Название: Məktəb şagirdlərinə tohfə
Автор: Mirzə Ələkbər Sabir
Издательство: TEAS PRESS
isbn: 978-9952-311-20-4
isbn:
UŞAQ VƏ PUL
Küçədən bir çocuq yüyürdü evə,
Bir bumajnik bulub dedi bu nevə:
“Ana, gəl, gəl ki, dövlətə çatdıq,
Pullu olduq, səadətə çatdıq!”
Dedi xatun ki: “Söylə, ey fərzənd92,
Noldu kim, olduq indi dövlətmənd93?
Görəyim, ver, nədir, nədir bu, oğul?”
Dedi: “Buldum bunu içi dolu pul;
Yol gedən bir qoca kişi nagah
Düşürüb keçdi, olmadı agah.
Görmədən kimsə mən qoşub aldım,
Tez qaçıb kəndimi evə saldım”.
Anası oğlunun cinayətini
Görərək zahir etdi nifrətini;
Dedi: “Oğlum, nə sərd94 imiş qanın
Ki, buna razı oldu vicdanın?
Tifli-məsum95 ikən günah etdin,
Kəndi vicdanını təbah etdin96.
Niyə verdin fənayə doğruluğu,
İrtikab97 eylədin bu oğruluğu?
Hiç zənn etməm, özgənin mali
Bizi zəngin qılıb, edə ali.
Yox, yox, oğlum, inan ki, xar98 oluruz!
Ərzəli99-əhli-ruzigar oluruz!
Xain olsaq əgər bu dünyadə,
İrzü100 namusumuz gedər badə;
Gözümüz müntəhayi101-zillətdən
Baxamaz kimsəyə xəcalətdən;
Gərçi pul çox fərəhfəzadır102, oğul,
Leyk namus pək103 bəhadır, oğul!”
İSKƏNDƏR104 VƏ FƏQİR
Gün önündə bir acizü müztər105
Yol kənarında tutmuş idi məqərr106.
Ona bir çox milçək daraşmış idi,
Yazığın haləti qarışmış idi.
Əzəmətlə keçərkən İskəndər
Onu görcək tərəhhüm107 etdi məgər:
“Ey fəqir, ehtiyacını göstər,
İstə məndən nə xatirin istər!
Dərdini söylə ta dəva edəyim,
Nə isə hacətin108 rəva edəyim!”
“– Padşahim, sənə rica edərim:
Bu milçəklərdən iştika109 edərim;
Hökm qıl, ta uçub da getsinlər,
Məni bir ləhzə110 rahət etsinlər”.
“– Pah, adam, hacət istə də bari
Ki, ona hökmümüz ola cari.
Əbəda yox bu işdə imkanım,
Deyil onlar mütiyi-fərmanım”.
“Padşahim, bu əczin111 ilə əcəb
Mənə dersən ki, hacət eylə tələb?
Halbuki çox nəhifdir112 bunlar,
Hər sinifdən zəifdir bunlar.
Yox ikən səndə bir ufaq qüdrət,
Mən nasıl səndən istəyim hacət?”
Ey oğul, hacəti xudayə dilə,
Dərdini zati-kibriyayə113 dilə.
Cümlənin dərdinin dəvası odur,
Acizin, qadirin xudası odur.
AZARLI KƏNDÇİ
Xəstə olmuşdu bir nəfər dehqan114,
Gecə-gündüz edirdi ahü fəğan.
Gəldi həmsayəsi115 əyadətinə,
Qonşuluq həqqinin rəayətinə;
Dedi: “Həmsayə, var nəyə meylin,
Nə yeyərsən, nə istəyir könlin?”
Dedi: “Əzbəs116 ki, halətim yoxdur,
Yeməyə hiç rəğbətim yoxdur”.
Dedi: “Meylin olurmu aluyə117,
Təmi meyxoş, qızıl gəvaluyə?”
Dedi dehqan: “Əcəb, əcəb, yeyərəm,
Sənə min dəfə “çox sağ ol” deyərəm”.
Dedi: “Qışdır, hənuz, həmsayə,
Meyvə fəsli deyil, dayan yayə”.
Dedi dehqan: “Nəinki yayə qədər,
Bəlkə, sağ qalmaram bir ayə qədər.
Məni tezdən əcəl təri bürüyər,
Yay olunca sümüklərim çürüyər”.
İşbu təmsilə məzhəriz118 biz də,
Xəstə dehqanə bənzəriz biz də;
Əğniya119 görcək ehtiyacımızı
Göstərir СКАЧАТЬ
92
Fərzənd – uşaq, övlad, oğul
93
Dövlətmənd – dövlətli, varlı
94
Sərd – soyuq
95
Tifli-məsum – günahsız uşaq
96
Təbah etmək – puç etmək, məhv etmək
97
İrtikab – pis iş görmə, günah işləmə
98
Xar – həqir, zəlil
99
Ərzəl – ən rəzil, alçaq, rüsvay
100
İrz – həya, namus, qeyrət
101
Müntəha – son dərəcə
102
Fərəhfəza – çox fərəhverici, çox sevindirici
103
Pək – çox
104
İsgəndər (e.ə. 356-323) – qədim dünyanın məşhur sərkərdəsi və dövlət xadimi idi. E.ə. 336-cı ildən etibarən Makedoniya hökmdarı olmuşdur. 10 il davam edən işğalçı müharibələr nəticəsində Hind çayından Dunay çayına qədər geniş ərazini əhatə edən qüdrətli dövlət yaratmışdır.
105
Müztər – çarəsiz, zərurətdə olan
106
Məqərr – qərargah, məskən
107
Tərəhhüm – rəhm, acıma
108
Hacət – ehtiyac
109
İştika – şikayət
110
Ləhzə – az vaxt, bir an
111
Əcz – acizlik, bacarıqsızlıq
112
Nəhif – zəif
113
Kibriya – böyüklük, əzəmət, cəlal
114
Dehqan – kəndli
115
Həmsayə – qonşu
116
Əzbəs – o qədər ki
117
Alu – sarı gavalı
118
Məzhər – bir şeyin və ya hadisənin zahir olduğu, göründüyü yer və ya adam; layiq; nail
119
Əğniya – dövlətlilər