Seçilmiş əsərləri. Чингиз Айтматов
Чтение книги онлайн.

Читать онлайн книгу Seçilmiş əsərləri - Чингиз Айтматов страница 3

Название: Seçilmiş əsərləri

Автор: Чингиз Айтматов

Издательство: JekaPrint

Жанр:

Серия:

isbn: 978-9952-8260-5-0

isbn:

СКАЧАТЬ etmək lazım idi ki, razyezdin o biri başından qarşıdan gələn qatarın hərəkətinə mane olmasın. Bu, gündəlik adi tədbir idi, qatarlar hərəsi öz yolu ilə hərəkət edərkən Yedigey köbərin böyrüylə yeriyən Ukubalanın dalınca baxdı, sanki, yenə nəyisə demək istəyirdi.

      Əlbəttə, dəfn mərasimi ərəfəsində görülməli o qədər iş, deyilməli o qədər söz vardı ki, hamısı birdən-birə yada düşmürdü. Amma Yedigey indi Ukubalanın qarasınca buna görə baxmırdı. Arvadının son zamanlar necə qocalıb əyildiyinə indi diqqət verib ürəkağrısı ilə onu yola salırdı. Ukubalanın bu vəziyyəti tutqun, sarı işıq zolağında daha aydın nəzərə çarpırdı…

      “Deməli, qocalıq haqladı bizi, – deyə fikirləşdi. Hə, biz də daha mənzilbaşına çathaçatdayıq. Bir qarı, bir qoca!” Qocalıqdan gileylənsə də, təbiət Yedigeyi sağlamlıq barədə məyus eləməmişdi. Çox cavanlar ona baxıb gözünə su verə bilərdi. Amma, hər halda, ömürdən-gündən keçən günlər də az deyildi. Bir il də əlavə quyruğuynan düz altmış il.

      Deməli, altmış bir! “Sən bir işə bax, iki-üç ildən sonra mənə pensiyaya çıxmaq təklif eləyə bilərlər”, – deyə narazı halda öz-özünə deyinsə də, dəqiq bilirdi ki, pensiyaya belə tezliklə çıxmayacaq. Çünki burada onun yerinə adam tapmaq o qədər də asan məsələ deyildi. Yol nəzarətçisi, üstəlik də, yol təmiri fəhləsi, təsadüfdən-təsadüfə kimsə xəstələnəndə və ya məzuniyyətə çıxanda yolayıran vəzifəsini də görürdü.

      Bəlkə, əlavə məvacibə aldanıb, susuzluğa-zada baxmayıb razı olan tapıldı… Çətin! Get indi cavanların arasında beləsini tap görüm, necə tapırsan.

      Yox, Boranlı razyezdində yaşamaq üçün adamda gərək hünər olsun. Ayrı cür mümkün deyil, yoxsa məhv olub gedərsən! Çöl ucsuz-bucaqsız, adam balaca. Çölə heç bir şeyin dəxli yoxdur. Yaxşısan-yamansan ona nə dəxli var. Onu necə var, gərək, elə də qəbul eləyəsən. Amma adam hər şeyə belə laqeyd baxa bilmir, əzab çəkir, darıxır, ona elə gəlir ki, adamlar arasında olsaydı, daha yaxşı dolana bilərdi, bəxtinin ucbatından bu yerlərə düşüb… Guya, bu səbəbdən ömrünü bu çöllərdə xərcləyir. Şahmərdanın üçtəkərli motosikletinin akkumulyatoru boşalıb gücdən düşən kimi, o da yavaş-yavaş ruhdan düşür. Şahmərdan motosikletini qoruyur, nə özü minir, nə də özgəyə verir. Gərək olanda da işə salmaq olmur, çünki işsiz qalıb, gücdən düşür. Sarı-Özək çölünün bu razyezdində yaşayan adam da eynilə onun kimidir, bir işin qulpundan yapışmadımı, şəraitə uyğunlaşmadımı, burada kök ata bilmədimi, çətin ki, tablaşa bilsin. Ötən vaqonlardan baxan bəzi adamlar heyrət eləyirlər ki, ilahi, insan da bu yerlərdə yaşaya bilər! Hara baxırsan, çöldən, dəvədən başqa heç nə görmürsən! Amma yaşayanlar yaşayır, kimin səbri nə qədər çatır, o qədər də yaşayır. Üç il, ölüm-zülüm, dörd il dözənlər də olur. Bununla da hər şey tamama yetir. Alacağını alıb, halallaşıb, baş götürüb əkilir. Təki bu yerlərdən uzaq olsun…

      Boranlıda ancaq iki nəfər Qazanqap, bir də özü – Boranlı Yedigey ömürlük kök salıb yaşaya biliblər. Eh, onların ikisindən savayı, buraya nə qədər gəlib-gedən olmuşdu! Adamın özü barədə söz deməsi çətindir, hər halda, yaşayıb, təslim olmayıb! Qazanqap burada ona görə qırx il can qoymayıb ki, axmaq adam olub. Yox, Yedigey onu heç on adama da dəyişməzdi. Neyləsin, yoxdur, daha getdi Qazanqap…

      Qatarlar gəlib keçdilər, biri şərqə, o biri də qərbə getdi. Boranlının yolları bir müddət boşaldı. Elə bil, hər yer aydınlığa çıxdı, qaranlıq göydəki ulduzlar daha da işıqlandı, külək də köbərin döşündə, hələ də taqqıldayan şpallardakı relslərin arasında cövlan eləməyə başladı.

