Ağ diş. Джек Лондон
Чтение книги онлайн.

Читать онлайн книгу Ağ diş - Джек Лондон страница 4

Название: Ağ diş

Автор: Джек Лондон

Издательство: JekaPrint

Жанр:

Серия:

isbn: 978-9952-8252-9-9

isbn:

СКАЧАТЬ bir iti vardı. Canavara qoşulub qaçdı. – Deyə Bill ucadan danışdı. – Mən onu Litl-Stiqdə sığınların otlağında gördüm. Canavar sürüsü arasındaydı, güllə ilə vurub öldürdüm. Qoca Uilli uşaq kimi ağlayırdı. Yazıq düz üç ildi ki, onu görmürdü. Və bütün bu vaxtı it canavarlarla gəzib dolaşmışdı.

      – Bill, vallah, bu canavar deyil, itdi. Yəqin bir vaxt sahibləri ona da beləcə balıq veriblər.

      – Sən düz deyirsən…

      – İndi gör bir. Bu saat onu mələdəcəyəm. Sadəcə, leş edəcəm onu. Biz daha itlərimizi qurban verə bilmərik.

      – Neynirsən? Axı üçcə patronumuz qalıb. – Henri etiraz etdi.

      – Qorxma, düz nişan alacam…

      Səhər tezdən Henri yenə tonqalı alışdırdı və dostunun xorultusu altında yemək hazırladı.

      – Elə yaxşı yatmışdın ki… Ürəyim gəlmirdi səni durğuzam. – Henri köksünü ötürdü.

      Bill yuxulu-yuxulu yeməyə girişdi. Parçını doldurmaq üçün əlini qəhvədana sarı uzatdı, Ancaq qəhvədan da uzaqda, Henrinin yanındaydı.

      – Bura bax, Henri, – deyə Bill yumşaq tənəylə dostuna baxdı. – Heç nəyi yaddan çıxarmamısan ki? Henri diqqətlə ətrafa boylandı, başını tərpətdi. Bill boş parçanı ona tərəf itələdi.

      – Axı, sənə qəhvə düşmür, – Henri dedi.

      – Doğrudan arıqlamışam? – Deyə Bill qorxa-qorxa soruşdu.

      – Yox.

      – Qorxursan ki, mədəm korlanar?

      – Yox.

      Bill hirsindən bozardı:

      – Di, tez ol, bəs nolub? Ürəyimi çəkmə.

      – Spanker qaçıb…

      Bill taleyin hökmünə tabe olan adamlar kimi yavaş-yavaş çevrildi. Elə oturan yerdəcə itləri saymağa başladı.

      – Bu, necə olub? – Könülsüz soruşdu. Henri çiyinlərini çəkdi.

      – Nə bilim. Yəqin Tayqulaq onun qayışını gəmirib. Özü bunu edə bilməzdi…

      – Nacins məxluq! – Deyə Bill hirsini içində boğa-boğa yavaşca söydü. – Öz qayışını gəmirə bilməyib, amma Spankerinkini gəmirib.

      – Bəli, daha Spankerin bütün iztirablarına son qoyulub. Canavarlar onu yəqin gözlərinə təpişdiriblər. İndi bala-bala həzm edirlər. Üçüncü epitafiya da beləcə oxundu, Qəhvə iç, Bill!

      Bill parçını geri çəkdi.

      – Köpəkoğluyam, içsəm! Dedim ki, itlərdən biri qaçsa içməyəcəyəm. Deməli, dilimə vurmayacağam, vəssalam!

      – Əla qəhvədir! – Henri onu yoldan çıxarmaq istədi.

      Bill özünü sındırmayıb qəhvədən dilinə də vurmadı.

      Tayqulaq onun yeməyini zəhərə döndərmişdi, buna görə də iti o ki var söydü. Yola hazırlaşanda Bill çımxırdı:

      – Bu gecə onları ayrı-ayrı bağlayacağam!

