Yalnızıq. Пеями Сафа
Чтение книги онлайн.

Читать онлайн книгу Yalnızıq - Пеями Сафа страница 11

Название: Yalnızıq

Автор: Пеями Сафа

Издательство: Hadaf Neshrleri

Жанр:

Серия:

isbn:

isbn:

СКАЧАТЬ buz tutmuş şüşələrdən çəkmirəm. Uzun, uzun, çox uzun anlar bir-birini əvəz edir. Saata baxır, ayağa qalxıram. On dəqiqə də keçdi. Gəlməməsi ehtimalına haqq qazandıra biləcək bütün fəlakətləri ağlıma gətirsəm də, gecikməsini təbii göstərə biləcək bəhanələrin heç biri qorxunc reallığı izah edə bilmir. Onun gəlməsindən başqa mənə şəfa verəcək heç bir şey yoxdur. Gəlməzsə, yer üzündə mənim başımı qata biləcək heç bir gözəl, canlı və maraqlı hadisə ağlıma gəlmir… Bu ümidsizlik dəhşəti içərisində yerimdə əyləşir, gözlərimi buz tutmuş şüşələrin yarıqaranlıq fonunda oynaşan tale parıltılarına dikirəm”.

      “Nəhayət, budur, o… Onun kölgəsi… Heç aldanmadım indiyə qədər… Yenə də yanılmamışam… Şüşənin üstünə düşək əksi böyüməyə başlayır. Odur… Bu dəfə mütləq odur. Lakin gözlərimin gördüyü rahatlığa mənən də qovuşmaq üçün qapının heç bir hərəkətini gözdən qoymamağa çalışıram. Əvvəlcə, kiçik bir aralıq açılır… Sonra onun əli, biləyi və mavi geyiminin qolu görünür. Yerimə mıxlanıb qalmışam. O mənim görüş bucağıma daxil olan kimi məkanın içərisində açıq-aydın görünür… Necə əzəmətli olduğunu ona sezdirib qürurunu yolundan azdırmamaq üçün ruhumun kəpənəklərini sakitləşdirib yerə endirirəm: qarşıma baxıram. Ancaq yaxınlaşdığı zaman başımı qaldırıram. O mənim üzümə deyil, heç bir şey görmürmüş, ən əsası, məni görmürmüş kimi sağ və sol tərəfə baxmaqdadır. Özümdə təbii olduğunu düşündüyüm hiss coşqunluğunun onda olduğunu bilsəm, bunu ona bağışlamaram. Çünki görüş anının ən böyük ümidlər və qorxularla dolu olan həyəcanı onun üzündən mənim üstümə bir eşq şəlaləsi kimi tökülməlidir.

      Lakin üzü nə qədər donuqdur. Sanki onu istəyinin əksinə gedərək tale özü itələyib mənim yanıma gətirmişdi. Addımlarında nə qədər ağırlıq var!.. Hər an geri çevrilib çıxıb gedəcəkmiş kimi bir təəssürat yaradan bu istəksizlikdə, bəlkə də, iradəsini əldən salan bir zəhmət, gizli tutulan müdhiş bir həyəcan gizlənib… Lakin bu “bəlkə”lər o anın sevincini bulandıran, ona kölgə salan qorxunc etibarsızlıqdan başqa bir şey deyil…

      Yaxınlaşır. Yerimdən qalxıram. Başını aşağı salaraq, gözlərini qarşısına dikərək əyləşir. Baxışlarım ona zillənib. Bu fərq iki cinsin təbiəti, yoxsa hislərimizin dərəcəsi ilə bağlıdır? Görüş anının ilk müəmması budur”.

      “Üzümə baxır. Gözləri həm boşdur, həm də müxtəlif mənalarla dolmuş kimi gülümsəyir… Lakin bu da dəqiq deyil. Gec gəlməsini gündəlik həyatın bəsit maneələri ilə izah edərkən səsinin təbiiliyi aramızdakı münasibəti adi ruh təmaslarının sadəliyi içinə salır”.

