nisar9, uşaqlar!

Ölsə də alim, hər an diridir,

Cahil sağ olsa da, daim ölüdür,

Bu hikmətə eylə yaxşı diqqət,

Sən, oğlum, eylə həyata qeyrət.

Qeyrət dəmidir, aman, uşaqlar!

Hər zəhmətə döz, dayan, uşaqlar!

Çalış hər üluma10 ol xəbərdar,

Dur, hikmət əhlini get axtar,

Dünyada qəribə gör nələr var,

İnsanı ülum yaxşı saxlar.

Qalmaqdan avam utan, uşaqlar!

Elmin şərəfini qan, uşaqlar!

MƏKTƏB NƏĞMƏSİ

Məktəb sənə nicat11 yolun göstərər,

Həyat yolun, məmat12 yolun göstərər.

Məktəb sənə qanmadığını qandırar,

Cəhalətin cəbhəsini yandırar.

Hürriyyətə13 fürsət yolun göstərər,

İstibdada14 lənət yolun göstərər,

Bu dünyanın cənnət yolun göstərər,

Elm nuru qəlbin işıqlandırar.

Xəyal eylə, yaxşı yanaş məktəbə,

Bu yol səni tez çatdırar mətləbə.

Məktəb sənin gözün işıqlandırar,

Şərri pozub, xeyrin hökmünü yazar.

Həvəs və inamla getsən məktəbə,

Yetişərsən elmə və mərifətə.

Məktəb xalqa irşad15 yolun göstərər,

İnsan tək yaşamaq yolun göstərər.

Qanad verər uçub da ucalmağa,

Məcbur edər zalımları qaçmağa.

Cəhalətin firqəsini at, gözüm,

Çalış ali dərəcəyə çat, gözüm!

Elm, ürfan16 tanıdacaq özünü,

Qandıracaq sənə hər bir sözünü.

Məktəb açar bəsirətin gözünü

Təbiətin hikmət yolun göstərər.

Qarşıda açdırar səadətin yolun,

Çəkiclə zindana qüvvətli qolun

İşlətməyin üsulunu göstərər.

Şaki17 verib maarifə fikrini,

Sair şeyə sərf eyləməz zikrini,

Əhli-vicdan edər bunun şükrünü,

Avamlara nicat yolun göstərər.

VƏTƏN MƏHƏBBƏTİ

Məhəbbət eyləmək hər yurd üçün bir sirri-hikmətdir,

Vətən viranə olsa da, məsəldir, məhz cənnətdir.

Havası can verir cana, СКАЧАТЬ

5

Rizq – yemək

6

Səmər – xeyir, mənfəət, nəticə, hasil

7

Cəhl – avamlıq

8

Kəsb – qazanc əldə etmək

9

Nisar – səpmə, tökmə, şabaş saçan, qurban

10

Ülum – elmlər

11

Nicat – qurtulma, xilas olma, salamat qalma

12

Məmat – ölüm

13

Hürriyyət – azadlıq

14

İstibdad – zülm

15

İrşad – rəhbər, istiqamət

16

Ürfan – bilik, kamal, maarif

17

Şaki – şikayətçi