Zehin xəritələri buna qarşı olaraq xarıtlamağı və yaradıcı fikirlərin ortaya çıxmasını asanlaşdırmaq üçün səhifənin tam ortasına bir obraz yerləşdirərək, qıcıqlandırıcı şəbəkələrə yayılıb beynin daxili gücünü xaricə əks etdirərək onun qüvvəsini əhatəli bir şəkildə istifadə edir. Bu üsuldan istifadə edərək günlərinizi zəbt edən çıxışlarınızı bir neçə dəqiqədə hazırlaya, problemləri əhatəli və sürətli şəkildə həll edə, yaddışınızı sıfırdan başlayaraq gücləndirə və sonsuz sayda yaradıcı fikir ortaya çıxara bilərsiniz.
Çox sürətli və əhatəli oxu / Zehni iş birliyi
Zehin xəritələri üsulunu çox sürətli və əhatəli oxu texnikasıyla (başlanğıc mərhələdə mükəmməl başa düşmək şərti ilə dəqiqədə minə yaxın söz, daha sonra yüksək səviyyədə oxu sürətinə çatdıqda isə dəqiqədə on minə yaxın söz oxumaq texnikaları nəzərdə tututlur) birləşdirərək zehni iş birliyi yarada bilərsiniz.
Zehin xəritəsi üsulu ilə dörd və ya daha çox insanın yüksək sürətli səviyyədə oxuyaraq, kitabın və hissələrinin məğzini ətraflı şəkildə mənimsəmələri, öyrəndiklərini mübadilə edərək bir gündə dörd kitab dolusu məlumat qazanmaları, yadda saxlamaları, öz iş sahələrində istifadə etmələri mümkündür.
Artıq bu üsullar “Nabisko” və “Digital Computers” kimi beynəlxalq şirkətlər tərəfindən istifadə olunur. Adını çəkdiyimiz şirkətlərdə ardıcıl olmaqla qırx və yüz iyirmi yüksək vəzifəli idarəçi dörd qrupa ayrılır və bu qruplar içərisindəki hər bir şəxs seçilən dörd kitabdan birini sürətli və əhatəli oxu texnikalarından yararlanaraq iki saat ərzində oxuyur.
İki saatdan sonra qrup üzvləri toplanaraq oxuduqları ki-tablardan başa düşdüklərini, kitablar haqqında fikirlərini və reaksiyalarını bölüşürlər. Daha sonra isə hər alt qrup öz təmsilçisini seçərək yerdə qalan üç qrupun üzvlərinə seminar vermək üçün göndərir. Bütün bu proses dörd dəfə təkrarlanır və hər günün sonunda bu qırx və yüz iyirmi yüksək vəzifəli idarəçi seminar otağını beynində təkcə kitablar dolusu məlumatla deyil, həm də bu məlumatları bütünləşdirmiş, analiz etmiş və yaddaşına birdəfəlik yazmış şəkildə tərk edir.
Bu üsul eyni şəkildə ailə içərisində də istifadə oluna bilər necə ki dünyada bir çox ailə tərəfindən edilir.
Yadasalma texnikaları
Antik dövrlərdə yunanlar tərəfindən kəşf edilən yadasalma texnikaları o zamanlar “hiylə” adlandırılırdı. Bu gün isə artıq bilirik ki, bu texnikalar beynin fəaliyyətinə bağlıdır və düzgün istifadə olunduqda yaddaşın inkişafına güclü təsir edir.
Yadasalma üsulları zehninizdə təsiredici, rəngli, zövqlü, bir sözlə unudulmaz obrazlar yaratmaq üçün simvollaşdırma və əlaqələndirmə prinsiplərindən istifadəni zəruri edir.
Zehin xəritələri əslində beynin qurulmamış funksiyalarının, məlumat və göstəriciləri zehnə daha yaxşı qəbul etmək üçün istifadə edilən yadasalma texnikasıdır.
