Məktəb şagirdlərinə tohfə. Mirzə Ələkbər Sabir
Чтение книги онлайн.

Читать онлайн книгу Məktəb şagirdlərinə tohfə - Mirzə Ələkbər Sabir страница 10

Название: Məktəb şagirdlərinə tohfə

Автор: Mirzə Ələkbər Sabir

Издательство: TEAS PRESS

Жанр:

Серия:

isbn: 978-9952-311-20-4

isbn:

СКАЧАТЬ align="left">

32

Şəfiq – şəfqətli

33

Fəzl – kamal, mərifət

34

İzzət – əzizlik; qiymət, qüdrət, hörmət

35

Cəhl – nadanlıq, bilməzlik

36

Nikbət (nəkbət) – bədbəxtlik, iqbalsızlıq, fəlakət

37

Canşikar – can ovlayan, can alan

38

Sərfəraz – başı uca, yüksək

39

Biniyaz – ricasız, duasız, itaətsiz

40

Mübahat – iftixar, fəxr, öyünmə

41

Müsavat – bərabərlik

42

İştiyaq – həvəs

43

Sidq – doğru, düzgün, həqiqət

44

Hərgiz – heç vaxt

45

Səbqət – keçmə, ötmə, o biriləri geri qoyaraq qabaqda getmə

46

Şən – şöhrət, hörmət

47

İttihad – birlik, ittifaq

48

Üxüvvət – qardaşlıq, dostluq, səmimiyyət

49

Vəli – amma, lakin

50

Leyk – lakin, amma

51

Şur – qovğa, mərəkə, gurultu-patıltı

52

Səy – çalışmaq, cəhd etmək

53

Əyal – ailə, külfət

54

Xoşliqa – gözəl sifətli, üzlü

55

Hüma(y) – cənnət quşu, dövlət quşu

56

Hənuz – hələ, hələlik

57

Fövrən – dərhal, o saat

58

Validə – ana

59

Kəndi – özü

60

Vəqf (eləmək) – qurban etmək, bağışlamaq

61

Binəva – yazıq

62

Rənc – əziyyət, zəhmət

63

Müti – itaət edən, tabe olan

64

Xüsr – ziyan

65

Əyyam – günlər, zaman

66

Kam – arzu, məqsəd

67

İrfan – bilik, mərifət

68

Ruzi-şəb – gecə-gündüz

69

Nəva – avaz, səs

70

Nicat – qurtulma, xilas olma, salamat qalma

71

Bimar – xəstə

72

Çareyi-mizac – sağalmaq, yaxşı olmaq çarəsi

73

Doktur – “doktor” sözünün təhrif olunmuş forması

74

Taqım – qrup, dəstə

75

Civar – qonşu, yaxın yer

76

Səlah – yaxşılıq, sülh, salamatlıq

77

Mələx – çəyirtkə

78

Mur – qarışqa

79

Həmiyyət – qeyrət, şərəf və namusu mühafizə və müdafiə etməkdə cəhd göstərmə

80

Ufaq – kiçik, balaca

81

Sühulət – asanlıq

82

Süubət – çətinlik

83

Pişkam – qabaqcıl, təşəbbüskar

84

Bəzli-can – can vermə, canını əsirgəməmə

85

Xülusi-niyyət – saf, təmiz niyyət

86

Nagəhan – qəflətən, birdən-birə

87

Müztərib-əhval – qəm-kədər içində, halı pərişan

88

Əsna – vaxt

89

Tərrar – oğru, cibgir

90

Fərar – qaçma, gizli qoyub qaçma

91

Dəva – hüquq müdafiəsi üçün məhkəmə işi; müharibə, vuruşma, dava

92

Fərzənd – uşaq, övlad, oğul

93

Dövlətmənd – dövlətli, varlı

94

Sərd – soyuq

95

Tifli-məsum – günahsız uşaq

96

Təbah etmək – puç etmək, məhv etmək

97

İrtikab – pis iş görmə, günah işləmə

98

Xar – həqir, zəlil

99

Ərzəl – ən rəzil, alçaq, rüsvay

100

İrz – həya, namus, qeyrət

101

Müntəha – son dərəcə

102

Fərəhfəza – çox fərəhverici, çox sevindirici

103

Pək – çox

104

İsgəndər (e.ə. 356-323) – qədim dünyanın məşhur sərkərdəsi və dövlət xadimi idi. E.ə. 336-cı ildən etibarən Makedoniya hökmdarı olmuşdur. 10 il davam edən işğalçı müharibələr nəticəsində Hind çayından Dunay çayına qədər geniş ərazini əhatə edən qüdrətli dövlət yaratmışdır.

105

Müztər – çarəsiz, zərurətdə olan

106

Məqərr – qərargah, məskən

107

Tərəhhüm – rəhm, acıma

108

Hacət – ehtiyac

109

İştika – şikayət

110

Ləhzə – az vaxt, bir an

111

Əcz – acizlik, bacarıqsızlıq

112

Nəhif – zəif

113

Kibriya – böyüklük, əzəmət, cəlal

114

Dehqan – kəndli

115

Həmsayə – qonşu

116

Əzbəs – o qədər ki

117

Alu – sarı gavalı

118

Məzhər – bir şeyin və ya hadisənin zahir olduğu, göründüyü yer və ya adam; layiq; nail

119

Əğniya – dövlətlilər

120

Məqul – ağla uyğun gələn, СКАЧАТЬ