Ağ diş. Джек Лондон
Чтение книги онлайн.

Читать онлайн книгу Ağ diş - Джек Лондон страница 3

Название: Ağ diş

Автор: Джек Лондон

Издательство: JekaPrint

Жанр:

Серия:

isbn: 978-9952-8252-9-9

isbn:

СКАЧАТЬ tərk edərək, qaranlıq yolla irəlilədilər. Elə bu vaxt həmin dəhşətli, tükurpədici ulartı eşidildi; səs qaranlığı, şaxtanı yara-yara gəlib onlara çatdı. Qızılaxtaranlar dinməzcə gedirdilər. Düz saat doqquzda hava işıqlandı.

      Günortaçağı səma cənub tərəfdən çəhrayı rəngə çaldı. Üfüqdə günəşlə şimal ölkəsi arasında sədd çəkilmişdi. Çəhrayı rəng itdi. Günəşin solğun bənizi təxminən üç saat ətrafı işıqlandırdı. Sonra o da söndü və kimsəsiz, sakit şimal təzədən uzun Arktika gecəsini öz əyninə geyindi.

      Qaranlıq düşən kimi səyyahları hər tərəfdən izləyən o ulartı lap yaxından eşidilməyə başladı. Bəzən bu səs elə yaxından gəlirdi ki, itlər qorxudan yerlərində titrəyirdilər.

      Bu dəhşətli ulartıdan itlərin canına vəlvələ düşmüşdü. Bill və Henri qoşqunu düzəldirdilər. Bill dedi:

      – Yaxşı ki, girlərinə ov keçib, bizi sakit buraxarlar…

      – Day demə, onların ulartısı adamın canına üşütmə salır.

      Sonra qızılaxtaranlar növbəti düşərgəyə çatanacan susdular.

      Henri ocağın üstündə pıqhapıqla qaynayan soya qazanına buz qırıntıları atırdı. Birdən arxadan qulaqbatırıcı səs gəldi. Billin qıyya çəkməsi ilə Henrinin dik atılması bir oldu. Henri qarın üstüylə qaçan və qaranlıqda gözdən itən hansı heyvanınsa naməlum kölgəsini gördü. Bill itlərin arasındaydı. Bir əlində dəyənək, o birində quru balıq tutaraq meyit kimi qurumuşdu.

      – Axır ki, yarısını qopartdı! – Bill qışqırdı. – Amma necə lazımdı payını da aldı. Zingiltini eşitmədin? Henri soruşdu:

      – Axı nəydi o?

      – Baş açmadım. Deyə bilərəm ki, bütün itlər kimi onun da ayaqları dişləri, dərisi vardı.

      – Əhliləşdirilmiş canavardı bəlkə?

      – Canavar olduğunu deyə bilmərəm, amma düz yemək vaxtı peyda olursa, demək əsl əhliləşdirilmiş heyvandı.

      Bu gecə dostlar şam yeməyindən sonra tabutun üstündə oturub qəlyan çəkərkən gördülər ki, işıldayan gözlərin halqası yavaş-yavaş daralır.

      – Nolaydı, girlərinə sığın dəstəsi keçəydi, bizi sakit buraxaydılar, – Bill dedi.

      Henri söyüş söydü, sonra onlar düz iyirmi dəqiqə beləcə oturub danışmadılar. Henri gözlərini alova zilləmişdi, Bill isə tonqaldan bir az aralı, qaranlıqda işıldayan gözlərin halqasına baxırdı.

      – Mək-Terriyə çatsaydıq nə olardı… – Bill köks ötürdü.

      – Sən Allah, bəsdi ağladın, zıqqıldama, – Henri dözmədi. Mədən qıcqırıb sənin, ona görə zıqqıldayırsan. Soda iç, o saat keçəcək, onda mən də səninlə darıxmaram.

      Səhər Henrini yuxudan Billin biabırçı söyüşləri oyatdı. O, dirsəklənib baxanda, Bill tonqalın böyründə, itlərin arasında durub hirsindən yumruğunu yellədirdi.

      – Hey! – Henri qışqırdı: – Noolub?

      – Froq qaçıb.