İş adamları yadasalma texnikasından yararlanaraq yeni tanış olduqları qırx adamı, yüzdən çox məhsulu, onlarla əlaqəli məlumat və göstəriciləri çox rahat bir şəkildə xatırlaya bilirlər. Bu texnikalar indinin özündə də “IBM”-in Stokholm şəhərindəki Təhsil Mərkəzində istifadə olunmaqda və on yeddi həftəlik təhsil proqramından sonra möhtəşəm bir uğur əldə edilməkdədir. Eyni texnikalardan son beş ildə Dünya Yaddaş Çempionatında, xüsusən də, son dünya çempionu və bu sahədə rekordun sahibi Dominik O.Brayn tərəfindən istifadə edilir.
Hər hansı bir dərs keçirilməmişdən əvvəl veriləcək təlimin yaxşı olacağına dair qüvvətli məlumatlandırma olmalıdır. Bu səbəblə də bir çox beynəlxalq təşkilatlar yadasalma texnikalarını bütün təhsil kurslarının əsas missiyasına çevirdilər. Sadə bir hesablamaya nəzər salaq: əgər təhsilə bir milyon paund (pul vahidi) xərclənir və öyrədilənlərin 80 -i iki həftə ərzində unudulursa, bu o deməkdir ki, eyni zaman ərzində səkkiz yüz min paund havaya sovrulur.
Öyrəndiklərimizin yaddan çıxması
Öyrəndikdən sonra məlumatların yaddan çıxması geniş yayılmışdır.
Öyrənmə mərhələsindən sonrakı bir saat ərzində beyin yeni məlumatlarla dolduğu üçün məlumatların xatırlanmasında az da olsa, irəliləyiş olur. İyirmi dörd saat sonra isə məlumatın 80-i unudulur.
Məlumatı əldə etmə müddətinin uzunluğundan asılı olmayaraq bu faiz eynidir. Buna görə də üç günlük kursun bitdiyi gündən etibarən əldə edilən məlumatlar iki və ya üç həftə sonra unudulur.
Bu dəhşətli rəqəmlərə baxın: əgər bir beynəlxalq şirkət təhsilə ildə əlli milyon paund xərcləsə və bu təhsillə əlaqədar uyğun bir nəzarət proqramı olmasa, bu o deməkdir ki, kurs bitdikdən bir neçə gün sonra xərclənən vəsaitin 40-i havaya sovrulacaq.
Yaddaşın ritmini tutmaqla həm bu məlumatların unudulmasının qarşısına keçmək, həm də yaddaşın miqdarını artırmaq olar.
Beyin hüceyrələri
Beyin hüceyrələri keçən beş il ərzində yeni bir elmi araşdırma sahəsinə çevrildi.
Hər kəsin beynində bir milyon hüceyrə var. Bu hüceyrələr arasındakı əlaqələr insanı heyrətə gətirəcək qədər model və yerdəyişmələr yaradır. Rus fizioloq Pyotr Kuzmiç Anoxin tərəfindən hesablanan hüceyrələrin sayı, standart ölçülü yazı ilə milyon kilometrlərlə uzanan sıfırlardan ibarətdir.
Beyin üzərində aparılan araşdırmalara görə, milyardlarla məlumatı bir yerə toplayan və onları həll edən hazırkı tutumumuzla, təbii kompüterimizin (beynimiz) uyğun bir şəkildə öyrədilməsi sayəsində problemləri aradan qaldırmaq, analiz etmək, yaratmaq və əlaqələndirmək bacarıqlarımız zamanla inanılmaz bir şəkildə sürətlənəcək və artacaqdır. (Kray kompüterlərinin bir saniyədə dörd yüz milyonluq hesablama sürətiylə yüz ildə edəcəyi hesablamanı beynimiz bir saniyə içində edir)
Zehni bacarıqlar və qocalma
“Qocaldıqca beyin hüceyrələrimizə nə olur?” sualına insanlar bir ağızdan qeyri-adi bir həvəslə “ölürlər” deyir.
Lakin Kaliforniya Universitetində işləyən Dr. Marion Daymondun beyin üzərində apardığı araşdırmaların nəticəsində məlum olduğu kimi normal, aktiv və sağlam beyin hüceyrələrinin insanın yaşlanma prosesi zamanı öldüyünə aid heç bir sübut yoxdur.
Əksinə, araşdırmalar göstərir ki, əgər beyin istifadə edilirsə, onun bir-biriylə əlaqəli qırışlarında bioloji СКАЧАТЬ