Yalnızıq. Пеями Сафа
Чтение книги онлайн.

Читать онлайн книгу Yalnızıq - Пеями Сафа страница 3

Название: Yalnızıq

Автор: Пеями Сафа

Издательство: Hadaf Neshrleri

Жанр:

Серия:

isbn:

isbn:

СКАЧАТЬ stulu aşırdı. Sonra müvazinətini saxlaya bilməyib arxaya doğru səndələdi. Az qala, yıxılacaqdı. Bəsim onu tutmaq üçün tez ayağa qalxdı.

      Qadın üzünü qızına tərəf tutaraq bağırırdı:

      – Kimdəndir? Söylə! Söylə deyirəm sənə! Kimdəndir?

      Səlmin isə heç qımıldanmırdı da. Üzü və göz qaparları hərəkətsiz idi. Lakin dodaqlarının kənarlarında qarnının içindəkindən daha betər şəkildə anasını özündən çıxara biləcək bir təbəssüm gəzişirdi.

      Məfharət tir-tir əsirdi. Bəsim əvvəlcə onun əlindən yapışmaq istədi. Lakin bu təmasın partlayış ilə nəticələnə biləcəyindən ehtiyat edərək Səlminə tərəf getdi, onun qolundan tutaraq ayağa qaldırdı və qonaq otağının qapısına qədər apardı.

      Qız qapıdan çıxarkən anası arxasınca var qüvvəsi ilə bağırdı:

      – Alçaq!

      Sonra qardaşına tərəf döndü. Dişlərini qıcıyaraq hər iki yumruğunu havada oynatdı:

      – Siz məni dəli edəcəksiniz!

      Bəsim əllərini şalvarının ciblərinə soxaraq bir-birindən aralı qoyduğu ayaqlarından birini, nəhayət ki, irəli ataraq cəmi iki addım gedə bildi.

      – Yaxşı! Yaxşı! Hər zamankı adamsan da! Heç dəyişmirsən!

      Məfharət təkrarladı:

      – Dəli edəcəksiniz, deyirəm! Bu evdə nələrsə baş verir, amma eybi yox, axır-əvvəl nə olduğunu aydınlaşdıracağam! Heç nəyi gizlədə bilməyəcəksiniz məndən! Görərsiniz!

      – Yaxşı! Yaxşı!

      – Dəli edəcəksiniz! Deyirəm də, dəli edəcəksiniz! Ağlımı itirəcəyəm!

      Səsinin bir pərdə alçalmasından içindəki həyəcanın zirvədən aşağı enməkdə olduğunu başa düşən Bəsim öz səsini də bu enişə uyğunlaşdıraraq bacısına yaxınlaşdı:

      – Mənimlə danış, abla… Gəl, birlikdə fikirləşək… Birlikdə çıxış yolu tapaq.

      İki əli ilə qardaşını deyil, boşluğu itələyən Məfharət bağırdı:

      – Sən bir kənara dur görüm… Heç sən də ciddi adam deyilsən…

      – Qoy çağıraq, gəlsin. O gələnə qədər yanındayam, abla… Otur burada, otur… Sakitləş…

      Sonra da Məfharətdə maraq hissi oyadaraq diqqətini başqa istiqamətə yönəltmək və qəzəbini azaltmaq üçün əlavə etdi:

      – Mənim də bildiyim məsələlər var… Öyrəndiyim işlər var, dinlə bir görək.

      Bu söz ağzından çıxar-çıxmaz siqaret qutusunu çıxardı:

      – Al bu siqareti, özün də gəl bax burada əyləş, görüm.

      Qadının qəzəbi bir andaca maraq hissinə məğlub oldu.

      – Tez söylə, tez söylə, yoxsa dəli olacağam…

      – Əyləş.... Hə… Eşit bir… Ərə gedəcək.

      Məfharət bütün bədənini şişirən bir gərginliklə başını arxaya doğru ataraq soruşdu:

      – O oğlanamı? İs-tə-mi-rəm! Məni məcburiyyət qarşısında qoymağa çalışdı, eləmi? Belə elədi ki, səsimi çıxara bilməyim! İstəmirəm!

      – Yox, onunla evlənməyəcək… Yox, nişanlısıyla yox…

      – Bəs kiminlə axı?

      – Çox orijinal şərəfimə and içirəm ki, abla, nişanlısı ilə deyil… Uşağın atası o deyil…

      – Bəs kimdəndir axı? Kiminlə evlənəcək? Dəli olacağam…

      – Əgər bu məsələ dəlixanada həll edilə bilsəydi, abla, inan ki, mən də böyük məmnuniyyətlə səninlə birlikdə dəli olardım. Əksinə, sakit olmaq lazımdır. Sakit ola bilsən, özünə gələrsən… Təzyiqin, az qala, otuza qalxıb…

      – Onsuz da, öldürəcəksiniz məni.

      – Dayan bir, eşit… O bəxtəvər adamın adını soruşma. Mən də bilmirəm. Bircə onu aydınlaşdırdın ki, nişanlısı deyil.

      Məfharət yumruqlarını sıxmışdı. O naməlum adamı otağın içərisində axtarırmış kimi ətrafına boylanıb soruşdu:

      – O zaman kimdir axı o? Harada, hansı arada, nə tez? O oğlandan sonra kiminlə tanış oldu axı bu? Özü də belə bir qısa müddət ərzində…

      Sonra qardaşının iki əlini də birdən havadaca qapdı:

      – Mən sənə bir şey deyimmi, Bəsim? – dedi, – istəyirsənsə, dəli olduğumu de mənə… Amma…

      – Anlayıram. Başa düşürəm səni… Deməyinə ehtiyac yoxdur… Kimdən şübhələndiyini bilirəm.

      – Çünki sən də ondan şübhələnirsən, düz deyirəmmi?

      – Xeyr… Buna şübhə deyə bilmərəm… Ancaq… Ablacığım, dünən biri burada idi, o biri isə yox…

      – Bilmirəm. Dünən gecə başqa məsələ… Nə deyir indi? Kimdən olduğunu demir, eləmi?

      Bəsim bacısına fikirləşmək üçün zaman vermək istəyirmiş kimi bir qədər duruxdu, sonra cavab verdi:

      – Çox səbrsizlik edirsən… İki dəqiqə belə danışa bilməmişdik ki, fırtına kimi başımızın üstünü aldın. Narahat olma. Axır-əvvəl anlayacağıq.

      – Sən nə deyirsənsə de, mənim şübhəm hələ də davam edir.

      – Haqlısan, araşdırarıq, onu da anlayarıq…

      – Qalx ayağa… İndi, elə indi otağına gedək.

      Bəsim divar saatına baxdı və ayağa qalxdı.

      – Qatarın gəlməsinə bir saatdan artıq vaxt qalıb. Gecələr nələrsə yazır. Tapaq, oxuyaq. Casusluq murdar hərəkətdir, amma…

      Bəsim də qalxdı.

      – Gedək, oxuyaq, – dedi, – heç bir şey sənin bu halın qədər dəhşətli ola bilməz. Yazı otağının qapısı bağlı deyil ki?

      – Mən onu açacaq açar taparam.

      – Allahın СКАЧАТЬ