      – Ola bilməz…

      – Deyirəm qaçıb da…

      Henri yorğanı atıb dərhal itlərə tərəf cumdu. Diqqətlə onları saydı, şimalı lənətləyən Bill kimi o da söyməyə başladı.

      – Froq qoşquda ən güclü it idi, – deyə Bill sözünü tamamladı.

      – Özü də hamıdan ağıllıydı, – Henri əlavə etdi.

      – İkicə günün içində növbəti it epitafiyası da beləcə oxundu.

      Səhər yeməyi canlarına yatmadı, qalan dörd iti kirşəyə qoşdular. Bugünkü gün də əvvəlkilərin tayı oldu. Səyyahlar dinməzcə qarlı çöllərlə gedirdilər. Sakitliyi yalnız onları daban-dabana izləyən, lakin gözə görünməyən təqibçilərin məşum ulartısı pozurdu, Qaranlıq düşən kimi təqib başlanır, ulartı lap yaxınlıqdan eşidilirdi: itlər qorxudan tir-tir əsir, vurnuxur, qayışlarını dolaşdırır, bununla adamları daha da əldən salırdılar. – Növbəti dayanacaqda Bill lovğa-lovğa danışdı:

      – Hə, şüursuz bəndələr, daha heç yana qaça bilməzsiniz…

      Henri xörək bişirməyi buraxıb yaxına gəldi. Bill itləri hindusayağı bağladı. Henri itin boynundakı xaltanı cilovla yoğun, uzun bir ağaca sarıdı. Ağacın bir ucunu isə yerə basdırdı. İtlər boyunlarındakı kəməri çeynəyə bilmirdilər – ağacın qol-budağı mane olurdu.

      Henri başını məmnun-məmnun tərpətdi:

      – Tayqulağı ancaq bu yolla saxlamaq olar. İndi qayışı çeynəyib qıra bilməz. Belə yaxşıdı, salamat olarlar ki…

      – Gəl bir olmasın! – Bill dedi. – Əgər səhər bircəciyi qaçıb getsə, onda mən dilimə kofe vurmayacam.

      – Guya onlar bilmirlər ki, bizim heç nəyimiz yoxdu… – Henri uzanaraq düşərgəni mühasirəyə alan göz halqalarını göstərdi. Bir-iki güllə atsaydıq, bəlkə qorxardılar. Günbəgün daha da yaxınlaşırlar. Gözünü oddan çək, o tərəfə bir bax! Hə, gördün?

      İkisi də tonqalın arxasında görünən tutqun kölgələri maraqla izlədi. Qaraltı tərəfə diqqətlə baxdılar. Orda bir cüt göz işıldadı və bu, yalnız vəhşi gözləri ola bilərdi. Yavaş-yavaş aydın olurdu ki, bu vəhşilər tez-tez yerlərini dəyişirlər.

      İtlər arasına səksəkə düşdü və bu, Billə Henrinin diqqətindən yayınmadı. Tayqulaq səbirsizliklə mırıldanır, gah qaranlığa cumur, gah da geri çəkilib boynuna bağlanmış ağaca hirslə hürürdü.

      – Ora bax, Bill, – Henri pıçıldadı.

      Tonqalın ətrafa səpələnən işığında itə oxşar bir vəhşi qarnı üstə sürünürdü. O, bütün diqqətini itlərə yönəldib qorxa-qorxa, eyni zamanda həyasızcasına yaxına gəlirdi. – Əlbəttə, vəhşi, adamlardan da gözünü çəkmirdi. Tayqulaq gələn qonağa sarı cumdu, amma ağac mane oldu. Tayqulaq uzun-uzadı zingildədi.

      – Bu axmaq, deyəsən heç qorxub eləmir ha, – Bill yavaşca dedi.

      – Dişi canavardı, – Henri pıçıldadı. – İndi bildim Fətti və Froqun başına nələr gəlib. Canavar sürüsü bu dişini qəsdən qabağa verir ki, itləri özünə cəlb etsin. O birilər isə fürsəti fövtə vermir, itlərin üstünə şığıyıb parçalayırlar.

      Tonqalda nəsə bərkdən çırtıldadı. Alov fışıltı ilə ətrafa sıçradı. СКАЧАТЬ