Loqo. Эрнест Сетон-Томпсон
Чтение книги онлайн.

Читать онлайн книгу Loqo - Эрнест Сетон-Томпсон страница 3

Название: Loqo

Автор: Эрнест Сетон-Томпсон

Издательство: Hadaf Neshrleri

Жанр:

Серия:

isbn:

isbn:

СКАЧАТЬ izlədi. Çünki, görünür, ilxı bu zərərsiz təqibçilərin yaxınlıqda olmalarına alışmağa başlamışdı və izləmək daha sadə iş olmuşdu. Bundan başqa, deyəsən, yorğunluq da onlara təsir edirdi. Yaxşı, dadlı otu olan otlaqlar xeyli uzaqda qalmışdı. Bir də ki, onları izləyən atlar çovdarla yemləndikləri halda mustanqlara, əlbəttə, yem verən yox idi. Həmişə gərgin vəziyyətdə olmaq da öz təsirini göstərirdi. Bu hal vəhşi atları iştahdan salır, susuzluqlarını artırırdı. Onları qovanlar mustanqlara tez-tez və bol-bol su içməyə imkan verirdilər. Doyunca su içən at çətin qaçır: ayaqları sanki taxtaya dönür, nəfəsi təngləşir. Buna görə Co atını sulamırdı. Nəhayət, əldən düşmüş ilxının yaxınlığında gecələmək vaxtı gəlib çatanda nə Co özü, nə atı yorulmuşdu.

      Səhər açılanda Co mustanqları asanlıqla tapdı. Atlar əvvəlcə qaçmağa başladı, amma tezliklə birayaq-birayaq yeridilər. Cogil bu mübarizəni, demək olar ki, qazanmışdılar. Çünki vəhşi atları izləməyin başlıca çətinliyi bundadır ki, onları hələ yorulmadıqları iki-üç gündə gözdən qoymayasan.

      Bütün səhəri Co ilxını gözdən qoymadı və demək olar ki, həmişə onun yaxınlığında idi. Səhər saat onda, Xoze dağının yaxınlığında Çarli Conu əvəz elədi. Bu gün mustanqlar ondan vur-tut dörddə bir mil irəlidə idilər. Özü də daha əvvəlki kimi qaça bilmirdilər.

      Axşama yaxın Çarli ata minib ilxının dalınca düşdü.

      Ertəsi gün mustanqlar daha başlarını aşağı sallayıb gedirdilər və qara yorğa mustanqın bütün cidd-cəhdinə rəğmən onları təqib edəndən ayıran məsafə bəzən yüz addıma qədər qısalırdı.

      Dördüncü, beşinci günlər də belə keçdi. İlxı yenə də Ceyran bulağına yaxınlaşırdı. Bu vaxta qədər bütün işlər nəzərdə tutulduğu kimi gedirdi: ilxının təqib olunması böyük qövs halında davam edir, furqon da onun içərisində kiçik qövs halında hərəkət edirdi. Vəhşi at ilxısı bulağa lap yorğun-arğın qayıdırdı. Ovçular isə yorulmamış təzə atların belində gümrah idilər.

      Bütün günü axşama qədər mustanqları suya yaxın buraxmadılar. Sonra isə Ceyran bulağa sarı yönəldib doyunca su içməyə imkan verdilər. İndi təcrübəli kovboylar dincəlmiş, yaxşıca yemiş, gümrah atların belində kəməndləri işə sala bilərdilər – xeyli su içib ağırlaşmış atları kəməndə salıb tutmaq çətin olmur.

      Bir məsələ olmasaydı, bütün işlər lap əla gedərdi. Bütün bu ov qara ayğırı ələ keçirmək üçün təşkil olunmuşdu, amma o, elə bil dəmirdən idi. Müntəzəm yorğa yerişi qəti dəyişməmiş, ovun birinci günü necəydisə, yenə də elə qalmışdı. Yenə əvvəlki kimi yorulmadan ilxını ardınca aparır, kişnərtisi ilə coşdurur və iti qaçmaqda onlara nümunə göstərirdi. Atlar gücdən düşmüşdü. Qaranlıqda ovçulara ilxını tapmağa kömək edən qoca ağ madyan yarımcan halda artıq neçə saat idi ki, digər atlardan geri qalırdı. O biri madyanlar da, görünür, daha onları izləyən atlılardan qorxmurdu və aydın idi ki, bir azdan Conun əlinə keçəcəkdilər.

      Bütün bu zəhmətin əsas məqsədi ayğıra isə əvvəlki kimi yaxın düşmək olmurdu.

      Conun tünd xasiyyətinə yaxşı bələd olan yoldaşları onun qəfil hirslənib bu məğlubedilməz qara ayğırı güllə ilə vurmaq istəməsinə heç də təəccüblənməzdilər. Amma Co bu fikirdən çox uzaq idi.

