Tıq-tıq xanım. Abdulla Şaiq
Чтение книги онлайн.

Читать онлайн книгу Tıq-tıq xanım - Abdulla Şaiq страница 8

Название: Tıq-tıq xanım

Автор: Abdulla Şaiq

Издательство: TEAS PRESS

Жанр:

Серия:

isbn: 978-9952-311-26-6

isbn:

СКАЧАТЬ köksümdə qəlbim oynardı;

      Çünki coşqun məhəbbətim vardı.

      Mənə quşlardı yazda əyləncə;

      Bir divarda iki anaş sərçə

      Yuva tikmiş, yorulmadan şən-şən

      Çalışır; mən də qoymuram gözdən…

      Quşlar artıq murada çatmış idi,

      Bir kiçik ailə yaratmış idi.

      Hər biri odlu şimşəyə dönərək,

      Daşıyırlardı: tut, çəyirtkə, böcək.

      Cik-cik etdikcə o şirin balalar

      Verilirdi mənə bu dünyalar.

      Qəlbimi ovlamışdı cik-ciklər,

      Ürəyimdən keçirdi, ah, nələr!

      Məni məşğul edən bu quşlardı,

      Səsi gəldikdə qəlbim oynardı.

      Ürəyimdə oyandı bir şölə,

      İstədim onları keçirmək ələ.

      Divara nərdivan uzatdım mən,

      Quşları tez götürmək istərkən

      Üzümə dəydi bir alovlu qanad,

      Ata cik-cik edir, ana fəryad.

      Həm də dimdikləyib vururdu məni,

      Qoruyurdu balasını, Vətəni.

      Heyrət etdim quşun cəsarətinə,

      Həm bala, həm Vətən məhəbbətinə.

      Alnımı basdı atəşin bir tər,

      Ürəyimdən keçirdi, ah, nələr!

      Döyünürdü o saf, kiçik ürəyim,

      Qurumuşdu ağac kimi biləyim.

      Bala eşqiylə çırpınan o ürək

      Məni titrədirdi incə yarpaqtək.

      Nərdivandan həmən yerə endim,

      Öz işimdən özüm də iyrəndim.

      VƏTƏN

      Sən ey gözəl Vətənim,

      Yurdum, yuvamsan mənim.

      Səndə xoş ömür sürür

      Sevilənim, sevənim.

      Sənsən yanan çırağım,

      Yurdum, yuvam, ocağım,

      Havam, suyum, torpağım,

      Bağım, tarlam, çəmənim.

      Səni duymaz hər yetən,

      Eşqin çıxmaz könüldən.

      Böyük anam sənsən, sən!

      Varlığımsan sən mənim.

      Sənindir çarpan ürək,

      Səndən doğar hər dilək,

      Nə gözəlsən, nə göyçək,

      Sən ey ana Vətənim!

      BAHAR BAYRAMI

      Ey səməni, saxla məni,

      Hər il göyərdərəm səni.

      Ayaq basdın ölkəmizə,

      Bol-bol şənlik gətir bizə.

      Çatır-çatır yansın ocaq,

      Şadlıq etsin oğul-uşaq.

      Sünbül saçlı tarla, əkin

      Parıldasın qızıl təkin.

      Bağlar bəzək vursun yenə,

      Quşlar məclis qursun yenə.

      Budaqlarda axşam, səhər

      Şəfəq saçsın şux meyvələr.

      Sevincimiz başdan aşsın,

      Bahar, günəş qucaqlaşsın.

      ZƏFƏR NƏĞMƏSİ

      Sevin, sevin, ana Vətən!

      Təslim oldu zalım düşmən.

      Zəfər ilə döndü ordu,

      Artıq oldun şəndən də şən.

      Xoşbəxt elin coşur, daşır,

      Nümayişlərdə qaynaşır.

      Hər bucaqda toy, bayramdır,

      Şənlik, sevinc başdan aşır.

      Sən bu xalqın sevincisən,

      Gözəllikdə birincisən,

      Təbiətin saf qoynunda,

      Ən dəyərli bir incisən.

      Sevin, sevin, ana Vətən,

      Artıq oldun şəndən də şən!

      QIŞIN NƏĞMƏSİ

      Saqqalı ağ, saçı ağ,

      Əlində zorba çomaq

      Gəldi qocalmış baba,

      Şaxta baba, qış baba.

      Gurladı boğnuq səsi,

      Uğuldadı nəğməsi:

      “Ay uşaqlar, mən qışam,

      Burda mənzil salmışam.

      Mən gələndə yağar qar,

      Onu sevər uşaqlar.

      Qardan adam yaparaq,

      Oynarlar qar-topalaq.

      Soyuq qış axşamında

      İsti ocaq başında

      Nağıl deyir nənələr,

      Qulaq asır nəvələr”.

      Çöldə ayaz, boran, qar,

      Qışın da bir zövqü var…

      BAHAR

      Uğur olsun, gözəl bahar!

      Səni ellər çox arzular.

      Ayaq basdın ölkəmizə,

      Şənlik, sağlıq gətir bizə.

      Qoy sel kimi yağsın yağış,

      İnəyini sağsın yağış.

      Sellər axsın, çaylar daşsın,

      Sevincimiz başdan aşsın.

      Çatır-çatır yansın ocaq,

      Qoy şənlənsin oğul, uşaq.

      Çöllər, sünbül saçlı əkin

      Parıldasın qızıl təkin.

      Dağlar bəzək vursun yenə,

      Quşlar məclis qursun yenə.

      Dağda, bağda axşam, səhər,

      Ətir saçsın bənövşələr.

      Həvəs, maraq gəlsin bizə,

      Çalışaq öz dərsimizə.

      İDMAN NƏĞMƏSİ

      Biz gənclər, biz məktəblilər

      Hər işdə göstərək hünər.

      İdman edək səhər, axşam,

      Vücudumuz СКАЧАТЬ