      ***

      – Aman, Bəsim!

      – Qoy görək… İmkan ver oxuyaq da… Bir neçə dəqiqə içində aləm bir-birinə qarışır. Qəzetdə Üçüncü Dünya müharibəsinin başladığını oxusam, bəlkə də, abim qədər həyəcan hiss etmərəm. Sən heç aşiq oldunmu, abla?

      – Təbii ki, oldum… Fazilə dəli kimi vurulmuşdum.

      – O zaman bu cür həyəcan keçirmisənmi heç?

      – Aaaa… Əlbəttə… eynilə… eynilə… Axşamlar evə gələcəyi saatlarda mən də belə olurdum…

      – Çox qəribədir....

      ***

      “– Necəsiniz?

      – Mersi, siz?”

      ***

      – Abla, mən qalib gəldim.

      – Niyə?

      – Bir-birlərinə “siz” deyirlər. Ağabəyim Səlminlə belə rəsmi danışmır.

      – Əşşi, o elə-belə, …

      – Xeyr, əfəndim.

      – Vallah, billah, naz xatirinə elə danışıblar… Mən ərimə hər kəsin içində “sən” deyərdim, tək qalanda isə “siz”… Rəsmiyyət hər kişinin qürurunu oxşayır… Həm də onu hərəkətə gətirir… Aradakı məsafəni çoxaldır.

      ***

      “– Dünən gecə gözümə yuxu getmədi.

      – Niyə?

      – Yaşıl məsələsinə görə…

      – Yaşıl?

      – Xatırlamadınızmı? Maşının yaşılını bəyənməmişdiniz.

      – Xatırladım.

      – Yaşıl rəngi heç vaxt sevməmisiniz?

      – Sevmirəm.

      – Səkkiz ay əvvəl isə sevirdiniz.

      Kiprikləri çırpındı.

      – O yaşıl başqa… Badamı ilə tirşe10 arasında bir tondur. Çox sevirəm onu, amma maşındakı yaşıl deyildi”.

      “İzah mükəmməldir, – gülümsədim. Dünən gecə bu nüansı nə üçün qaçırmışdım? İçimdəki müxalifətin oyunudur bu… Qəlbə qarşı çıxan bu müxalifətin ağıldan və qürurdan qaynaqlandığı düşünülür. Məncə, bu, qəlbin özünümüdafiəsidir. Sevgilidə qeyb olmamaq üçün nifrət etməyə səbəb axtarır, tapa bilmədikdə də özü yaradır. Bax beləcə, özünü aldatdığını anlayınca utanır və ona daha çox bağlanır. Öz yalanlarını özünə bağışlaya bilməyən qəlbin özünə verdiyi cəza…”

      “Aşiqlərə bir xəbər vermək istəyirəm. Qəlbin bütün məsələləri yalnız qəlbdə həll edilir. Çünki bir hissin öhdəsindən yalnız başqa hiss gələ bilər. Ümidsiz eşqin əks zəhəri nifrətdir. Fikirlər isə yalnız bu müqavimət hislərini yaradan təhrik və təlqin ünsürləridir”.

      ***

      “Əlini öpdüm.

      – Bəlkə, sevgilinin böyük təsiri altında olduğumuz üçün, yaxud bəlkə də… Onunla danışarkən sürətlə dəyişən təsir məqamları içində diqqətimizi yalnız bir nöqtə üzərində cəmləşdirdiyimiz üçün qavaraya bilmədiyimiz təfərrüat ondan ayrılar-ayrılmaz yeni bir məna işığı altında görünməyə başlayır.

      Onu yaşadığı küçənin tinindən ötürüb geri qaydarkən birdən-birə xatırladım: səkkiz ay əvvəl sevdiyim yaşıl rəngin bir nümunəsini ona göstərmək üçün axtararkən gözlərim əlindəki şeir kitabının üz qabığına sataşmışdı. Daha doğrusu, orada əks СКАЧАТЬ