      Bütün həftə qara ayğırı izləyən Co bir dəfə də görməmişdi ki, at dördayaq qaçsın. Hər yaxşı minici kimi Co da belə gözəl ata məftun olmuşdu və heyranlığı getdikcə artırdı. Bu gözəl heyvandansa, ən yaxşı atını güllələməyə razı olardı.

      Görəsən, atı tutmaq üçün vəd edilmış mükafatı almağa dəyərdimi? Co tərəddüd etməyə başlamışdı. Məbləğ az deyildi, amma elə ayğır da bütöv bir kapital idi, çünki ondan gözəl nəsil almaq olardı.

      Hər şeydən əvvəl onu tutmaq məsələsi vardı. Ovu başa çatdırmaq lazım idi.

      Co ən yaxşı atını yəhərlədi. Bu, şərqdən gətirilmiş cins madyan idi, amma preriyada böyümüşdü. Bu atın bir nöqsanı olmasaydı, Co heç vaxt belə gözəl at ala bilməzdi. Bu yerlərdə loko adlanan zəhərli ot bitir. Mal-qara, adətən, bu otu yeməz, amma təsadüfən bir heyvan bundan yesə, sonra hər yerdə onu axtarmağa başlar. Təsiri bir az morfininkinə bənzəyir. Buna öyrəşən at xeyli özünü normal aparsa da, axırda mütləq quduzluqdan tələf olur. Belə atlara yerli əhali “loko düşkünü” deyir. Conun da ən yaxşı atının gözlərində hərdən vəhşi parıltı əmələ gəlirdi. Bilicilər bunu həmin xəstəliyin əlaməti sayırdılar. Amma güclü, yeyinayaq madyan idi, buna görə də son ov üçün Co həmin atı seçdi.

      Co irəli çapıb ilxıya sarı yönəldi. Kəməndi yerə atıb ardınca sürüyürdü ki, hamarlansın. Sonra səliqəli halqalar halında sol əlinə yığıb, ov müddətində ilk dəfə atı məhmizləyib düz ayğırın üstünə çapdı.

      Dəlicəsinə çapaçap başlandı. Qorxuya düşmüş madyanlar pərən-pərən olub onlara yol verdi.

      Təzə at düzənlikdə dördayağa çapır, irəlidə isə əvvəlki kimi məşhur yorğa yerişini əsla pozmadan ayğır qaçırdı.

      Bu, tamamilə inanılmazdı. Co atını çağıra-çağıra, mahmızlaya-mahmızlaya qızışdırırdı. At quş kimi uçsa da, ayğırla arasındakı məsafə heç bircə düym də azalmırdı.

      Qara mustanq düzənliyi keçdi. Kol basmış yaylaqdan da ötdü, təhlükəli qumlu dərəyə endi və çəmənlik zolağına gəlib çıxdı. Burada onu baybaklar1 hürə-hürə qarşıladı. Onun ardınca çapan Co gözlərinə inana bilmirdi. Ayğır ilə arasındakı məsafə nəinki azalır, hətta, deyəsən, artırdı. Co söyə-söyə atını mahmızladı, hayladı, axırda yazıq atı lap coşdurdu. Heyvanın gözləri hərlənir, başı o tərəfə-bu tərəfə yırğalanırdı. At daha yerə, ayağının altına baxıb yol seçmirdi. Birdən ayağı porsuq yuvasına düşdü. At yıxıldı, onunla bərabər minici də yerə yumalandı. Co yaman əzilmişdi, amma yenə ayağa qalxıb özünü itirmiş atını qaldırmağa çalışdı. Amma madyanın işi bitmişdi: qabaq ayağı sınmışdı. Co heyvanı əziyyətdən qurtarmaq üçün tapança ilə vurub öldürdü. Yəhəri də götürüb düşərgəyə qayıtdı. Hələ də qaçmaqda olan yorğa mustanq isə, nəhayət, gözdən itdi.

      Bu halı hələ də məğlubiyyət saymaq olmazdı, çünki madyanlar əllərinə keçmişdi. Co və Çarli onları qova-qova aparıb əvvəlki sahiblərinin fermasına çatdırdılar və əvəzində yaxşı mükafat istədilər.

      Co bununla kifayətlənən deyildi. Ayğırı ələ keçirmək xəyalından əl çəkməmişdi. İndi atın bütün üstünlükləri ona yaxşı məlum olduğundan ayğırı ələ keçirmək üçün təzə plan qurmağa çalışırdı.

      IV

      Bu səfərdə aşpaz Bets idi. O özünü poçt СКАЧАТЬ