Loqo. Эрнест Сетон-Томпсон
Чтение книги онлайн.

Читать онлайн книгу Loqo - Эрнест Сетон-Томпсон страница 2

Название: Loqo

Автор: Эрнест Сетон-Томпсон

Издательство: Hadaf Neshrleri

Жанр:

Серия:

isbn:

isbn:

СКАЧАТЬ yolda bələdçim Bernsdən həmin atın əhvalatını öyrəndim. Bu məşhur mustanqı görməyi yaman arzulayırdım. Buna görə də ertəsi gün Ceyran bulağına çatıb nə mustanqın, nə də ilxısının oralarda olmağını eşidəndə bir qədər məyus oldum.

      Ertəsi gün Alamozo çayından keçib yenə də təpəli düzənliyə çatanda irəlidə gedən Cek Berns birdən atının boynuna yastılanıb mənə sarı döndü:

      – Tüfəngi hazırlayın! Ayğır burdadır!

      Tüfəngi qapıb tələsik atımı irəli sürdüm. Aşağıda, dərədə ilxı otlayırdı, bir kənarda da iri qara mustanq durmuşdu.

      Yəqin ki, yaxınlaşmağımızın hənirtisini almış, qulaqlarını şəkləmişdi. Başını, quyruğunu dik qaldırmış, burun pərələri geniş açılmışdı.

      Gördüm ki, mustanq çox gözəl atdır, bu düzənlərdə vaxtilə çapmış bütün atların hamısından nəcibdir. Buna görə də belə gözəl heyvanın bir yığın leşə döndərilməsi fikri məni iyrəndirdi.

      Cek məni tələsdirirdi ki, tez atım, amma mən ləngiyirdim.

      Coşqun yoldaşım ləngidiyimə görə məni söyüb danladı. Acıqlı-acıqlı:

      – Tüfəngi bəri verin! – deyə tüfəngi əlimdən qapdı, amma lüləni yuxarı qaldırdım və tüfəng guya öz-özünə açıldı.

      İlxı diksindi. Qara mustanq kişnədi, fınxırdı və ilxının dövrəsinə çapa-çapa hərləndi. Madyanlar bir yerə cəmləşib toz buludu qaldıra-qaldıra, dördnala yox oldular.

      Ayğır ilxının gah bu tərəfi ilə, gah o tərəfi ilə çapa-çapa diqqət yetirirdi ki, heç bir madyan o birilərindən ayrı düşməsin.

      Mustanq uzaqlarda gözdən itincəyə qədər gözümü ondan çəkmədim. Mənə belə gəlir ki, o, bir dəfə də olsun, yerişinə haram qatmadı.

      Cek, əlbəttə, məni də, tüfəngimi də, mustanqı da söyüb yamanlayırdı, amma mən onun deyinməsindən ləzzət ala-ala, sevinə-sevinə qara yorğanın gözəllik və qüvvətinə heyran olurdum. Yox, apardığı bir neçə madyan üçün atlaz dərisinə qıyıb korlaya bilməzdim.

      III

      Vəhşi atları tutmağın bir neçə üsulu var. Biri budur ki, atın peysərindən gərək elə vurasan, bir anlığa keyləşsin, onda kəməndi boynuna salasan. Buna “atı keyləşdirmək” deyirlər.

      Vəhşi Co bu üsulu tənqid edib dedi:

      – Bəli də! Belə yüzlərlə at beli sındığını görmüşəm, amma bu vaxta qədər bir mustanqın keyləşdiyini görməmişəm.

      Bəzən şərait əlverişli olanda ilxını qovub əldən salmaqla tuturlar. İxtiyarında yaxşı atlar olsa, bəzən ilxını qovub ona çatmaq olar, amma ən sadə üsul ilk baxışda nə qədər inanılmaz görünsə də, bundan ibarətdir ki, gərək mustanqı “yorasan” (yəni taqətdən düşənə qədər qovasan).

      Yorğasını heç vaxt pozub dördayaq qaçmayan məşhur ayğırın şöhrəti gündən-günə artırdı. Onun barəsində, iti qaçmağından, yerişindən, dözümündən ən inanılmaz əhvalatlar danışırdılar. Buna görə də Üçbucaq rançosunun sahibi qoca Monthomeri Kleytonda Uelsin mehmanxanasında şahidlərin yanında deyəndə ki, bu söhbətlər yalan deyilsə, furqona möhkəmcə qoşulmuş bu ayğıra min dollar verir. On nəfərə qədər gənc kovboy bərk həvəsə düşüb bəxtlərini sınamaq, ağaları ilə bağladıqları müqavilələrin vaxtı qurtarıb azad olan kimi bu işə girişmək istədilər.

