Bütün kitaba gözucu baxdıqdan sonra onun müxtəlif fəsilləri ilə tanış olun, ümumi xətləri və hədəflərinizi qurduğunuz qrafikə yerləşdirin.
Daha sonra isə birgündənbir iki və ya üç hissəni bitirib-bitirməyəcəyinizə və sürətinizi dəyişib-dəyişməyəcəyinizə qərar verin. Qərar verdikdən sonra çalışma planınızı qeyd dəftərinə yazın və kitabı nə zaman başlayıb, nə zaman bitirmək istədiyiniz tarixi qeyd edin. Bu zamanı hesablayarkən unutmayın ki, hər bir hissə on səhifə böyüklüyündədir və məşğələlərin böyük bir qismi olduqca asan başa düşüləndir.
Həyatınızın ən həyəcanlı səyahətinə çıxmağa başlayırsınız, səhifəni çevirin.
BİRİNCİ FƏSİL
SÜRƏTİNİZİ KƏŞF EDİN
Başlanğıc testi
Aşağıda oxu və sürətli oxu haqqında fikirlərinizi öyrənmək üçün oxu vərdişi və bacarıqlarına aid test görürsünüz. Təqdim edilən iyirmi sualın hər birini “hə” və ya “yox” olaraq cavablandırdıqdan sonra nəticənizi görmək üçün səhifəni çevirin.
1. Dəqiqədə minə yaxın söz oxumaq mümkündür.
Hə/Yox
2. Daha yaxşı anlamaq üçün yavaş və diqqətlə oxumaq lazımdır.
Hə/Yox
3. Sözbəsöz oxumaq başa düşməyə kömək edir.
Hə/Yox
4. Yüksək səslə tələffüz etmək oxu sürətini yavaşladır. Bu vərdişi ya azaltmaq, ya da ondan tamamilə qurtulmaq lazımdır.
Hə/Yox
5. Oxuduğunuz mətni 100 % başa düşməlisiniz.
Hə/Yox
6. Oxuduğunuz mətni 100 % xatırlamalısınız.
Hə/Yox
7. Oxuyarkən gözünüz daim sətir boyunca hərəkət etməlidir. Hə/Yox
8. Oxuyarkən gözdən qaçırdığınız yer olduqda daha çox məsafə qət etmədən həmin yeri başa düşmək üçün geri qayıtmalısınız.
Hə/Yox
9. Oxuyarkən sətri barmağınızla izləməniz oxu sürətinizi yavaşladır və buna görə də bu vərdişdən qurtulmalısınız.
Hə/Yox
10. Bir mətni oxuyarkən anlama və qavrama problemləri ilə qarşılaşırsınızsa, mütaliəni saxlamalı və sonra yazılanları başa düşmək üçün həmin problemləri həll etməlisiniz.
Hə/Yox
11. Vacib və maraqlı kitab səhifə-səhifə oxunmalıdır. Misal üçün, on doqquzuncu səhifəni oxumadan iyirminci səhifəyə keçməməli və kitabın əvvəlini oxumadan sonuna baxmamalısınız.
Hə/Yox
12. Oxuyarkən arada sözləri ötürmək tənbəllərin işidir və bundan qurtulmaq lazımdır.
Hə/Yox
13. Bir mətndə əhəmiyyətli məsələlərlə rastlaşdıqda onları yadda saxlamaq üçün mütləq qeyd etməlisiniz.
Hə/Yox
14. Motivasiya səviyyəniz gözlərinizlə beyninizin əlaqəsinə və oxu sürətinizə təsir etməz.
Hə/Yox
15. Qeydləriniz təmiz, səliqəli və bir-biriləriylə əlaqəli olmalı və oxuduğunuz məlumatlara uyğun cümlələrdən, səliqə ilə tutulmuş siyahılardan ibarət olmalıdır.
Hə/Yox
16. Yanınızda daima mənasını bilmədiyiniz bir sözlə qarşılaşdıqda onu anlamağınıza kömək edəcək lüğət olmalıdır.
Hə/Yox
17. Sürətli oxunun təhlükələrindən biri də mətni anlamaq səviyyənizi aşağı salmasıdır.
Hə/Yox
18. Hamımız özümüzə xas olan sürətlə oxuyuruq.
Hə/Yox
19. Oxuduqlarımızı və dilin ahəngini anlamaq üçün roman və şeiri yavaş-yavaş oxumalıyıq.
Hə/Yox
20. Əgər gözləriniz oxuduğunuz mətnə tamamilə hədəflənibsə, deməli, onu daha yaxşı anlayacaqsınız.
Hə/Yox
BAŞLANĞIC TESTİNİN CAVABLARI
Əgər bunlardan sadəcə “Dəqiqədə minə yaxın söz oxumaq mümkündür” sualına “Hə” cavabı vermisinizsə, demək olar ki, bizim sürətli oxu kursunun müəllimlərindən biri olmağa hazırsınız.
Digərlərinin cavabı isə “Yox” olmalıydı.
Yerdə qalan on doqquz sual oxu ilə bağlı doğru qəbul edilən, əslində isə səhv olan qənaətləri əhatə edir.
Əgər siz bu yanlış qənaətlərə inanırsınızsa, deməli təkcə səhv olan bir şeyə inanmaqla yetinmir, eyni zamanda oxu sürətinizi azaldan, oxu vərdişinizi pisləşdirən, anlama və qavrama cəhtlərinizi korşaldan fərziyyələrə təslim olursunuz.
“Sürətli oxu” kitabının səhifələri arasında irəlilədikcə bu səhv qənaətlərin bir-bir məhv olduğunu görəcək və özünüzü qarşınıza СКАЧАТЬ