      Yedigey köşkə qayıtmadı, teleqraf dirəyinə söykənib fikrə getdi. Dəmir yolundan xeyli uzaqda otlayan dəvələrin tutqun qaraltısını seçə bildi. Onlar Ay işığında hərəkətsiz dayanıb səhərin açılmasını gözləyirdilər, Yedigey başqa dəvələrin arasında özünün ikidonqarlı, nəhəngliyi və başının iriliyi ilə o birilərdən fərqlənən nərini tanıya bildi. Onun dəvəsi də Sarı-Özəkdə yüyrəkliyi, zoruyla ad çıxarmışdı. Öz sahibi kimi Boranlı Qaranər adı ilə tanınırdı. Yedigey öz nəri ilə, onun gücü, hətta ipə-sapa çətin yatan dəlisovluğu ilə də fəxr edirdi. Vaxtında heyvanı axtalatdırmamışdı, sonra da axtalatdırmağa ürəyi gəlməmişdi.

      Yedigey fikirləşdi ki, başqa işlərlə bahəm Qaranəri də erkəndən qapıya qaytarıb alıxlamaq lazımdır, sabah dəfn mərasimində kara gələ bilər. Bundan başqa da çox fikirlər gəlib keçdi başından…

      Razyezddə isə hələ adamlar şirin yuxuda idilər. Razyezd deyəndə, bura dəmir yolunun bir tərəfində salınmış o qədər də böyük olmayan stansiya xidmət binaları, dəmiryol idarəsi tərəfindən tikilmiş altı dənə damı şiferli qurma-taxta ev, bir də ki Yedigeyin öz əli ilə tikdiyi şəxsi evi ilə mərhum Qazanqapın gillə suvanmış daxmasından ibarət idi. Bundan başqa, xörək bişirmək üçün tikililər, heyvan saxlamaq və başqa məqsədlər üçün qamış ağıllar, küzlər də vardı.

      Bir də elektriklə işləyən su nasosu, bunu axır zamanlarda quraşdırmışdılar. Lazım olanda əl nasosu kimi də işə yarayırdı, vəssalam, Boranlı dediyin bucığaz idi.

      Bəli, ucsuz-bucaqsız Sarı-Özək düzlərinin əvvəli-axırı olmayan qan damarını xatırladan dəmiryol xətti üzərində şəhərləri, kəndləri birləşdirən, qatarların yolunu səmtləyən məntəqələrdən biri Boranlı razyezdi bundan ibarət idi. Nəyi vardısa, hamısı da göz qabağında, necə deyərlər, küləklərin şapalağı altında… İllah da qışda, Sarı-Özək çovğunları başlanandan evləri pəncərəyəcən qar basır, dəmir yolunun neçə yerində üzü buz tutub qaysaqlanmış topalar əmələ gəlirdi. Elə buna görə də düzəngahdakı bu razyezdə Boranlı-Burannı deyirdilər, adı da iki dildə yazılmışdı: qazaxca Boranlı, rusca Burannıy…

      Yedigey hələ yollarda müxtəlif qartəmizləyən maşınların olmadığı vaxtları xatırladı; maşınlar cürbəcür idi: bəzisi qarı sovurub fəvvarə kimi yanlara fışqırdır, bəzisi qarşısındakı gəmi burnuna bənzər bıçaqlarıyla qarı yarıb yanlara basırdı və sairə… Bəli, bu maşınlar hələ olmayanda Qazanqapla yolları basmış qar yığınlarını təmizləmək üçün, demək olar ki, ölümlə əlbəyaxa olurdular. Üstündən gör nə qədər vaxt keçir, amma adama elə gəlir ki, lap dünən olub… Əlli bir, əlli ikinci illərdə elə şaxtalı qışdı ki, Allah göstərməsin! Belə işi ancaq cəbhə ilə müqayisə etmək olar; məsələn, əlbəyaxa süngü həmləsinə çıxanda, ya tanka yaxınlaşıb altına qumbara tullamaq istəyəndə bir sözlə, canından bezəndə… Orada necə, burada da elə!.. Düzdür, burada adamı öldürən yox idi, əvəzində, adam özü canına qəsd eləyirdi. Onlar öz əllərilə nə qədər qar yığını kürüyüb təmizləmişdilər, vəllərlə hamarlamışdılar, hələ Yeddinci kilometrin qarı! Burada yol, çapılmış təpənin arasından enişə gedir, buranın qarını onlar kisələrə doldurub dallarında təpəyə qaldırmalı olurdular. Hər dəfə onlara elə gəlirdi ki, bu, qar çovğunu ilə axırıncı əlbəyaxadır, bunun xatirinə “Cəhənnəmə” deyib candan СКАЧАТЬ