      Heç yüz addım getməmişdilər ki, Henri dayandı, əyilib nəyisə xizəyin altından götürdü. Qaranlıqda bu əşyanı yaxşı görə bilmədi, amma tanıdı və onu arxaya tulladı. Əşya kirşəyə dəyib, arxadan gələn Billin qabağına düşdü.

      – Götür, lazımın olar. – Henri qışqırdı.

      Bill ah çəkdi. Xalta qırığıydı. Spankerdən yalnız bu qalmışdı. Dedi:

      – Axırına çıxıblar! yüz faiz!

      – Hətta xaltanın dəmirini də gəmiriblər. Henri, onlar acından ölürlər ki!.. Şər deməsən, xeyir gəlməz. Hələ bizi də gözlərinə təpəcəklər.

      Henri qeyzlə güldü:

      – Düzdü, canavarlar mənim dalımca heç vaxt düşməyiblər. Amma başıma daha pis müsibətlər gəlib. Şükür Allaha ki, sağ-salamat çıxmışam. Onlardan, o nacins vəhşilərdən lap onu gəlsin. Bill, elə bilirsən sənin lələşini məhv etmək asandı?

      – Noolar, baxarıq, baxarıq… – dostu mızıldandı. – Yaxşı, Mək-Qerriyə çatanda görərsən…

      – Heç ümidim yoxdu.

      – Sənin kefin pisdi, ona görə belə deyirsən! – Henri qətiyyətlə bildirdi. – Vallah, sənə nəşə lazımdı. Qoy Mək-Qerriyə çataq, səninçün eləsini doldurum ki…

      Bill etiraz əlaməti olaraq nəsə mızıldandı. Sonra susdu və xeyli danışmadı. Bu gün də əvvəlki günlər kimi etdi.

      Saat doqquzda hava işıqlandı. Saat on ikidə üfüq cənub tərəfdən çəhrayı rəngə boyandı. Bu, hardasa gizlənmiş Günəşin işiydi. Beləliklə, cansıxıcı gün başlandı. Təxminən üç saatdan sonra yenə amansız gecə onu udacaqdı.

      Günəş üfüqdən boylanan vaxtı Bill kirşədən tüfəngi götürüb dedi:

      – Sən dayanma, Henri. Mən bir gedim görüm orda neynirlər.

      Henri qışqırdı:

      – Uzağa getmə, Bill! Patronun azdı. Başına hava gəlib, nədi, səni tikə-tikə edərlər…

      – Aha, indi də sən zarıldadın! – Bill dedi.

      Henri susdu və tək-tənha yoluna düzəldi. Sonra qaranlıq səhrada gözdən itən dostunun dalınca narahat-narahat boylandı.

      Bir saat sonra Bill kəsə yolla qayıtdı:

      – Hər yeri axtarır, gəzib-dolaşırlar. Bizdən də ayrılmaq istəmirlər. Bizi gəbərdəcəklərinə arxayındılar. İntəhası bir az səbr edirlər, bununla belə, yan-yörədəki yeməli ovlarını da əldən buraxmaq istəmirlər. Henri dedi:

      – Səncə, onlar nə fikirləşirlər? Yəni biz tələyə düşmüşük, oradan çıxa bilmərik?

      Bill bu sözlərə məhəl qoymadı.

      – Mən bəzilərini gördüm. Çox arıqdılar. Yəqin xeyli vaxtdır dişlərinə bir şey dəymir: əlbəttə, bizim itlərdən başqa. Sürü böyük sürüdü, üç dənə it onların qarnını doydurar? Əriyib çöpə dönüblər. Bir dəri, bir sümük, vəssalam. Qabırğaları da ki, elə bil ağac qabıqlarıdır. Bir sözlə, qorxu-zad qulaqlarına girmir. Bu saat cənglərinə nə keçsə dağıdacaqlar.

      Bir СКАЧАТЬ