      Vəhşi Co hamını qabaqlamağı qərara aldı. Daha vaxt itirmək olmazdı. Qulluq vaxtı qurtarmasa da, bütün gecəni ova hazırlaşmağa sərf elədi.

      Co dost-aşnasından kifayət qədər borc pul aldı ki, iyirmi yaxşı minik atı, mətbəxli furqon, üç nəfər: özü, yoldaşı Çarli, bir də aşpaz üçün iki həftəlik yemək ehtiyatı götürməyə çatsın.

      Həmin gözəl, yeyinayaq yorğa mustanqı “qovub yormağ”ı möhkəm qərara alıb Kleytondan çıxdılar. Üçüncü gün gəlib Ceyran bulağına çatdılar. Günorta yaxınlaşdığından yorğa mustanqın öz ilxısı ilə bərabər su içməyə bura gəldiyini görəndə heç təəccüblənmədilər.

      Co gizləndi və bütün ilxı su içib doyuncaya qədər gözə görünmədi. Çünki yaxşı bilirdi ki, susuz at su içib doymuş, ağırlaşmış atdan həmişə yeyin gedər.

      Co gizləndiyi yerdən çıxıb atını sakitcə irəli sürdü. Bulağa yarım mil qalmış, mustanq duyuq düşüb həmin saat ilxısını cənub-şərqə – kolluqlu təpələrə sarı qovub apardı. Co həmin istiqamətdə atını o qədər çapdı ki, yenə həmin ilxını gördü. Sonra geri qayıdıb eyni zamanda sürücü vəzifəsini də yerinə yetirən aşpaza əmr elədi ki, furqonu Cənuba – Alamoza çayının yaxınlığına sürsün. Özü isə yenə mustanqların ardınca cənub-şərqə yönəldi.

      İki mil yol gedəndən sonra yenə ilxını gördü. Atını birayaq-birayaq sürüb o qədər yaxınlaşdı ki, ilxı yenə də ürküb cənuba çapdı. Amma Co kəsə yol ilə çapa-çapa getdi və bir saatdan sonra yenə ilxıya rast gəldi. Atlara gizlincə yaxınlaşdı və əvvəlki əhvalat yenə təkrar olundu. Atlar yenə ürküb qaçdılar. Bütün gün beləcə keçdi.

      Mustanqlar dairə vura-vura tədricən cənuba hərəkət edirdilər və gün artıq üfüqə əyiləndə Conun hesabına görə Alamozo çayına yaxınlaşmışdılar. Co onları bir də ürküdüb furqonun yanına qayıtdı. Bu vaxta qədər dincəlmiş yoldaşı başqa ata minib ilxını qovmağa davam etdi.

      Axşam yeməyindən sonra furqon əvvəlcədən şərtləşdikləri kimi Alamozo çayının yuxarı keçidinə sarı hərəkət etdi və orada gecələmək üçün yerləşdi.

      Bu zaman Çarli ilxının ardınca getməkdə idi. Vəhşi atlar ondan daha əvvəlki kimi uzağa qaçmırdılar, çünki, deyəsən, onların ardınca gələn adam hücum etmək fikrində deyildi, buna görə də yavaş-yavaş yaxınlıqda olmasına alışmışdılar. Ala-qaranlıq çökəndə ilxını tapmaq asanlaşdı, çünki ilxının içində qaranlıqda yaxşı seçilən ağ madyan var idi. Həm də ki, ayın aydınlığı idi. Buna görə də Çarli atına arxayın olub yol seçməyi onun öhdəsinə buraxmışdı, sakitcə ilxının ardınca sürürdü. İlxının içində isə ağ madyan kölgə kimi seçilirdi. Axırda bütün bunlar gecənin qaranlığında yox oldu. Onda Çarli atdan düşüb yəhərini aldı, özü isə adyala bürünüb tezliklə yuxuya getdi.

      Hava işıqlaşmağa başlayanda Çarli artıq ayaq üstündə idi və yarım mil yol gedəndən sonra ala-qaranlıqda ağ madyanı seçdi, sonra da bütün ilxını gördü. Yorğa mustanq Çarlini görən kimi bərkdən kişnədi və vəhşi atlar qaçmağa başladılar.

      Amma elə birinci təpəyə çatanda atlar durub baxdılar ki, görsünlər arxalarınca belə inadla gələn bu adam kimdir. Aradan СКАЧАТЬ